Bizə yazın

Baku

-°C

USD

-

“Qala Qəbələ”də nöqsanlar aşkarlandı

Cəmiyyət 07 Sentyabr 2026, 17:08

225

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Mir Cəlal küçəsi, 105 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bərxudarov Nəsir Adil oğluna məxsus “Qala Qəbələ” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

Citypost.az  xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, istehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” əmtəə nişanlı araq məhsulunun saxta olduğu aşkarlanıb. Həmçinin müəssisədə istifadə edilən ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, mənşəyi məlum olmayan turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin qida təhlükəsizliyi tələblərinə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən olunub.

Bundan əlavə, müəssisədə zərərvericilərə qarşı mübarizə üçün zəruri şəraitin yaradılmadığı, temperatur monitorinqinin aparılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı və təmizlik işlərinə dair müvafiq cədvəllərin olmadığı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülüb.

AQTA tərəfindən qida təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı nəzarət tədbirləri davam etdirilir. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı 

Sentyabrın 4-də Şahbuz rayonunda baş verən dəhşətli avtomobil qəzasında həyatını itirən Pərvin Şıxəliyev əsgərlikdən yenicə qayıtmışdı.Citypost.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.O bildirib ki, qarşıda onu həyatının ən gözəl günlərindən biri, nişanı gözləyirdi: "Amma qurduğu bütün xəyallar bir qəza ilə yarımçıq qaldı".E.İslamoğlu qeyd edib ki, Pərvinin bacısı da həmin qəza zamanı avtomobildə olub: "Ağır yaralı vəziyyətdə xəstəxanada müalicə olunur"....

07 Sentyabr 2026, 17:16

Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur 

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.Bu barədə Citypost.az-a Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə "Embraer E-190" təyyarələrindən istifadə edəcək.Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı....

07 Sentyabr 2026, 17:03

Anar Məmmədli 13 il müddətinə azadlıqdan məhrum edilib 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 13 il, onunla birgə ittiham olunan Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.Citypost.az xəbər verir ki,  bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.Xatırladaq ki, məhkəmənin ötən iclaslarının birində dövlət ittihamçısı Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Anar Abdullayev də həmin il aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci,...

07 Sentyabr 2026, 16:50

Bakıda güclü külək irigövdəli ağacı avtomobillərin üzərinə aşırıb 

Güclü külək Bakıda fəsad törədib.Citypost.az  xəbər verir ki, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində külək irigövdəli ağacı avtomobillərin üzərinə aşırıb.

07 Sentyabr 2026, 16:43

Qubada kanaldan meyit tapılıb 

Quba rayonunun Gədikqışlaq kəndi ərazisində kanaldan meyit tapılıb.APA-nın Şimal bürosunun məlumatına görə, meyiti tapılan şəxsin Xaçmaz rayon sakini 58 yaşlı Marina Bağırova olduğu bildirilir.Hadisənin təfərrüatları araşdırılır.

07 Sentyabr 2026, 16:37

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı 

Səhər saatlarından başlayan güclü külək Qubada fəsad törədib.Citypost.az xəbər verir ki, Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində iri ağac yola aşıb.Nəticədə yolun hərəkət hissəsinin bir qismi bağlanıb. Hazırda yolun bir hissəsi açıqdır və nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir.Hadisə ilə bağlı müvafiq tədbirlər görülür.

07 Sentyabr 2026, 16:30