Bizə yazın

Baku

-°C

USD

-

Nərminə Mustafayeva etimadnaməsini Latviya Prezidentinə təqdim edib 

Cəmiyyət 07 Sentyabr 2026, 16:19

205

Azərbaycanın Riqadakı yeni səfiri Nərminə Mustafayeva etimadnaməsini Latviya Prezidenti Edqars Rinkeviçsə təqdim edib.

Bu barədə Citypost.az-a Latviya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Daha əvvəl Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim etmişdi.

Xatırladaq ki, Nərminə Mustafayeva Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Latviyadakı səfiri təyin edilib.

Qeyd edək ki, Nərminə Mustafayeva 2020-2026-cı illərdə Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsində çalışıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı 

Səhər saatlarından başlayan güclü külək Qubada fəsad törədib.Citypost.az xəbər verir ki, Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində iri ağac yola aşıb.Nəticədə yolun hərəkət hissəsinin bir qismi bağlanıb. Hazırda yolun bir hissəsi açıqdır və nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir.Hadisə ilə bağlı müvafiq tədbirlər görülür.

07 Sentyabr 2026, 16:30

Bəzi ərazilərdə leysan yağır, güclü külək əsir  

Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur, yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 15:30-a olan məlumatında qeyd edilib.Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalan, Gəncədə 28, Goranboyda 27, Mingəçevir, Ağstafada 25, Tovuzda 24, Bakıda və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtər, Şəmkirdə 16, Zaqatala, Balakən, Şəkidə 15 m/s-yə çatır.Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağış yağır, şimşək çaxır....

07 Sentyabr 2026, 16:26

Onilliklər sonra Vətəninə qayıdan bir qoca... Son Kəngərli...   

Əkbər xan Əmanulla xan oğlu Naxçıvanskinin həyat yolu Azərbaycanın XX əsr tarixinin ən ağrılı səhifələrindən birinə çevrilmiş talelərdən biridir. O, sadəcə zadəgan nəslinin nümayəndəsi deyildi. Onun ömrü Naxçıvanın siyasi və ictimai həyatının, müharibələrin, işğalın, repressiyaların və sürgünlərin içindən keçmişdi.  Əkbər xan 1873-cü ildə Naxçıvanda dünyaya gəlmişdi. Atası tam süvari generalı İsmayıl xanın oğlu, polkovnik Əmanulla xan Naxçıvanski idi. Anası isə Qarabağın məşhur şairəsi Xurşidbanu Natəvanın qızı Xanbikə idi.  Belə bir ailədə doğulan Əkbər xanın uşaqlıq illəri Naxçıvandan çox Şuşa ilə bağlı oldu. O, nənəsinin — Xan qızı Natəvanın — Şuşadakı evində böyüdü. Hələ erkən yaşlarından dillərə böyük maraq göstərirdi. Fransız,...

07 Sentyabr 2026, 16:21

Qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatına Qubada hazırlaşır 

Qadın güləşi üzrə Azərbaycan milli komandası Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.Federasiyadan Citypost.az-a bildirilib ki, böyüklər və U-23 yaş qruplarını əhatə edən hazırlıq mərhələsi sentyabrın 19-dək davam edəcək. Ümumi və xüsusi hazırlıq üzrə keçirilən toplanış yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında təşkil olunur.Toplanışda Xədicə Qurbanzadə, Nəzrin Əhmədli (hər ikisi 50 kiloqram), Nərgiz Səmədova, Fatimə Bayramova, Esra Məmmədli (hamısı 53 kiloqram), Elnurə Məmmədova, Əsmər Cankurtaran, Gültəkin Şirinova (hamısı 55 kiloqram), Jalə Əliyeva, Qaratel Quliyeva, Səadət Quliyeva (hamısı 57 kiloqram), Günay Qurbanova (59 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram), Birgül Soltanova (65 kiloqram) və Zəhra...

07 Sentyabr 2026, 16:16

Ötən ay Bakı metrosunda eskalatorlar 200 dəfəyə yaxın dayanıb 

Bu ilin avqust ayında Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb.Bu barədə Citypost.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Bildirilib ki, bu halların böyük hissəsi sərnişinlərin diqqətsizliyi və müdaxilələri ilə bağlı olub.Ötən ay 84 dəfə sərnişin müdaxiləsi, 80 dəfə – sərnişin yıxılması və 34 dəfə digər səbəblər qeydə alınıb.Rəqəmlər göstərir ki, eskalatordan istifadə zamanı bir anlıq diqqətsizlik və qaydalara müdaxilə həm hərəkətin dayanmasına, həm də təhlükəli vəziyyətlərin yaranmasına səbəb olub.Qurum bildirib ki, eskalatorun təhlükəsizliyi yalnız texniki sistemdən deyil, sərnişinin davranışından da asılıdır....

07 Sentyabr 2026, 16:05

Türkiyə müdafiə xərclərini 229 faiz artıracaq 

Türkiyə milli müdafiə və təhlükəsizlik büdcəsini artırmağı planlaşdırır. Citypost.az  xəbər verir ki, bu sahədə xərclər 229 faiz artacaq.Maliyyələşdirmədə əhəmiyyətli artımı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada hökumətin 2027-2029-cu illər üçün üç illik iqtisadi planını əks etdirən Orta Müddətli İqtisadi Proqramın təqdimatı zamanı açıqlayıb.Yılmazın sözlərinə görə, ölkənin əsas prioriteti hərbi-sənaye kompleksində tam müstəqilliyə nail olmaq və özünün yüksək texnologiyalı silahlarını inkişaf etdirmək olaraq qalır.Büdcənin əhəmiyyətli dərəcədə artırılması Türkiyəyə qırıcı təyyarələrin, hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və zirehli texnikanın hazırlanması üzrə davam edən layihələri sürətləndirməyə, eləcə də ölkənin hərbi komponentlərin idxalından asılılığını azaltmağa imkan verəcək.Qeyd edək ki, Türkiyə NATO-nun üzvüdür....

07 Sentyabr 2026, 15:42