Şöhrət Eldəniz:Bu ‘təsadüflər’ əslində təxribat elementləridir
Cəmiyyət 10 Sentyabr 2026, 09:25
184
Tanınmış jurnalist Şöhrət Eldəniz sosial şəbəkədə son dövrlərdə cəmiyyətdə aparılan həssas müzakirələrə münasibət bildirib.
Citypost.az xəbər verir ki, jurnalist hesab edir ki, müxtəlif mövzularda cəmiyyəti qarşı-qarşıya gətirən müzakirələr təsadüfi deyil və müəyyən təxribat elementləri daşıyır.
“Əvvəl Şah İsmayıl Xətainin timsalında təriqət davası getdi, sonra qaziləri ateist-dindar savaşına soxdular, indi də şəhid ailələri barədə dedi-qodu xarakterli müzakirələr gedir. Özü də qəsdən çox iyrənc müzakirələr aparılır. Bir az ağlı olan adam başa düşür ki, bu ‘təsadüflər’ əslində həssas auditoriya üçün hazırlanan təxribat elementləridir”, – deyə Şöhrət Eldəniz qeyd edib.
Onun sözlərinə görə, cəmiyyətdə bu tip mövzuların müzakirəsinə həddindən artıq emosional reaksiya verilməsi təxribatların daha geniş yayılmasına şərait yaradır.
“Avropanın, Rusiyanın, İranın, Ermənistanın xüsusi xidmət orqanlarının hazırladığı və tilovda təqdim etdiyi bu təxribatları çox rahatlıqla udub qarmaqda çabalayırıq”, – jurnalist bildirib.
Həmçinin oxuyun
Şöhrət Eldəniz Şuşada qayalara yazılmış rus adları ilə bağlı məsələyə də diqqət çəkib. O bildirib ki, sosial mediada bu məsələ geniş müzakirə olunmasa da, şəhid adı ətrafında yaranan müzakirələr böyük rezonans doğurub.
“Fikir verdiniz? Heç kim Şuşada qayalarda yazılan rus adlarından, hətta Rusiyanın şəhərlərindən birinin adının yazılmasından sosial mediada yazmadı. Hamı şəhid adından şou düzəltdi. Biri şəhidə yandığından yazdı, biri qanundan yazdı, digəri ailəsindən yazdı, əsas yazan isə bütün bu dediklərimi yazsınlar deyə təxribat üçün yazdı. Və qalib olan da bu təxribatları yazan oldu”, – deyə jurnalist vurğulayıb.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xocalıda mina partladı: Bir nəfər xəsarət aldı
Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.Citypost.az xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.Hadisə nəticəsində xəsarət alan Anar Həsənov adlı şəxsin Xankəndi Şəhər Xəstəxanasına çatdırıldığı bildirilib.Faktla bağlı araşdırma aparılır.
10 Sentyabr 2026, 09:36
Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarının vaxtı açıqlandı
Milli Məclisin 2026-cı il payız sessiyası çərçivəsində keçiriləcək ilk komitə iclaslarının vaxtı məlum olub.Citypost.az xəbər verir ki, sentyabrın 11-də parlamentin iki komitəsi iclas keçirəcək.Saat 12:00-da Elm və təhsil komitəsinin iclası baş tutacaq. Həmin gün saat 15:00-da isə Ailə, qadın və uşaq məsələləri komitəsi toplaşacaq. Hər iki iclas Milli Məclisin “Qarabağ” zalında keçiriləcək.
10 Sentyabr 2026, 09:34
Nahid Canbaxışlı: Media siyasətinin təkmilləşdirilməsi mühüm addımdır
Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvlərinin təyin olunması ölkəmizdə media siyasətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində növbəti mühüm addımdır.Hörmətli Əhməd İsmayılovu Media və Yayım Şurasının sədri təyin olunması münasibətilə bir daha ürəkdən təbrik edir, uzun illər Media İnkişaf Agentliyinin İcraçı direktoru kimi qazandığı zəngin təcrübənin bu yeni və məsuliyyətli qurumun fəaliyyətində də uğurla tətbiq olunacağına inanıram. Əminəm ki, Əhməd müəllimin rəhbərliyi ilə Şura media subyektləri ilə dövlət qurumları arasında konstruktiv dialoqun qurulmasında, jurnalistikanın peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində mühüm rol oynayacaq.Şuranın tərkibinə daxil olan digər hörmətli üzvləri – Məhəmməd Abdullayevi, Aynur...
10 Sentyabr 2026, 09:30
Pirəkəşküldə qorxulu anlar: Zəhərli ilanlar evlərə doluşub
Gürzələr evlərə doluşub, sakinlər evlərində qala bilmədiklərini iddia edirlər.Citypost.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, Abşeronun Pirəkəşkül kəndində yaşayan 51 yaşlı sakin Nailə Alıyeva bildirir ki, indiyədək 4 gürzə ilanını öldürmək məcburiyyətində qalıb.Onun sözlərinə görə, xüsusilə gecə saatlarında evə daxil olan zəhərli ilanlar ailə üzvlərinin rahatlığını əlindən alıb.Nailə Alıyeva deyir ki, vəziyyətin təhlükəli olması səbəbindən bir müddət kənddən uzaqlaşaraq Sumqayıtda kirayə evdə yaşamaq məcburiyyətində qalıblar. Lakin maddi imkanları kirayədə uzun müddət qalmağa imkan vermədiyindən yenidən kənddəki evlərinə qayıdıblar. Onun sözlərinə görə, gürzələrin sayı artdıqca kənddə yaşayan insanlar daha da təşvişə düşürlər. Hətta, iddia olunur ki, zəhərli ilanlar heyvanlara da hücum...
10 Sentyabr 2026, 09:23
Məhsəti Şərif: “Təhsili forma ilə yox, düşüncə ilə müasirləşdirirlər”
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif müəllimlərin geyim qaydaları ilə bağlı müzakirələrə münasibət bildirib.Citypsot.az xəbər verir ki, jurnalist müəllimlərin ciddi və səliqəli geyinməsinin tərəfdarı olduğunu, lakin bunun konkret geyim formasının məcburi şəkildə tətbiqinə çevrilməsinin düzgün olmadığını qeyd edib.“Mən müəllimin ciddi və səliqəli geyinməsinin tərəfdarıyam. Amma bunu ‘ağ kofta, qara yubka, üstünə də jilet’ məcburiyyətinə çevirmək artıq geyim qaydası deyil, köhnəlmiş düşüncənin inzibati formada tətbiqidir”, – deyə Məhsəti Şərif bildirib.Onun sözlərinə görə, müəllimin peşəkarlığını geyiminin rəngi və ya fasonu ilə ölçmək doğru yanaşma deyil.“Müəllim sovet dövrünün pioneri deyil ki, hamısını eyni geyindirib bir sıraya düzsünlər. Müəllimin peşəkarlığını yubkasının rəngi, koftasının fasonu...
10 Sentyabr 2026, 09:18
Rəbiqə Nazimqızı: “Azərbaycan dili yavaş-yavaş tarixin arxivində əriyəcək”
Yeni nəsil "konfrans"ı "konferans" bilir. "Profesor" deyir əcaib vurğuyla "professor" yerinə. "Birdənəm" bilmir, "bitanem" bilir.Niyə? Çünki müəllimləri çıx-daş eləyib repetitorları seçdik..."Detal" bilmir e, "detay" deyir dil qüsurlu adamlar kimi...Bizim nəsildən sonra Azərbaycan dili yavaş-yavaş tarixin arxivində əriyəcək. Prosesin qarşısını almaq olmur. Dil işlək mexanizmdi, adamların hesabına yaşayır..."Uzman"ı bildik ərəb qarşılıqlarını məhv etmək üçün yaradılıb. Olsun. Bax bu "konfrans"və" professor" niyə dəyişsin axı.Niyə biz bu qədər sevirik başqalarının gözünə xoş gəlməyi. Onurğa sütunu hanı?Əminəm ki, dolqu da, saxta sinə, saxta yançaq da eyni psixologiyanın işidi."Sənin olmayan sənin deyil" məsələsi deyil e, "sən niyə başqası olmaq istəyirsən"di məsələ... Rəbiqə NazimqızıTərcüməçi, esseist....
10 Sentyabr 2026, 09:16