Ərinin pensiyası tənha həyat yoldaşına qala bilərmi? – Hüquqi AÇIQLAMA
Hüquq 10 Sentyabr 2026, 09:00
276
Həyat yoldaşını itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri mərhum ər və ya arvadın pensiyasından yararlanmağın mümkün olub-olmamasıdır. Qanunvericilikdə bu məsələ “ailə başçısını itirməyə görə əmək pensiyası” anlayışı ilə tənzimlənir. Lakin həyat yoldaşının vəfat etməsi avtomatik olaraq onun pensiyasının digər həyat yoldaşına keçməsi demək deyil. Bunun üçün qanunda müəyyən edilmiş şərtlər mövcud olmalıdır.
Citypost.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vəfat etmiş şəxsin əri və ya arvadı müəyyən hallarda ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə hüquq ər və ya arvad pensiya yaşına çatdıqda, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə yarana bilər. Həmçinin ər və ya arvad yaşından və əmək qabiliyyətindən asılı olmayaraq vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşağına baxırsa və işləmirsə, bu halda da ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarana bilər.
Burada mühüm məqamlardan biri də vəfat etmiş şəxsin özünün pensiya hüququ ilə bağlıdır. Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün vəfat etmiş şəxsin ölüm gününədək qanunla tələb olunan sığorta stajına malik olması əsas şərtlərdən biridir. Pensiyanın məbləği isə mərhumun fərdi hesabında toplanmış pensiya kapitalı və digər sığorta göstəriciləri əsasında müəyyən edilir.
Eyni zamanda, şəxsin özünün də gələcəkdə yaşa görə əmək pensiyası almaq hüququ yarana bilər. Bu halda ailə başçısını itirməyə görə əmək pensiyası ilə öz yaşa görə əmək pensiyası arasında qanunvericiliyin müəyyən etdiyi seçim məsələsi gündəmə gəlir. Yəni söhbət mərhum həyat yoldaşının pensiyasının sadəcə olaraq olduğu məbləğdə digər həyat yoldaşına keçirilməsindən getmir. Ailə başçısını itirməyə görə pensiya ayrıca qaydada hesablanır.
Həmçinin oxuyun
Qeyd edək ki, hazırda qadınlar üçün də ümumi pensiya yaşı 65-dir. Buna görə də 60 yaşlı qadının yalnız yaşına əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Lakin onun əlilliyi varsa və ya qanunda nəzərdə tutulan digər şərtlərdən biri mövcuddursa, pensiya hüququ yarana bilər. Pensiya yaşına çatdıqda isə qanunda nəzərdə tutulan şərtlər əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququ məsələsi yenidən qiymətləndirilir.
Bu səbəbdən “ərimin pensiyası mənə düşürmü?” sualına bütün hallara şamil olunan vahid cavab vermək mümkün deyil. Məsələnin həlli üçün mərhum şəxsin sığorta stajı və pensiya kapitalı, həyat yoldaşının yaşı, əlillik vəziyyəti, himayəsində azyaşlı uşağın olub-olmaması və digər qanuni hallar nəzərə alınır. Hüquq yarandığı halda şəxs Dövlət Sosial Müdafiə Fondunun regional filialına və ya DOST mərkəzinə müraciət edə bilər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərhumun bank borcu qalıbsa, ölüm pulunu alan övlad borclu sayılır? – Hüquqşünaslar açıqlayır
Vətəndaşları maraqlandıran hüquqi məsələlərdən biri də yaxınını itirmiş şəxsin bank borcu olduğu halda ailə üzvlərinin mərhumun ölümü ilə əlaqədar nəzərdə tutulan ödənişi almasının hansı hüquqi nəticə doğurmasıdır.Bəzən ailə üzvləri mərhumun bank qarşısında borcu olduğunu bildikdə, ölümə görə nəzərdə tutulan ödənişi almaqdan çəkinirlər. Onların əsas narahatlığı bundan ibarətdir ki, həmin vəsaiti qəbul etdikdən sonra bank onları mərhumun vərəsəsi hesab edə və kredit borcunun ödənilməsini tələb edə bilər.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, burada ilk növbədə “ölüm pulu”nun hansı hüquqi əsasla ödənildiyini müəyyənləşdirmək lazımdır. Çünki şəxsin ölümü ilə əlaqədar ailə üzvünə və ya digər şəxsə ödənilən vəsaitlə mərhumun mirasına daxil olan...
09 Sentyabr 2026, 11:15
15 il əvvəl köçüb: Keçmiş qeydiyyat necə silinir?
Vətəndaşlardan daxil olan hüquqi suallardan biri də ailə üzvlərinin uzun illər əvvəl başqa ünvana köçməsinə baxmayaraq əvvəlki yaşayış yerində qeydiyyatda qalması ilə bağlıdır.Məsələn, bir ata yazır: “Qızım 15 il əvvəl ailə qurub, ərinin yanına köçüb və həmin vaxtdan bizim evdə yaşamır. Hazırda başqa ünvanda yaşayır. Onu mənzildən qeydiyyatdan necə çıxara bilərəm?”Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, bu məsələdə ilk növbədə qeydiyyatla yaşayış sahəsindən istifadə hüququnu bir-birindən fərqləndirmək lazımdır. Şəxsin müəyyən ünvanda qeydiyyatda olması avtomatik olaraq həmin mənzil üzərində mülkiyyət hüququnun yaranması demək deyil. Eyni zamanda, konkret şəxsin həmin mənzildən istifadə hüququnun olub-olmaması da ayrıca hüquqi məsələdir.Əgər söhbət şəxsin faktiki...
09 Sentyabr 2026, 10:20
Torpağın sənədi var, evin yoxdursa, vərəsələrə necə keçir?
Torpaq sahəsinin çıxarışı olduğu halda həmin torpağın üzərində yerləşən evin ayrıca sənədi yoxdursa, əmlak sahibinin vəfatından sonra vərəsələr arasında bölgü zamanı müəyyən hüquqi çətinliklər yarana bilər. Belə vəziyyətdə vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri budur: torpaq sənədlidirsə, lakin ev qeydiyyatdan keçməyibsə, həmin ev də vərəsələr arasında bölünə bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasın sözlərinə görə, belə hallarda ilk növbədə vərəsəlik işi açılmalıdır. Əmlak sahibinin vəfatından sonra onun əmlakının kimlərə keçməsi məsələsi qanunvericilikdə müəyyən edilmiş vərəsəlik qaydalarına uyğun həll olunur. Lakin evin sənədi ümumiyyətlə yoxdursa, həmin tikilinin də mərhumun əmlakı olduğunu hüquqi baxımdan rəsmiləşdirmək lazım gəlir.Əgər torpağın sənədi varsa, lakin evin ayrıca...
08 Sentyabr 2026, 10:54
Evin 5 metrliyində avtoyuma: Bağlatdırmaq mümkündür?
Yaşayış evlərinin yaxınlığında müxtəlif obyektlərin, xüsusilə avtoyuma məntəqələrinin fəaliyyət göstərməsi bəzi hallarda sakinlərin ciddi narazılığına səbəb olur. Avtoyuma zamanı yaranan səs-küy, avtomobillərin hərəkəti, su və digər təsirlər insanların rahatlığına mane ola bilər. Bəzən vətəndaşlar belə obyektlərin evlərinə çox yaxın məsafədə fəaliyyət göstərməsindən şikayət edərək onların bağlanmasının mümkün olub-olmadığını soruşurlar. Lakin mütəxəssislər bildirirlər ki, belə məsələlərə yalnız obyektlə yaşayış evi arasındakı məsafəyə əsasən qiymət vermək düzgün deyil.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, vətəndaşın qonşuluq münasibətlərindən irəli gələn hüquqları mövcuddur. Mülkiyyətçinin öz əmlakından istifadə hüququ olsa da, bu hüquq qonşuların və digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə...
08 Sentyabr 2026, 09:51
Hərbçiyə verilən köhnə ev özəlləşdirilə bilərmi?
Hərbi qulluqçulara müxtəlif illərdə xidmətlə əlaqədar mənzillərin verilməsi Azərbaycanda geniş yayılmış təcrübələrdən olub. Lakin belə mənzillərin sonradan özəlləşdirilməsi zamanı vətəndaşlar müxtəlif hüquqi və inzibati maneələrlə qarşılaşa bilirlər. Xüsusilə uzun illər əvvəl, sovet dövründə verilmiş mənzillərlə bağlı sənədlərin mövcud olmasına baxmayaraq, həmin əmlakın dövlət qeydiyyatına alınmaması və çıxarışın verilməməsi vətəndaşlarda suallar yaradır.Məsələn, hərbçi olmuş şəxsin ailəsinə 1983-cü ildə mənzil verilib, həmin mənzilə dair order mövcuddur, ailə uzun illərdir orada yaşayır, lakin mənzilin özəlləşdirilməsi mümkün olmur. Belə vəziyyətdə vətəndaş hansı hüquqi addımları ata bilər? Mənzilin orderinin olması onun avtomatik olaraq özəlləşdirilə biləcəyi anlamına gəlirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələdə...
08 Sentyabr 2026, 08:47
Kredit tarixçəsi yeni kreditə necə təsir edir? – Mütəxəssisdən AÇIQLAMA
Kredit götürən vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri ödənişlərdə yaranan gecikmələrdir. Bəzən borcalan müəyyən səbəbdən krediti vaxtında ödəyə bilmir, bir neçə gün və ya daha uzun müddət gecikmə yaranır. Sonradan həmin şəxs borcunu tam şəkildə bağlasa da, növbəti dəfə başqa banka və ya kredit təşkilatına müraciət etdikdə ona kredit verilmədiyini görə bilər. Bu zaman vətəndaşlarda haqlı olaraq sual yaranır: “Əgər əvvəlki kreditimi tam ödəmişəmsə, niyə mənə yenidən kredit verilmir?”Citypost.az xəbər verir ki, maliyyə mütəxəssislərinin sözlərinə görə, burada əsas məsələlərdən biri kredit tarixçəsidir. Vətəndaşın götürdüyü kredit, ödənişlərin vaxtında həyata keçirilib-keçirilməməsi, yaranmış gecikmələr və kredit öhdəliyinin hansı formada icra edilməsi barədə məlumatlar kredit...
07 Sentyabr 2026, 11:30