Yasamal və Qaradağda qaz olmayacaq
Cəmiyyət 10 Sentyabr 2026, 08:26
241
Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində bu gün sentyabrın 10-da qaz təchizatı dayandırılacaq.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Həmçinin oxuyun
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli, T. Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.Citypost.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər....
10 Sentyabr 2026, 08:14
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakının Xətai və Nizami rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Bildirilib ki, təmir işlərinə sentyabrın 10-u saat 09:00-dan etibarən başlanılacaq.İşlərlə əlaqədar Xətai rayonunun Kazımağa Kərimov küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılacaq.Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.AAYDA sürücülərdən görülən işlərə anlayışla yanaşmağı və qeyd olunan ərazilərdə hərəkət edərkən diqqətli olmağı xahiş edib....
10 Sentyabr 2026, 08:00
Ləman Ələşrəfqızı Space TV-də veriliş aparacaq
Əməkdar jurnalist Ləman Ələşrəfqızı yaxın vaxtlarda Spase TV-də efirə çıxacaq "Qırmızı xətt" verilişinə aparıcılıq edəcək .Citypost.az xəbər verir ki, bu barədə jurnalistin özü bildirib:"Veriliş dostların xahişi və etimadı ilə mənə həvalə edilib. Həftədə bir gün LAF TV-nin işini axsatmamaq şərtilə bu proqramda aparıcılıq edəcəm... Nə qədər maraqlı olacaq, bunu zaman göstərəcək. Hər halda, əlimdən gələni etməyə çalışacam'.Ləman Ələşrəfqızı LAF TV internet televiziyasıının rəhbəri və aparıcısıdır....
09 Sentyabr 2026, 22:17
Bakıda ana qolları olmayan körpəsindən imtina etdi
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. Citypost.az xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi saytımıza təsdiqləyib."Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək", - Agentliyin məlumatında qeyd olunub. Qeyd edək ki, körpənin və ananın şəxsi...
09 Sentyabr 2026, 22:08
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib.Citypost.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında keçirilən görüşlərin iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyi qeyd olunub.Görüşdə "Azərbaycan Respublikası MN və Özbəkistan Respublikası MN arasında 2027-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı"nın layihəsi müzakirə edilib....
09 Sentyabr 2026, 21:41
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
Azərbaycan Dövlət Teleradiosunda müxtəlif məsul vəzifələrdə çalışmış veteran jurnalist, Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı 88 yaşında vəfat edib.Bu barədə APA-ya Xalq artisti Əli Məhəmmədoğlu məlumat verib.Qeyd edək ki, Zöhrab Zeynallı 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Zöhrab Zeynallı 2007-ci ilin yanvar ayınadək Dövlət Teleradio verlişləri komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışıb. O, “Qızıl qələm","Həsən Bəy Zərdabi" mükafatına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.Xatırladaq ki, Zöhrab Zeynallı görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Fərhad Zeynalovun qardaşıdır....
09 Sentyabr 2026, 21:00