Bizə yazın

Baku

-°C

USD

-

İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu

Cəmiyyət 09 Sentyabr 2026, 19:38

266

İsmayıllı rayonu Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.

Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub.

Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb.

Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu, o cümlədən çarpaz çirklənmənin baş verdiyini və ya saxlanma şəraitinə riayət edilmədiyini göstərir.

Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 40 nəfər zərər çəkib

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməldiir.Qeyd edək ki, Nazirlər Kabineti “Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 iyun tarixli 683 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə belə qərar verib. Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin...

09 Sentyabr 2026, 18:53

Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti Xəlilur Rəhmanla görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə Azərbaycan-BMT münasibətlərinə nəzər salınıb, Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər barədə danışılıb, bu sahədə Azərbaycan parlamentinin və onun həyata keçirdiyi parlament diplomatiyasının çoxtərəfliliyin inkişafındakı rolu vurğulanıb. Spiker Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidentinə məlumat verib.Söhbət zamanı tərəflər BMT-nin Parlamentlərarası İttifaqla (PAİ) əlaqələrinin inkişafı haqqında fikirlərini bölüşüblər.Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb....

09 Sentyabr 2026, 18:42

Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı ittiham aktı elan edilib

Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Citypost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.İttihama görə, "Taxes Group" MMC-nin direktoru və "Loft Dent" klinikasının rəhbəri Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yangın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub. O, "iVolt" brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırarkən "Azərişıq" ASC və Energetika Nazirliyinin müvafiq texniki şərtləri və icazələri olmadan, aidiyyəti elektrotexniki heyət cəlb etmədən qanunsuz elektrik xətləri...

09 Sentyabr 2026, 18:22

Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib 

Moskva məhkəməsi Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbəri, əvvəllər Baş Kəşfiyyat İdarəsinə (QUR) rəhbərlik etmiş Kirill Budanovu qiyabi həbs edib.APA-nın Moskva bürosu xəbər verir ki, Budanov qadağan olunmuş müharibə metodlarından istifadə etməkdə ittiham olunub.Məhkəmə Budanovun qiyabi həbsini təsdiqləyib.Qeyd edək ki, Budanov 2023-cü ildə qiyabi həbs edilib. Onu 20 ilə qədər həbs cəzası gözləyir.Budanov Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxil edilib....

09 Sentyabr 2026, 18:00

Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək 

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq.Citypost.az xəbər verir ki, qonşu ölkəyə 20 vaqon arpa və 21 vaqon buğda göndəriləcək.Yük qatarı sabah "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

09 Sentyabr 2026, 17:46

ADY Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir 

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çindən olan tərəfdaşlar arasında Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın yeni imkanları müzakirə olunub.Citypost.az ADY-yə istinadən xəbər verir ki, Bakıda keçirilən AGEM (CICA) Liman Rəhbərləri Konfransı çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının aparıcı liman və texnologiya qurumlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Çin arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı, Orta Dəhliz üzrə yük axınlarının artırılması, eləcə də liman və dəmir yolu əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub.Rövşən Rüstəmov “Şanxay Beynəlxalq Liman Qrupu” şirkəti (SIPG) və “NIZE Tech” texnologiya şirkətinin nümayəndələri ilə keçirilən görüşdə Orta Dəhliz vasitəsilə müntəzəm...

09 Sentyabr 2026, 17:38