Bizə yazın

Baku

-°C

USD

-

Nərgiz Salmanova: “Onlayn iş rejiminə keçilməlidir”

Cəmiyyət 16 Sentyabr 2026, 09:37

340

Sitat.info saytının baş redaktoru Nərgiz Salmanova şəhərdə yaranan nəqliyyat və hərəkətlilik probleminin aradan qaldırılması ilə bağlı təklif irəli sürüb.

Citypost.az xəbər verir ki, O bildirib ki, yaranmış vəziyyətin qarşısını almaq üçün mümkün sahələrdə həftənin müəyyən günlərində onlayn iş rejiminə keçid təmin edilməlidir. Salmanova xüsusilə ali təhsil müəssisələri və dövlət qurumlarının bu prosesdə öncül rol oynamalı olduğunu qeyd edib.

“İş saatları dəyişməlidir. Hamı saat 8-də işə başlamaq məcburiyyətində deyil. Bəzi sahələr 10-da başlasa da, heç nə dəyişməyəcək”, – deyə baş redaktor vurğulayıb.

Nərgiz Salmanovanın sözlərinə görə, bu istiqamətdə Nazirlər Kabineti tərəfindən qərar qəbul edilməsinə ehtiyac var. O hesab edir ki, ayrı-ayrı şirkət və qurumların şəxsi təşəbbüslə belə dəyişikliklərə getməsi çətin olduğundan, proses mərkəzləşdirilmiş şəkildə təşkil edilməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Nəcəfov: “Azərbaycan heç vaxt bu miqyasda hibrid hücuma məruz qalmamışdı”

Tanınmış siyasi şərhçi Şahin Nəcəfov milli kimlik, dil, din, ailə və əxlaq dəyərləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Şahin Nəcəfov bildirib ki, son dövrlər müxtəlif platformalarda Azərbaycan cəmiyyətinin milli və mənəvi dəyərlərinə qarşı təhqiramiz yanaşmalar müşahidə olunur. Onun sözlərinə görə, bəzi şəxslər ailə, əxlaq və namus anlayışlarını, digərləri isə tarixi şəxsiyyətləri və milli kimliyi hədəfə alır.Siyasi şərhçi ana dilinin vəziyyətinə də diqqət çəkib. O qeyd edib ki, siyasi və biznes elitasının övladlarının ana dilində təhsil almasının sanki ayıb kimi təqdim edilməsi və ana dilini bilməyən, ona ögey münasibət bəsləyən nəslin formalaşması milli kimlik baxımından ciddi məsələdir.“Bütün bu inkar...

16 Sentyabr 2026, 09:32

Telli Pənahqızı: “Qarabağ bu gün müharibənin deyil, quruculuğun və qayıdışın ünvanıdır”

Mən bu səfəri çox əhəmiyyətli hesab edirəm. Çünki Qarabağ və Şərqi Zəngəzur haqqında məlumat almağın ən doğru yolu onu yerində görməkdir.Uzun illər bu torpaqlar haqqında çox danışıldı, çox yazıldı. Amma bu gün artıq diplomatik korpusun nümayəndələri həmin ərazilərə gedir, oradakı real vəziyyəti öz gözləri ilə görürlər. Məncə, səfərin ən mühüm tərəfi də budur.Onlar bir tərəfdən işğalın Azərbaycan torpaqlarında yaratdığı ağır nəticələri, dağıdılmış şəhər və kəndləri, məhv edilmiş tarixi-mədəni irsi görürlər. Digər tərəfdən isə tamamilə başqa bir mənzərənin şahidi olurlar: Azərbaycan həmin torpaqlarda böyük quruculuq işləri aparır, şəhərlər, kəndlər yenidən salınır, insanlar öz doğma yurdlarına qayıdırlar.Yəni bu gün Qarabağda təkcə dağıntıların...

16 Sentyabr 2026, 09:25

Aqşin Yenisey: “Ateistin inkar etdiyi dinin adı yoxdur”  

Yazıçı Aqşin Yenisey din, islam, musəvilik və mədəniyyət arasındakı münasibətlərlə bağlı fikirlərini bölüşüb.Citypost.az A. Yenisey bildirib ki, din anlayışı ilə konkret dini ənənələri eyniləşdirmək düzgün deyil. Onun fikrincə, din insanın yaradılış, kollektiv həyat və ölümdən sonrakı naməlumluqla bağlı formalaşdırdığı ümumi düşüncə modelidir.“Musəvilik, islam isə bu ümumi inanc modelinin, yəni dinin içinə dolduruluş yəhudi, ərəb mentalitetidir”, – deyə yazıçı qeyd edib.Aqşin Yenisey islamın daxilində formalaşmış ərəb mentalitetindən arınma cəhdlərinin təsəvvüf və irfan ənənəsinin inkişafına təsir etdiyini bildirib. O, fars və türk xalqlarının təsəvvüfə marağını da bu proseslə əlaqələndirib.Yazıçının sözlərinə görə, islamın müxtəlif coğrafiyalarda fərqli formalarda yaşamasının səbəblərindən biri onun yayıldığı ərazilərdə...

16 Sentyabr 2026, 09:18

Hikmət Hacıyev Azərbaycan-BƏƏ əməkdaşlığını yüksək qiymətləndirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah M. Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.“Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrimizi yüksək qiymətləndirirəm. Bu əməkdaşlıq prezidentlərimizin müəyyən etdiyi istiqamət və baxışlara uyğundur”, – Hikmət Hacıyev bildirib.O, həmçinin Abdullah M. Əlhamədi Ərəb Media Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə təbrik edib....

16 Sentyabr 2026, 09:16

Altay Mehdiyev: “Polkovnik Rüstəmov sarsılmaz bir komandir idi”

Müdafiə nazirinin sabiq müavini, general-mayor Altay Mehdiyev ötən gün vəfat edən veteran polkovnik Azər Rüstəmov haqqında paylaşım edib.Citypost.az xəbər verir ki, A. Mehdiyev uzun müddət SSRİ və müstəqil Azərbaycanın ordu sıralarında xidmət etmiş polkovnik Azər Rüstəmovu döyüş əməliyyatlarını zəka ilə idarə edən, zabit şərəfini və daxili vicdanını qoruyan, tabeliyində olan zabitlərin ləyaqətinə diqqət göstərən və əsgərlərin mənəvi ruhunu yüksək səviyyədə saxlayan komandir kimi xarakterizə edib.“Zəfər Bayramı məhz bu cür – dövlətinə, xalqına, Hərbi Andına sonadək sadiq qalan, Vətənə xidmət etmək arzusu ilə yaşayan əsl komandirlərin fədakarlığı hesabına baş tutdu.Polkovnik Rüstəmovun ən böyük mükafatı isə azad olunmuş Vətən səmalarında dalğalanan Azərbaycan...

16 Sentyabr 2026, 09:10

Mir Şahin Ağayev: “Ənənəvi media artıq başqalaşmalıdır”  

REAL TV-nin rəhbəri Mir Şahin Ağayev Azərbaycanda akkreditə olunmuş diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı bloqerlərin fəaliyyətini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, Mir Şahin Ağayev bildirib ki, 58 ölkənin təmsilçilərinin bölgəyə səfəri Ermənistanın revanşist dairələrində ciddi narazılıq yaradıb. Onun sözlərinə görə, xüsusilə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, Fransanın səfiri və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin işğaldan azad edilmiş ərazilərə səfəri Ermənistanda böyük rezonans doğurub.Jurnalist diqqəti səfəri işıqlandıran media heyətindəki bloqerlərə, o cümlədən Kamran Razmovara yönəldib. O qeyd edib ki, erməni mənbələri diplomatların səfəri ilə bağlı daha çox bloqerlərin paylaşımlarına istinad ediblər.“ABŞ-ın, Fransanın Azərbaycandakı təmsilçilərini, elə Hindistanın səfirini...

16 Sentyabr 2026, 09:02