Bizə yazın

Baku

-°C

USD

-

Leonardo rəsminin sirri: Əsrlər sonra yaradılmış piqment tapıldı

Dünya 16 Sentyabr 2026, 09:43

266

Alimlər “L da Vinci” imzalı tarixi bir rəsmdə Leonardo da Vinçinin yaşadığı dövrdə mövcud olmayan piqment aşkarlayıblar.

Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Uppsala Universitetinin mütəxəssisləri Roma imperatoru Domitianın təsvir edildiyi rəsm əsərinin material tərkibini araşdırıblar. Əsərdə zəif görünən “L da Vinci” imzası və latınca “pinxit” – “boyalı” və ya “yazılmış” sözü yer alır.

Rəsm 1928 və 1929-cu illərdə Londonda “Christie’s” hərracında satılıb və həmin dövrdə İntibah dövrünün məşhur rəssamı Tisiana aid edilib. Sonradan üzərindəki imza əsərin Leonardo da Vinçi ilə mümkün əlaqəsi barədə müzakirələrə səbəb olub.

Tədqiqatçılar Raman spektroskopiyası vasitəsilə əsərin müxtəlif hissələrindən götürülmüş mikroskopik nümunələri analiz ediblər. Ümumilikdə 13 piqment müəyyənləşdirilib. Onlardan 12-si Orta əsrlər və İntibah dövründə istifadə olunan, həm Leonardo, həm də Tisian üçün əlçatan olan materiallardır.

Lakin rəsmin iki hissəsində Prussiya mavisi adlı sintetik piqment aşkarlanıb. Bu piqmentin istehsalına yalnız XVIII əsrin əvvəllərində başlanıldığı üçün onun Leonardo da Vinçinin və ya Tisianın həyatı dövründə əsərə əlavə edilməsi mümkün deyil.

Bununla belə, alimlər bu faktın rəsmin saxta olduğunu sübut etmədiyini vurğulayırlar. Onların sözlərinə görə, tarixi sənət əsərlərində sonrakı dövrlərdə bərpa və yenidən rəngləmə işlərinin aparılması geniş yayılıb. Rentgen müayinəsi də Prussiya mavisinin aşkarlandığı hissələrdən birində, Domitianın başındakı dəfnə çələngində sonradan dəyişiklik edildiyini göstərib.

Tədqiqatçılardan Jacob Tür qeyd edib ki, yeni piqmentin yalnız ayrı-ayrı hissələrdə aşkarlanması əsərin bütövlükdə saxta olduğu qənaətinə gəlməyə əsas vermir. Onun sözlərinə görə, bu dəyişikliklər əsərin yaradılmasından uzun müddət sonra aparılmış təmir və ya bərpa işlərinin nəticəsi ola bilər.

Alimlər bildirirlər ki, materialların təhlili hazırda rəsmin müəllifini dəqiq müəyyənləşdirməyə imkan vermir. Əsərin mənşəyi bədii analiz, mülkiyyət tarixi və digər elmi araşdırmaların nəticələri birlikdə qiymətləndirilməklə müəyyən edilməlidir.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ekspert: “Kanada Aİ-yə enerji ixracı üçün daha etibarlı yol təklif edə bilər”

Kanada Avropa İttifaqına enerji ixracının şaxələndirilməsi baxımından daha etibarlı istiqamətə çevrilə bilər.Citypost.az xəbər verir ki, FRANCE 24-ə danışan Vestminster Biznes Məktəbinin Layihə İdarəetməsi və Maliyyə üzrə baş mühazirəçisi, İcraçı Təhsil Direktoru Dr. Walaa-Eldeen Bakry bildirib ki, Kanada Baş naziri Mark Karninin siyasəti ölkənin ticarət əlaqələrinin şaxələndirilməsinə yönəlib.Ekspertin sözlərinə görə, bu yanaşma Kanada ilə Avropa İttifaqı arasında enerji ixracının artırılması üçün daha etibarlı imkan yarada bilər.O qeyd edib ki, ötən il Kanadadan bəzi Avropa ölkələrinə neft ixracında əhəmiyyətli artım müşahidə olunub.Turan...

16 Sentyabr 2026, 09:51

22 milyon il əvvəlki vulkan püskürməsi And dağlarının yaranma sirrini üzə çıxarıb

22 milyon il əvvəl indiki Çilinin şimalında baş verən güclü vulkan püskürməsi And dağlarının necə formalaşdığını öyrənmək üçün alimlərə unikal imkan yaradıb.Citypost.az “Live Science”ə istinadən xəbər verir ki, püskürmə Lauka kalderasında baş verib və böyük ərazi piroklastik axın nəticəsində yaranan ignimbrit təbəqəsi ilə örtülüb. Sürətlə yayılan vulkanik qaz, kül və qızmar qaya qarışığı qədim relyefin izlərini qoruyub saxlayıb.“Science Advances” jurnalında dərc olunan araşdırmada London Universitet Kollecinin və digər qurumların alimləri ignimbrit təbəqəsinin formasını və çay eroziyasının izlərini araşdıraraq püskürmədən əvvəl bölgənin relyefini bərpa ediblər.Tədqiqatçılar müəyyən ediblər ki, 22 milyon il əvvəl ərazidə bu günkü kimi dik və yüksək dağ zirvələri...

16 Sentyabr 2026, 09:48

Sanders Trampı Si Cinpinlə süni intellektin inkişafını dayandırmağa çağırıb  

ABŞ senatoru Berni Sanders prezident Donald Trampı Çin lideri Si Cinpinlə süni intellektin təhlükəsizliyi məsələsini müzakirə etməyə və qabaqcıl süni intellekt sistemlərinin inkişafının dayandırılması barədə razılığa gəlməyə çağırıb.Citypost.az “BBC News”a istinadən xəbər verir ki, Sanders gələn həftə süni superzəkanın inkişafına daimi qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edəcəyini açıqlayıb. Senator insan zəkasını üstələyən süni sistemlərin potensial olaraq fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirib.Onun sözlərinə görə, qanun layihəsi superzəkanın inkişafı və istifadəsinə daimi qadağa ilə yanaşı, ABŞ-da aydın təhlükəsizlik qaydaları müəyyən edilənədək qabaqcıl süni intellekt sistemlərinin inkişafının müvəqqəti dayandırılmasını da nəzərdə tutur.Sanders Tramp və Si Cinpin arasında Vaşinqtonda keçiriləcək görüşdə...

16 Sentyabr 2026, 09:45

Volvo XC60 hibridi elektrikli avtomobilə yaxınlaşdırdı

Volvo XC60 və XC90 krossoverlərinin qoşula bilən hibrid versiyaları üçün yeni güc aqreqatı təqdim edib.Citypost.az “Autocar”a istinadən məlumatına görə, yeni versiyalarda batareyanın tutumu 19-dan 41,2 kVt/saatadək artırılıb və daha güclü elektrik mühərriki quraşdırılıb. Nəticədə XC60 benzin mühərrikini işə salmadan 200 kilometrədək məsafə qət edə biləcək.XC60 iki versiyada təklif olunacaq. 178 at gücünə malik T6 tam elektrik rejimində 200 kilometrədək, 246 at gücündə T8 isə 188 kilometrədək yol gedə biləcək. Göstəricilər WLTP metodologiyasına əsaslanır və real məsafə sürücülük şəraitindən asılı olaraq dəyişə bilər.Flaqman XC90-ın T8 versiyası isə benzin mühərriki olmadan 161 kilometrədək məsafə qət edəcək. Hazırkı modeldə bu göstərici 61 kilometrdir....

16 Sentyabr 2026, 09:40

Paşinyan lənətlənəcək - Zaxarova

Erməni kilsəsinə qarşı təqiblərdə iştirak edənlər (Baş nazir Nikol Paşinyan və komandasının üzvlərini nəzərdə tutur - red.) lənətlənəcəklər. Bunu onlara belə də çatdırın.Modern.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “Ermənistan hakimiyyəti tərəfindən erməni kilsəsinə qarşı həyata keçirilən təqiblər” barədə sualı cavablandırarkən deyib.“Dəhşətli cinayətlər var, amma Tanrıya qarşı müharibə və təqib əsrlər boyu davam edən lənətdir. Tarix bunu sübut edir”, - o bildirib.Mariya Zaxarova Ermənistan hökumətinin üzvlərini İncil oxumağa çağırıb:“İndi bunu təkrarlamayacam, özünüz müqəddəs kitabları və İncili oxuyun. Kilsəyə qarşı mübarizə Tanrıya qarşı müharibənin sərhədinə çatan və bilavasitə ora gedib çıxan mübarizədir....

15 Sentyabr 2026, 22:04

“Discord”un fəaliyyətində problem yarandı

Məşhur oyun və ünsiyyət platforması “Discord”un fəaliyyətində qlobal kütləvi şəbəkə çökməsi baş verib.“Qafqazinfo” “TechRadar” nəşrinə istinadla xəbər verir ki, dünyanın bir çox ölkəsində istifadəçilər tətbiqə daxil ola bilmədiklərini bildirirlər.Problem hazırda xüsusilə Böyük Britaniya və ABŞ-də daha kəskin hiss olunur. Böyük Britaniyada platformanın masaüstü (kompüter) versiyası tamamilə dayansa da, mobil tətbiqin hələ ki işlədiyi və mesajlaşmanın mümkün olduğu bildirilir. ABŞ-də isə istifadəçilər tətbiqin işləməməsi ilə bağlı “X” sosial şəbəkəsində minlərlə şikayət paylaşırlar.Problemin ilk dəqiqələrində “Discord”un rəsmi status səhifəsində bütün serverlərin qaydasında olduğu göstərilsə də, az sonra məlumat yenilənib. Şirkətdən “sessiya əlçatanlığı” ilə bağlı texniki problemin yarandığı təsdiqlənib və hazırda araşdırma aparıldığı...

15 Sentyabr 2026, 20:50