Akif Aşırlı: “Azərbaycan tarixinin öyrənilməsi milli borcumuzdur”
Cəmiyyət 17 Sentyabr 2026, 09:29
358
“Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ərəb media forumunda Qarabağ və digər bölgələrdə Qafqaz Albaniyasının xristian izləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Citypost.az xəbər verir ki, A.Aşırlı qeyd edib ki, sözügedən coğrafiyada İslamdan əvvəl xristian izlərinin mövcudluğunu heç kim inkar etmir. Onun sözlərinə görə, bununla yanaşı, qədim Albaniyada ermənilərin və bəzi qonşu ölkələrin iddialarının əksinə olaraq, Türk izləri, Türk boyları və Türk tarixi də mövcud olub.
Əməkdar jurnalist uzun illər ərzində məşhur albanşünas alim Fəridə Məmmədova da daxil olmaqla, Azərbaycan tarixçilərinin Mirzə Bala Məhəmmədzadənin 1927-ci ildə İstanbulda çap etdirdiyi “Azərbaycan tarixində Türk Albaniya” kitabına istinad etmədiyini bildirib:
“Tarixçilərimizin heç biri bu əsərin nə adını çəkib, nə də hansısa əsərində mənbəşünaslığa daxil edib. Bunu bəlkə də belə əsaslandıra bilərlər ki, M.B. Məhəmmədzadə tarixçi deyil, onun əsərinə də elmi baxımdan yanaşmaq olmaz. Tamamilə səhvdir”.
A.Aşırlının sözlərinə görə, kitabçada kifayət qədər qədim tarixi mənbələrə, elmi əsərlərə və kitablara istinadlar yer alır. O vurğulayıb ki, Albaniyada qədim Türklərin varlığı, onların hakimiyyətin ən yüksək pilləsində qərar tutmaları və ölkəni idarə etmələri barədə kifayət qədər fakt mövcuddur.
Həmçinin oxuyun
Əməkdar jurnalist bildirib ki, “Azərbaycan tarixində Türk Albaniya” kitabını heç bir maddi yardım gözləmədən, orijinal səhifələri ilə birlikdə 2022-ci ildə 300 nüsxə çap etdiriblər.
“Bunları niyə yazdım? Yazdım ki, biz indiyədək təkcə klassik jurnalistika ilə məşğul olmadıq, qəzet çıxarmadıq, internet media resurslarından da kifayət qədər istifadə etdik, sosial media platformalarından yararlandıq və emal etdiyimiz məhsulları paylaşdıq. Bütün bu vacib peşəmizə, onun standartlarına uyğun dövlətə, millətə nə lazımdırsa, imkanlarımız çərçivəsində onu çatdırdıq və çatdırırıq da. Bu, bizim milli borcumuzdur”, - deyə A.Aşırlı qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Natiq Muxtarlıdan SƏRT SÖZLƏR: “Övladının tərbiyəsinə özün cavabdehsən”
Məktəbdə şagirdlərin elektron siqaret çəkməsinə ikili münasibət var: Sağlam düşüncəli insanlar bu davranışa görə ailəni – valideynləri günahlandırırlar. Kütlə - Tükəzbanlar, Fatmanisələr, Məmmədhəsənlər isə məktəbi, müəllimi günahkar bilir. Niyə, ay Tükəzban? Axı sən müəllimdən “tərbiyə verən” statusunu çoxdan alıbsan. Müəllim sənin övladına “belə hərəkət etmə” deyə bilməz. Müəllim nəinki şagirdə irad bildirə bilməz, hətta ona “dərsə niyə hazır deyiləsən” sualını da verə bilməz. Bu sual Tükəzbanın övladının “çest”inə dəyə bilər. Tükəzbana görə uşaq sinifdə yatarsa, müəllim pencəyini onun kürəyinə salmalı, lay-lay deməlidir. Tükəzbanın oğlu sinifdə anqırarsa, müəllim “nə gözəl səsin var, bala” deyib onu ruhlandırmalıdır. Bizim zamanımızda da məktəbdə uyğun olmayan davranış olurdu, buna görə...
17 Sentyabr 2026, 09:43
Ülkər Abdullayeva: ADMİU tələbələrini hədələyənlər cəmiyyətdən təcrid edilməlidir
“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrini hədələyən bacı-qardaşla bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ülkər Abdullayeva bildirib ki, həmin şəxslərin “TikTok”da yayılan videosuna baxıb və gördüklərindən şoka düşüb.“Şoka düşdüm ki, bu hansı səviyyədir? Bunları kim əkib, doğub cəmiyyətin canına, tələbə edib buraxıb camaatın balalarının təhsil aldığı universitetə? Bu qədər əxlaqsız danışıqla, ritorika ilə bunlar ancaq, üzr istəyirəm ifadəmə görə, ‘fahişəxana’da yaşaya bilərlər”, – deyə o qeyd edib.Ülkər Abdullayeva vurğulayıb ki, belə şəxslərin nəinki universitetə, ümumiyyətlə, cəmiyyətə buraxılması düzgün deyil.“Mənə bu uşaqların doğulub-böyüdüyü ailə çox maraqlıdır. İnanın, tüklərim ürpəşdi ki, mənim...
17 Sentyabr 2026, 09:18
Tanınmış ssenarist Alla Axundova vəfat edib
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib.Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. O, 1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, 1988-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. O, eyni zamanda 2003-cü ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü idi. Alla Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir. O, həmçinin Azərbaycan...
17 Sentyabr 2026, 09:13
Azərbaycan 3 milyarda yaxın borc alacaq
Azərbaycan 2027-ci ildə dövlət büdcəsinin 3 milyard 166 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.Citypost.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, borclanma 2 milyard 751 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 86,9 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2027-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 275 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına isə 140 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır. Gələn il bu maliyyələşdirmədə məqsədli büdcə fondlarının vəsaitinin qalığı nəzərdə tutulmayıb....
17 Sentyabr 2026, 08:38
Ağdamda fermer təsərrüfatlarının vəziyyəti müzakirə olunub
Ağdam rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.Citypost.az xəbər verir ki, əvvəlcə rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarına baxış keçirilib. Rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul əməkdaşı, Əlaqələndirmə Qərargahının üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri fermer təsərrüfatlarında olublar. Baxış zamanı təsərrüfatların mövcud vəziyyəti, əkin sahələrinin istifadəsi, istehsal imkanları və qarşıya çıxan problemlərlə yerində tanış olunub. Fermerlərin təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə...
17 Sentyabr 2026, 08:20
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;10. Babək...
17 Sentyabr 2026, 08:19