Bizə yazın

Baku

-°C

USD

-

Sabir Rüstəmxanlı: “Erməni yalanlarına ardıcıl cavab verilməlidir”

Siyasət 17 Sentyabr 2026, 09:26

389

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin azad Qarabağa və Şərqi Zəngəzura səfəri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqidir. Bu səfərlə  bağlı Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. 

   Diplomatik korpusun səfərinə Ermənistanda göstərilən mənfi  münasibət, qonşu dövlərin mətbuatındakı fikirlər əsl erməni həyasızlığıdır. Özü Qafqazda siyasi məqsədlərlə yerləşdirilən bu xalq 120 ildən artıqdır ki, əsası olmayan erməni soyqırımı haqqında yalanları bütün dünyaya yaymaqla və rəsmən tanıtdırmaqla məşğuldur. Halbuki, ortada 1918-ci ildə Bakıda, Şamaxıda Azərbaycan türklərinin kütləvi qətliamı, 1992-ci ildə Xocalı törədilmiş soyqırım faktları var. Amma təəssüf ki, biz Qələbədən, ərazi bütövlüyümüzü təmin etdikdən sonra ümümi sülh ab-havasını pozmamaq üçün bu hadisələri çox qabartmırıq. 

    Ermənilər dünyada islam və türk əleyhinə saysız hesabsız kitablar çap elətdirib, saxta təbliğat aparıblar. Dünyanın hər yerinə dağılıb eyni yalanları müxtəlif dillərdə, müxətəlif ölkələrdə yayır, kitablar  nəşr edirlər. Təəssüf ki, bir az da bizim zəifliyimizdən bu yalanlara inananlar da olub. Təbbi ki, bölgə haqqında alternativ mətbəəsi olmayanın da bu yalanlara inanmaqdan başqa yolu qalmır. Görünən odur ki, bu gün də həmin təbliğat davam edir. Bir vaxt ermənilərin Naxçıvan və Qarabağ iddisı var idi. Bu iddianı da gizlətmirdilər, keçmiş sovetlərdə və dünyayda yayırdılar. Baxmayaraq ki, bu iddiaların tarixi əsassızlığını təsdiq edən kifayət qədər faktlar var. Amma təəssüf ki, Moskva və dünya mətbuatında ermənilərin fikirləri yayılırdı, bizim fikirlərimizə isə imkan vermirdilər. Ermənilər heç bir bir tarixi əsası olmayan kitablar çap eləyirdilər, biz isə gerçəkləri, həqiqəti ifadə edən kitab çap elətdirmək istəyəndə hətta Azərbaycan rəhbərliyi deyirdi ki, yox, bu qonşular arasında nifaq yaradır. Düzdür bu artıq tarixdir, amma biz bu tarixi yaşadığımıza görə bugün müəyyən nəticələr çıxarmalıyıq. Azərbaycanın Zəfər savaşından sonra Paşinyan, Ermənistan rəsmiləri Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etdi və dünya da artıq bunun belə olduğunu bilir. Amma erməni təbliğatı dayanmır, yenə o yalanlarından, iddialarından əl çəkmirlər. Sülh üçün Azərbaycanın haqlı tələbi olan konstitusiya dəyişikliyi hələ də yerinə yetirilməyib. Bu, həm də Azərbaycana və Türkiyəyə qarşı torpaq iddiasından əl çəkilməməsi deməkdir. Buna görə də ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələrinin – diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərində həqiqətləri öz gözləri ilə görməsi erməni xəstəliyini yenidən oyandırıb, yenidən müxtəlif uydurmalar ortaya atılır, beynəlxalq ictimaiyyəti çaşdırmağa çılışırlar. Bu səfərlərə qarşı çıxmaq əslində Azərbaycanın yaratdığı yeni reallığın qəbul edilməsinə qarşı çıxmaqdır. Bu baxımdan Ermənistan cəmiyyətində Qarabağdakı bəzi tarixi-dini abidələrimizlə bağlı müxtəlif iddiaların səsləndirilməsi də diqqət çəkir. Xüsusilə Gəncəsər və Xudavəng kimi abidələrimizin erməni irsi kimi təqdim edilməsi saxtakarlığın ən iyrənc nümunəsidir. Necə ola bilər ki, Ermənistan utanmadan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycanın tarixi-mədəni irsinin mövcudluğunu inkar edir. Ermənistanın siyasi dairələri belə rəy formalaşdırmağa çalışırlar ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb.  Bütün bunlar həm də rəsmi İrəvanın bölgədə sülhün bərqərar olunması istiqamətində apardığı siyasətin nə dərəcədə qeyri-səmimi və ziddiyyətli olduğunu bir daha açıq şəkildə nümayiş etdirir. Çünki səfərlə bağlı bir çox neqativ paylaşımlar, yazı və təhlillər Ermənistanın hakim partiyasına yaxın olan resurslarda aparılır. Buna görə də biz heç zaman ehtiyyatı əldən verməməli və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında və erməni yalanlarının ifşasında daha çox fəallıq göstərməliyik.  Bir həqiqəti qəbul etməliyik ki, Qarabağda hərbi qarşıdurma bitsə də, daha böyük coğrafiyada, beynəlxalq arenada diplomatiya və informasiya savaşı davam edir. Erməni yalanlarına ardıcıl olaraq cavab verilməli və erməni diliylə dəyişdirilən həqiqətlər dünyaya bəyan edilməlidir. Bu məsələdə hər şeyi dövlətin öhdəsinə buraxmaq doğru olmaz. Azərbaycan alimləri, Azərbaycan ziyalıları, Azərbaycan ictimaiyyəti, kimin hansı sahədə və hansı şəkildə gücü çatırsa bu işdə fəal olmalıdır. Son vaxtlar sosial şəbəkələrdə süni zəkayla saxta erməni tarixi, saxta ermni kralları haqda səhnələr paylaşılır. Adi vətəndaşın bu növ yalanları elə həmin sosial şəbəkələrdə ifşası vacibdir. Yəni bu istiqamətdə səfərbər olmalıyıq. Bəlkə də bu iş üçün bir mərkəz yaradılmalı və sistemli iş aparılmalıdır. Bir sözlə, erməni ilə davamız bitdi deyib arxayınlaşmaq doğru deyil. Erməni yalanı dünyada hansı səviyyədə yayılırsa, o səviyyədə də biz cavab verməyi bacarmalıyıq. Tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz, ədalətli mövqeyimiz hər cəhətdən erməniləri susdurmağa haqq verir, imkan verir. Biz bu imkanlardan geniş şəkildə istifadə eləməliyik. 

Sabir Rüstəmxanlı

VHP sədri, Xalq şairi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alqış Musayev: “Erməni reaksiyası təsadüfi deyil”

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev diplomatik korpusun Qarabağa səfərinə erməni cəmiyyətinin reaksiyası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, A.Musayev bildirib ki, diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə erməni cəmiyyətinin sərt reaksiyası təsadüfi deyil.Baş redaktor paylaşımında mərhum babası Əli Musayevin dediyi sözləri də xatırladıb:“Rəhmətlik babam Əli Musayev deyirdi ki, ‘erməni’ millət yox, xəstəlik adıdır”.Turan

17 Sentyabr 2026, 09:38

Şahin Cəfərli FED qərarını və ABŞ seçkilərini şərh etdi

Politoloq Şahin Cəfərli ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı və bunun ölkədə keçiriləcək Konqres seçkilərinə mümkün təsirləri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ş.Cəfərlinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp may ayında FED rəhbərini dəyişib və bunun əsas məqsədlərindən biri faizlərin aşağı salınması olub. Onun sözlərinə görə, yeni sədr Kevin Warsh vəzifəyə gəldikdən qısa müddət sonra FED faiz dərəcəsini 3,75 faizdən 4 faizə yüksəldib. Bu, son üç ildə ilk faiz artımıdır.Politoloq qeyd edib ki, FED qərar qəbul edərkən siyasi xahiş və tələbləri deyil, ölkədəki cari iqtisadi vəziyyəti, xüsusilə inflyasiya göstəricilərini və inflyasiya ilə bağlı gözləntiləri nəzərə alır. O bildirib...

17 Sentyabr 2026, 09:23

Çin İrana nə mesaj verdi? – Heydər Oğuzdan AÇIQLAMA

Çindən İrana mesaj: "Husiləri cilovla"Bir neçə gündən sonra Çin prezidenti Si Cinpin ABŞ-a səfərə gedəcək. Onun ABŞ-lı həmkarı Donald Trampla görüşməsi planlaşdırılır. Təbii ki, bu görüşdə Rusiya-Ukrayna savaşından tutmuş Yaxın Şərq gərginliyinə qədər bir çox məsələlərin də müzakirə olunacağı gözlənilir.Maraqlıdır ki, İran Xarici İşlər naziri Abbas Əraqçi Cinpinin ABŞ-a səfərinə bir həftə qalmış tələm-tələsik Pekinə gedib və həmkarı Vanq Yi ilə görüşüb. Görüşdə Vanq Yinin Əraqçiyə verdiyi iki mesaj diqqəti cəlb edir. Əvvəla, o deyib ki, Çin "İranla dialoq və əməkdaşlığı gücləndirməyə, İranın qanuni hüquq və maraqlarını qorumağa hazırdır”. Təbii ki, bu sözləri İranın fayda xanasına yaza bilərik. Amma qanuni hüquq...

17 Sentyabr 2026, 09:19

Zahid Oruc: “Qarabağda suverenlik reallığı möhkəmlənir”

Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi-siyasi mərhələsi başa çatıb, lakin Qarabağ uğrunda mübarizənin məzmunu da dəyişir. Vaxtilə əsas qarşıdurmanın məqsədi əraziyə faktiki nəzarət, statusun müəyyənləşdirilməsi və təhlükəsizlik məsələləri ətrafında gedirdisə, indi savaşın mühüm hissəsi beynəlxalq legitimlik, tarixi yaddaş, mədəni irsin tanıdılması və postmünaqişə reallığının qəbulu üzərində aparılır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 11–12 sentyabrda Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda, erməni diaspor strukturlarında və sosial media şəbəkələrində verilən reaksiyalar mübarizənin yeni müstəviyə daşınmasının mahiyyətini açıq göstərdi.Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə 58 ölkəni və doqquz beynəlxalq təşkilatı təmsil edən 150 diplomat və beynəlxalq nümayəndənin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfəri dövlətimizin...

16 Sentyabr 2026, 11:00

Tofiq Zülfüqarov: “Ermənistanda ilhaq siyasətinin qalıqları hələ də qorunur”  

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi silahlı təcavüzün yalnız ərazilərin işğalı ilə məhdudlaşmadığını, bunun daha geniş dövlət və milli siyasətin tərkib hissəsi olduğunu düşünürəm.Citypost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov sosial şəbəkədəki paylaşımında bildirib.O qeyd edib ki, qonşu ölkənin ərazisini ələ keçirmək üçün cəmiyyətin şüurunda müəyyən tarixi, ideoloji və mənəvi narrativlər formalaşdırılmalı idi. T. Zülfüqarovun sözlərinə görə, bu narrativlər gənc əsgərlərin verilən əmrləri mənəvi tərəddüd keçirmədən yerinə yetirməsinə zəmin yaradıb.Diplomat hesab edir ki, Azərbaycan bu strukturların ardıcıl şəkildə aradan qaldırılması istiqamətində addımlar atdıqca, revanşist dairələrin reaksiyası Ermənistan mediasında, o cümlədən hökumətyönlü resurslarda özünü göstərir.“Buradan belə nəticə...

16 Sentyabr 2026, 09:06

İlham Əliyev: Şəhidlərimizin qanı yerdə qalmadı

İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq.Citypost.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib.“Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə dövlətimizin başçısı əlavə edib....

15 Sentyabr 2026, 16:50