Şahin Cəfərli FED qərarını və ABŞ seçkilərini şərh etdi
Siyasət 17 Sentyabr 2026, 09:23
538
Politoloq Şahin Cəfərli ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı və bunun ölkədə keçiriləcək Konqres seçkilərinə mümkün təsirləri barədə fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, Ş.Cəfərlinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp may ayında FED rəhbərini dəyişib və bunun əsas məqsədlərindən biri faizlərin aşağı salınması olub. Onun sözlərinə görə, yeni sədr Kevin Warsh vəzifəyə gəldikdən qısa müddət sonra FED faiz dərəcəsini 3,75 faizdən 4 faizə yüksəldib. Bu, son üç ildə ilk faiz artımıdır.
Politoloq qeyd edib ki, FED qərar qəbul edərkən siyasi xahiş və tələbləri deyil, ölkədəki cari iqtisadi vəziyyəti, xüsusilə inflyasiya göstəricilərini və inflyasiya ilə bağlı gözləntiləri nəzərə alır. O bildirib ki, ABŞ-da inflyasiya avqust ayında 0,4 faiz artaraq illik ifadədə 3,4 faizə çatıb. FED isə 2026-cı il üçün inflyasiyanı 3,7 faiz səviyyəsində proqnozlaşdırır. Ş.Cəfərlinin fikrincə, bu səbəbdən ilin sonuna qədər daha bir faiz artımının baş verməsi gözlənilir.
Ş.Cəfərli vurğulayıb ki, inflyasiya və istehlak qiymətləri ABŞ-da seçkilərin nəticələrinə təsir edən mühüm amillərdəndir. Onun sözlərinə görə, noyabrda keçiriləcək Konqres seçkilərində demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyi artıq geniş şəkildə qəbul olunur. Bununla yanaşı, son dövrdə respublikaçıların Senat üzərində də nəzarəti itirmək təhlükəsi ilə üzləşdiyi bildirilir. Seçkilər zamanı Nümayəndələr Palatasının bütün üzvləri, Senatın isə təxminən üçdə biri yenilənəcək.
Politoloq bəzi ənənəvi olaraq respublikaçılara səs verən “qırmızı” ştatlarda demokrat namizədlərin qələbə imkanlarının da ortaya çıxdığını qeyd edib. O, xüsusilə Texasda gənc demokrat Talariko ilə Tramp tərəfdarı Pakston arasındakı rəqabətin ölkə miqyasında maraqla izlənildiyini bildirib.
Həmçinin oxuyun
Ş.Cəfərlinin sözlərinə görə, demokratların hakimiyyətdə olduğu Miçiqanda isə demokrat həkim-epidemioloq Abdulrəhman Mohammed əl-Seyidin ABŞ tarixində ilk müsəlman senator olmaq ehtimalı var.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Alqış Musayev: “Erməni reaksiyası təsadüfi deyil”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev diplomatik korpusun Qarabağa səfərinə erməni cəmiyyətinin reaksiyası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, A.Musayev bildirib ki, diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə erməni cəmiyyətinin sərt reaksiyası təsadüfi deyil.Baş redaktor paylaşımında mərhum babası Əli Musayevin dediyi sözləri də xatırladıb:“Rəhmətlik babam Əli Musayev deyirdi ki, ‘erməni’ millət yox, xəstəlik adıdır”.Turan
17 Sentyabr 2026, 09:38
Sabir Rüstəmxanlı: “Erməni yalanlarına ardıcıl cavab verilməlidir”
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin azad Qarabağa və Şərqi Zəngəzura səfəri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqidir. Bu səfərlə bağlı Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Diplomatik korpusun səfərinə Ermənistanda göstərilən mənfi münasibət, qonşu dövlərin mətbuatındakı fikirlər əsl erməni həyasızlığıdır. Özü Qafqazda siyasi məqsədlərlə yerləşdirilən bu xalq 120 ildən artıqdır ki, əsası olmayan erməni soyqırımı haqqında yalanları bütün dünyaya yaymaqla və rəsmən tanıtdırmaqla məşğuldur. Halbuki, ortada 1918-ci ildə Bakıda, Şamaxıda Azərbaycan türklərinin kütləvi qətliamı,...
17 Sentyabr 2026, 09:26
Çin İrana nə mesaj verdi? – Heydər Oğuzdan AÇIQLAMA
Çindən İrana mesaj: "Husiləri cilovla"Bir neçə gündən sonra Çin prezidenti Si Cinpin ABŞ-a səfərə gedəcək. Onun ABŞ-lı həmkarı Donald Trampla görüşməsi planlaşdırılır. Təbii ki, bu görüşdə Rusiya-Ukrayna savaşından tutmuş Yaxın Şərq gərginliyinə qədər bir çox məsələlərin də müzakirə olunacağı gözlənilir.Maraqlıdır ki, İran Xarici İşlər naziri Abbas Əraqçi Cinpinin ABŞ-a səfərinə bir həftə qalmış tələm-tələsik Pekinə gedib və həmkarı Vanq Yi ilə görüşüb. Görüşdə Vanq Yinin Əraqçiyə verdiyi iki mesaj diqqəti cəlb edir. Əvvəla, o deyib ki, Çin "İranla dialoq və əməkdaşlığı gücləndirməyə, İranın qanuni hüquq və maraqlarını qorumağa hazırdır”. Təbii ki, bu sözləri İranın fayda xanasına yaza bilərik. Amma qanuni hüquq...
17 Sentyabr 2026, 09:19
Zahid Oruc: “Qarabağda suverenlik reallığı möhkəmlənir”
Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi-siyasi mərhələsi başa çatıb, lakin Qarabağ uğrunda mübarizənin məzmunu da dəyişir. Vaxtilə əsas qarşıdurmanın məqsədi əraziyə faktiki nəzarət, statusun müəyyənləşdirilməsi və təhlükəsizlik məsələləri ətrafında gedirdisə, indi savaşın mühüm hissəsi beynəlxalq legitimlik, tarixi yaddaş, mədəni irsin tanıdılması və postmünaqişə reallığının qəbulu üzərində aparılır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 11–12 sentyabrda Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda, erməni diaspor strukturlarında və sosial media şəbəkələrində verilən reaksiyalar mübarizənin yeni müstəviyə daşınmasının mahiyyətini açıq göstərdi.Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə 58 ölkəni və doqquz beynəlxalq təşkilatı təmsil edən 150 diplomat və beynəlxalq nümayəndənin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfəri dövlətimizin...
16 Sentyabr 2026, 11:00
Tofiq Zülfüqarov: “Ermənistanda ilhaq siyasətinin qalıqları hələ də qorunur”
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi silahlı təcavüzün yalnız ərazilərin işğalı ilə məhdudlaşmadığını, bunun daha geniş dövlət və milli siyasətin tərkib hissəsi olduğunu düşünürəm.Citypost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov sosial şəbəkədəki paylaşımında bildirib.O qeyd edib ki, qonşu ölkənin ərazisini ələ keçirmək üçün cəmiyyətin şüurunda müəyyən tarixi, ideoloji və mənəvi narrativlər formalaşdırılmalı idi. T. Zülfüqarovun sözlərinə görə, bu narrativlər gənc əsgərlərin verilən əmrləri mənəvi tərəddüd keçirmədən yerinə yetirməsinə zəmin yaradıb.Diplomat hesab edir ki, Azərbaycan bu strukturların ardıcıl şəkildə aradan qaldırılması istiqamətində addımlar atdıqca, revanşist dairələrin reaksiyası Ermənistan mediasında, o cümlədən hökumətyönlü resurslarda özünü göstərir.“Buradan belə nəticə...
16 Sentyabr 2026, 09:06
İlham Əliyev: Şəhidlərimizin qanı yerdə qalmadı
İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib.“Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə dövlətimizin başçısı əlavə edib....
15 Sentyabr 2026, 16:50