Bizə yazın

Baku

-°C

USD

-

Çin İrana nə mesaj verdi? – Heydər Oğuzdan AÇIQLAMA

Siyasət 17 Sentyabr 2026, 09:19

316

Çindən İrana mesaj: "Husiləri cilovla"

Bir neçə gündən sonra Çin prezidenti Si Cinpin ABŞ-a səfərə gedəcək. Onun ABŞ-lı həmkarı Donald Trampla görüşməsi planlaşdırılır. Təbii ki, bu görüşdə Rusiya-Ukrayna savaşından tutmuş Yaxın Şərq gərginliyinə qədər bir çox məsələlərin də müzakirə olunacağı gözlənilir.

Maraqlıdır ki, İran Xarici İşlər naziri Abbas Əraqçi Cinpinin ABŞ-a səfərinə bir həftə qalmış tələm-tələsik Pekinə gedib və həmkarı Vanq Yi ilə görüşüb. 

Görüşdə Vanq Yinin Əraqçiyə verdiyi iki mesaj diqqəti cəlb edir. Əvvəla, o deyib ki, Çin "İranla dialoq və əməkdaşlığı gücləndirməyə, İranın qanuni hüquq və maraqlarını qorumağa hazırdır”. Təbii ki, bu sözləri İranın fayda xanasına yaza bilərik. Amma qanuni hüquq qavramı o qədər geniş anlayışdır ki, ümumi şəkildə söylənmiş bu fikirləri sadəcə mücərrəd vədlər kateqoriyasına aid etmək olar. Zira, Vanq Yinin bu sözləri deyərkən konkret nəyi nəzərdə tutduğunu çıxarmaq asan deyil. Sözsüz ki, Çin ABŞ-la İran arasında savaşın bitməsində maraqlıdır və bu istəqamətdə əlindən nə gəlirsə etməyə çalışar. 

Bununla belə, ABŞ-İran və ya Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda bitməsi də onun maraqlarına uyğun deyil. Çünki Pekin yaxşı bilir ki, bu müharibələr nə qədər tez bitsə, sıra bir o qədər tez Çinin özünə gələcək. ABŞ Çin ətrafındakı dövlətləri təşkilatlandırıb onun üstünə salacaq. Bu perspektivlə üzləşməmək üçün Çin həqiqətən də İranı ayaqda dayanacaq qədər dəstəkləyəcək. Məqsədi müharibəni qeyri-müəyyən vaxta qədər uzatmaq və ABŞ-ı bacardığı qədər tükəndirə bilmək olduğu üçün. 

Vanq Yinin Əraqçiyə verdiyi ikinci mesaj isə daha konkret olub: “Bütün tərəfləri Hörmüz boğazını tezliklə yenidən açmaq üçün təsirli tədbirlər görməyə çağırırıq, regional gərginliyin Yəmənə və Qırmızı dənizə daha da yayılmasını istəmirik".  

Sirr deyil ki, bu iki istiqamətin ikisinin məsuliyyətinin böyük hissəsi Tehranın üzərinə düşür. Xüsusilə də Yəmən Husilərinin birtərəfli olaraq bağladıqları Babül-Məndəb boğazının ABŞ-la heç bir əlaqəsi yoxdur. Əksinə, Hörmüz boğazının bağlanmasını nəzərə alan Riyad, Fars körfəzində çıxardığı neftini Şərq-Qərb boru kəməri ilə Qırmızı dənizə daşıyır və Babül-Məndəb boğazından keçirərək Çinə satırdı. İrana bağlı Həşdi-Şabi qüvvələri isə Şərq-Qərb boru kəmərini vurdu, Husilər isə Babül-Məndəb boğazını bağladı. Nəticədə Səudiyyə Ərəbistanının gündəlik nəql etdiyi 7 min barrel neftin son ünvana çatdırılmasının da qarşısı alındı.

Bir çox ekspertlər İranın ən böyük ticarət ortağının Çin olduğunu, çıxardığı neftin böyük əksəriyyətini bu ölkəyə satdığını nəzərə alıb Vinq Yinin ilk mesajını – “İranın legitim hüquqlarını qoruyacağıq” vədini bu aspektdə dəyərləndirirlər. İlk baxışdan haqsız da deyillər. Həqiqətən də Kpler və TankerTrackers tərəfindən toplanan məlumatlara görə, Çin İranın xam neft ixracının 80%-dən çoxunu alır. Bölgədə gərginlik artmazdan əvvəl Çindəki neft emalı zavodları gündə təxminən 1,3-1,4 milyon barel İran nefti idxal edirdi. Farslar demişkən, “xeyli xub”. Bəs bilirsinizmi, həmin Çin Səudiyyə Ərəbistanından gündə neçə barrel neft idxal edir? 

Statistik məlumatlara görə, Çinin ən çox neft aldığı birinci ölkə Rusiya, ikinci ölkə isə Səudiyyə Ərəbistanıdır. Çin öz neft ehtiyacının 14-15%-ni Səudiyyə Ərəbistanından alır. Hardasa gündəlik 1.6 milyon barrel. Qısası, Səudiyyə Ərəbistanı Çinin enerji təchizatı üçün ən azı İran qədər dəyərlidir. Görünür, Vinq Yi Əraqçıya “regional gərginliyin Yəmənə və Qırmızı dənizə daha çox yayılmasını istəmirik", - deyərkən əslində “Husiləri cilovla” mesajını çatdırıb. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabir Rüstəmxanlı: “Erməni yalanlarına ardıcıl cavab verilməlidir”

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin azad Qarabağa və Şərqi Zəngəzura səfəri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqidir. Bu səfərlə  bağlı Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.    Diplomatik korpusun səfərinə Ermənistanda göstərilən mənfi  münasibət, qonşu dövlərin mətbuatındakı fikirlər əsl erməni həyasızlığıdır. Özü Qafqazda siyasi məqsədlərlə yerləşdirilən bu xalq 120 ildən artıqdır ki, əsası olmayan erməni soyqırımı haqqında yalanları bütün dünyaya yaymaqla və rəsmən tanıtdırmaqla məşğuldur. Halbuki, ortada 1918-ci ildə Bakıda, Şamaxıda Azərbaycan türklərinin kütləvi qətliamı,...

17 Sentyabr 2026, 09:26

Şahin Cəfərli FED qərarını və ABŞ seçkilərini şərh etdi

Politoloq Şahin Cəfərli ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı və bunun ölkədə keçiriləcək Konqres seçkilərinə mümkün təsirləri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ş.Cəfərlinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp may ayında FED rəhbərini dəyişib və bunun əsas məqsədlərindən biri faizlərin aşağı salınması olub. Onun sözlərinə görə, yeni sədr Kevin Warsh vəzifəyə gəldikdən qısa müddət sonra FED faiz dərəcəsini 3,75 faizdən 4 faizə yüksəldib. Bu, son üç ildə ilk faiz artımıdır.Politoloq qeyd edib ki, FED qərar qəbul edərkən siyasi xahiş və tələbləri deyil, ölkədəki cari iqtisadi vəziyyəti, xüsusilə inflyasiya göstəricilərini və inflyasiya ilə bağlı gözləntiləri nəzərə alır. O bildirib...

17 Sentyabr 2026, 09:23

Zahid Oruc: “Qarabağda suverenlik reallığı möhkəmlənir”

Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi-siyasi mərhələsi başa çatıb, lakin Qarabağ uğrunda mübarizənin məzmunu da dəyişir. Vaxtilə əsas qarşıdurmanın məqsədi əraziyə faktiki nəzarət, statusun müəyyənləşdirilməsi və təhlükəsizlik məsələləri ətrafında gedirdisə, indi savaşın mühüm hissəsi beynəlxalq legitimlik, tarixi yaddaş, mədəni irsin tanıdılması və postmünaqişə reallığının qəbulu üzərində aparılır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 11–12 sentyabrda Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda, erməni diaspor strukturlarında və sosial media şəbəkələrində verilən reaksiyalar mübarizənin yeni müstəviyə daşınmasının mahiyyətini açıq göstərdi.Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə 58 ölkəni və doqquz beynəlxalq təşkilatı təmsil edən 150 diplomat və beynəlxalq nümayəndənin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfəri dövlətimizin...

16 Sentyabr 2026, 11:00

Tofiq Zülfüqarov: “Ermənistanda ilhaq siyasətinin qalıqları hələ də qorunur”  

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi silahlı təcavüzün yalnız ərazilərin işğalı ilə məhdudlaşmadığını, bunun daha geniş dövlət və milli siyasətin tərkib hissəsi olduğunu düşünürəm.Citypost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov sosial şəbəkədəki paylaşımında bildirib.O qeyd edib ki, qonşu ölkənin ərazisini ələ keçirmək üçün cəmiyyətin şüurunda müəyyən tarixi, ideoloji və mənəvi narrativlər formalaşdırılmalı idi. T. Zülfüqarovun sözlərinə görə, bu narrativlər gənc əsgərlərin verilən əmrləri mənəvi tərəddüd keçirmədən yerinə yetirməsinə zəmin yaradıb.Diplomat hesab edir ki, Azərbaycan bu strukturların ardıcıl şəkildə aradan qaldırılması istiqamətində addımlar atdıqca, revanşist dairələrin reaksiyası Ermənistan mediasında, o cümlədən hökumətyönlü resurslarda özünü göstərir.“Buradan belə nəticə...

16 Sentyabr 2026, 09:06

İlham Əliyev: Şəhidlərimizin qanı yerdə qalmadı

İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq.Citypost.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib.“Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə dövlətimizin başçısı əlavə edib....

15 Sentyabr 2026, 16:50

Prezidentdən Avropa Parlamentinə SƏRT İTTİHAM

“İşğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar”.Citypost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib.Prezidentin sözlərinə görə, bu, birinci məqsəd idi: “İkinci məqsəd əlbəttə ki, təmənna, yəni talançılıq idi. Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri - hamısı - hətta qəbir daşlarına qədər - onları da aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları...

15 Sentyabr 2026, 16:49