Bizə yazın

Baku

-°C

USD

-

Beynəlxalq antiterror əməliyyatı: 10 nəfər saxlanıldı

Cəmiyyət 18 Sentyabr 2026, 10:40

309

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.

Bu barədə Citypost.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin tədbirlər çərçivəsində əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin Azərbaycan vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və qeyriləri ilə Azərbaycan Respublikasında ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib, onların bu məqsədlə keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.

Başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, cinayətkar birliyin üzvləri əvvəlcədən hədəf kimi seçdikləri Azərbaycan vətəndaşlarının həyatına sui-qəsd etmək məqsədilə onların daimi hərəkət marşrutlarını və şəxsi qorunma vəziyyətlərini araşdıraraq məlumat toplayıb, planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər.

Həmçinin, araşdırmalarla cinayətkar birliyin üzvü Cəlal Hacıyevin birbaşa, eləcə də ölkə xaricində olan Azərbaycan vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov, Elgün İsmayılov və qeyriləri vasitəsilə Azərbaycanın hüdudlarından kənarda dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi işini təşkil etdiyi müəyyən olunub. Qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayımlanmış saxta elanlar vasitəsilə müxtəlif dini ayinlərin icrası adı altında toplanmış pul vəsaitlərinin mənbəyi, habelə pulköçürmə mexanizmlərinə dair çoxsaylı mötəbər dəlillər əldə edilib. Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilib, 5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb.

Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan Respublikasına ekstradisiya edilib.

Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.Bakı Şəhər Halqasından Citypost.az-a  verilən məlumata görə, həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək.Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək...

18 Sentyabr 2026, 10:03

Ədalət Verdiyev: “Husilər yaxın zamanda dərin peşmançılıq hissi keçirəcəklər”

Hərbi ekspert Ədalət Verdiyev Yəmənin paytaxtı Sənada Türkiyə şəhidliyində yerləşən abidənin dağıdılmasına başlanılması ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, A.Verdiyevin sözlərinə görə, İran tərəfindən dəstəklənən husilər tikinti texnikasından istifadə etməklə Türkiyə şəhidliyində yerləşən və Yəmən torpaqlarında 400 il ərzində həyatını itirən Osmanlı əsgərlərinin xatirəsinə həsr olunmuş abidəni dağıtmağa başlayıblar. O qeyd edib ki, abidə Yəmən Müdafiə Nazirliyinin binası yaxınlığında yerləşir.Ekspert bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi hadisəni pisləyən bəyanat yayaraq bunu iki ölkənin ortaq tarixinə hörmətsizlik kimi qiymətləndirib.A.Verdiyev hadisəyə sərt münasibət bildirərək, Türkiyənin əsgəri əcdadlarına qarşı törədilən bu addıma cavab verəcəyini qeyd edib.“Görünür, İran dəstəkli dəniz quldurları Türk ilə...

18 Sentyabr 2026, 09:11

Zaur Əliyev: “Üzeyir Hacıbəyli Bütöv Azərbaycan görmək istəyirdi”

Tarixçi alim Zaur Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Z.Əliyev Üzeyir Hacıbəylini Azərbaycanın Tanrı tərəfindən bəxş edilmiş nadir şəxsiyyətlərindən biri kimi xarakterizə edib və onun bütün varlığı ilə Vətənə bağlı olduğunu bildirib.“Üzeyir bəyin Azərbaycan sevgisi təkcə Şimali Azərbaycanla məhdudlaşmırdı. O, Təbrizin, Cənubi Azərbaycanın da azadlığını görmək istəyirdi. Böyük və Bütöv Azərbaycan görmək istəyirdi”, – deyə tarixçi qeyd edib.Alimin sözlərinə görə, 1945-ci ildə Cənubi Azərbaycanda Milli Hökumət qurulduqda Üzeyir Hacıbəyli böyük sevinclə Təbrizə getmək, oradakı soydaşlarımıza musiqi və mədəniyyət sahəsində dəstək olmaq istəyib. O bildirib ki, bəstəkar ömrünün son illərində yazdığı ssenarilərdə və...

18 Sentyabr 2026, 09:09

Bakının iki rayonunda qaz kəsiləcək – SİYAHI

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.Belə ki, təmir-quraşdırma və “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” magistral qaz kəmərindən aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və Fazenda yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq...

18 Sentyabr 2026, 08:35

Bakıda 18 istiqamətdə tıxac yaranıb 

Bakının bir sıra yollarında tıxac yaranıb.Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;8. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;9. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə...

18 Sentyabr 2026, 08:16

Bakının Xətai, Xəzər və Yasamal rayonlarında işıq kəsiləcək

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə  bu gün - sentyabrın 18-də Xətai, Xəzər və Yasamal rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.Bu barədə Citypost.az-a Azərişıq ASC-dən bildirilib.Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 14:00-dək 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) görüləcək yenidənqurma işləri ilə əlaqədar Məhəmməd Hadi və Sarayevo küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Xəzər RETSİ-nə daxil olan 6 kV-luq ikidövrəli bir sıra hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 14:00-dək Mərdəkan qəsəbəsi Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir...

18 Sentyabr 2026, 08:10