Bizə yazın

Baku

-°C

USD

-

Bu gün Azərbaycan Respublikası tam suveren dövlət kimi yaşayır - Milli Məclisin deputatı Ceyhun Məmmədov   

Cəmiyyət 18 Sentyabr 2026, 12:13

569

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncama əsasən hər il sentyabrın 20-si ölkəmizdə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 

Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı mövqeyi, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi. Bu baxımdan Prezident İlham Əliyevin hər il sentyabrın 20-sinin ölkəmizdə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə imzaladığı Sərəncam xüsusi əhəmiyyətə malikdir.

Hazırda qarşıda çox mühüm vəzifələr durur. Qələbəni daha da möhkəmləndirmək, Azərbaycanın yaratdığı yeni reallıqların bütün dövlətlər tərəfindən qəbul edilməsinə nail olmaq bu vəzifələr sırasına daxildir.

Azərbaycanın Vətən Müharibəsində qələbə qazanaraq tarixi ədaləti bərpa etdi, SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxardı. Bütün bunlar tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri zəruri etdi. Yeni reallıqlar nəzərə alınaraq Prezident İlham Əliyevin tarixi Fərmanı ilə yeni iqtisadi zonalar – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı.

Hazırkı mərhələdə Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb. Bu bir daha sözügedən məsələyə sistemli baxışı zəruri edir.

Qeyd etmək lazımdır ki, 28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Heç şübhəsiz ki, uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir. Bu baxımdan sözügedən dəyişiklik xüsusi əhəmiyyət daşıyır.

Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini qoruyur.

Dünyanın bir çox ölkələrində istiqlal günü “Müstəqillik Günü” kimi qeyd olunur. Məsələn qonşu ölkə Gürcüstanda da milli dövlətin doğum günü “Respublika günü” deyil, “Müstəqillik günü” adlandırılır. ABŞ öz yaranma tarixini “İstiqlaliyyət günü” kimi qeyd edir.

Bütün bunlar sözügedən dəyişikliklərin hansı zərurətdən irəli gəldiyini bir daha göstərir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib 

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Xankəndi şəhərində Xankəndi, Şuşa, Xocalı və Ağdərə sakinlərini qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.Vətəndaş qəbulu zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb....

18 Sentyabr 2026, 12:21

Şəhid ailələri və müharibə əlillərinə daha 36 mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr - Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib.Citypost.az xəbər verir ki, bu mənzillər MİDA-nın Hövsan Yaşayış Kompleksindədir.4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.Qeyd edilib ki, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.Postmüharibə dövründə onlara 7300-dən, ümumilikdə ötən dövrdə 16...

18 Sentyabr 2026, 11:33

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib 

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, iclası giriş nitqi ilə açan Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçilik konsepsiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar və çağırışlar nəzərə alınmaqla ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.Qeyd olunub ki, ölkənin siyasi, iqtisadi və institusional potensialının gücləndirilməsi, milli maraqların və dövlət suverenliyinin etibarlı müdafiəsi, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət hüquq sisteminin qarşısında da yeni vəzifələr müəyyənləşdirir.Baş prokuror Azərbaycanın ərazi bütövlüyünün və...

18 Sentyabr 2026, 11:28

Üzeyir Hacıbəylinin 141-ci ildönümü münasibətilə məzarı ziyarət olundu

Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur. Bu gün həm də böyük bəstəkarın doğum günü şərəfinə ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.Citypost.az  xəbər verir ki, bu əlamətdar gününə həsr olunan tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması ilə başlanıb.Mərasimdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.Mərasim iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək məzarları üzərinə tər çiçək dəstələri düzüblər.Daha sonra Üzeyir Hacıbəylinin məzarı üstünə əklil qoyulub və çiçəklər düzülüb.Mədəniyyət naziri Adil Kərimli...

18 Sentyabr 2026, 11:23

Beynəlxalq antiterror əməliyyatı: 10 nəfər saxlanıldı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.Bu barədə Citypost.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, həmin tədbirlər çərçivəsində əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin Azərbaycan vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və qeyriləri ilə Azərbaycan Respublikasında ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib, onların bu məqsədlə keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada...

18 Sentyabr 2026, 10:40

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.Bakı Şəhər Halqasından Citypost.az-a  verilən məlumata görə, həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək.Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək...

18 Sentyabr 2026, 10:03