Bizə yazın

Baku

-°C

USD

-

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlanıb

Cəmiyyət 09 Oktyabr 2026, 11:21

337

Cəbrayıl rayonu ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (kişi) dünən saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Citypost.az-a TƏBİB-dən bildirilib.

Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2 mina partlayışı baş verib.

Öncə Qəhrəmanov Orxan Əşrəf oğlu minaya düşərək xəsarət aklb. Daha sonra həmin əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Minaya düşən Qəhrəmanov Əşrəf Elman oğlu şəhid Ruhin Qəhrəmanovun atası, Qəhrəmanov Orxan Əşrəf oğlu isə qardaşıdır.

Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev oktyabrın 16-da saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də...

09 Oktyabr 2026, 11:15

Azərbaycan XİN Uqandanı Milli Günü münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Uqandanı Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib."Uqanda xalqını və Hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik!Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.

09 Oktyabr 2026, 10:30

İlham Əliyev: “Türkmənistanın uğurları bizi ürəkdən sevindirir”

Azərbaycanla Türkmənistan arasında münasibətlər çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinə əsaslanır, strateji tərəfdaşlıq xarakteri daşıyır.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.Dövlət başçısı, ilk növbədə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova ənənəvi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.Prezident İlham Əliyev Türkmənistana hər səfərin dərin təəssürat doğurduğunu vurğulayıb:“Ölkənin necə dinamik inkişaf etdiyi aydın görünür. Qardaş Türkmənistanın uğurları bizi ürəkdən sevindirir”.Azərbaycan Prezidenti iki ölkə arasında yüksək səviyyəli təmasların intensiv xarakter daşımasından məmnunluğunu ifadə edib. O xatırladıb ki, 2025-ci ilin avqustunda Türkmənistana səfər edib, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ötən il iki dəfə Azərbaycana...

09 Oktyabr 2026, 10:30

Prezident: “MDB 35 il ərzində özünü təsdiqləyib”

Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən bildirib.

09 Oktyabr 2026, 10:19

Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib 

Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.Dəyişikliyə əsasən, 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib.55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib. Həmçinin, 104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib....

09 Oktyabr 2026, 09:32

Zülfiyyə Quliyeva: “Əxlaq insanın geyimində deyil, mənəviyyatındadır”

Jurnalist Zülfiyyə Quliyeva məktəblərdə hicabla bağlı müzakirələrə münasibət bildirib. O, paylaşımında məsələni hüquqi və pedaqoji baxımdan dəyərləndirərək şagirdlərin baş örtüyünə görə məktəbə buraxılmamasını qanunsuz hesab etdiyini bildirib.Citypost.az xəbər verir ki, Jurnalistin sözlərinə görə, məktəbli forması ilə bağlı qaydalarda hicabın qadağan olunması barədə konkret müddəa yoxdur. O, baş örtüyü ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsini digər geyim nümunələri ilə müqayisə edərək məsələyə fərqli yanaşmanın düzgün olmadığını vurğulayıb.“Əslində, məktəbli formaları ilə bağlı qaydada ‘hicab qadağandır’ ifadəsi yoxdur. Bu, bir baş örtüyüdür. Tutaq ki, bir uşaq hicab yox, papaq taxır. Məktəbdə ona ‘niyə papaq taxmısan?’ demək qanuna ziddir. Onda gəlin, papaq taxanları da məktəbə...

09 Oktyabr 2026, 09:29