Bizə yazın

Baku

-°C

USD

-

Yağıntılı hava şəraiti davam edir -FAKTİKİ HAVA

Cəmiyyət 03 Dekabr 2024, 10:14

31996

Dekabrın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi şərq rayonlarında leysan xarakterlidir.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 13, Mərkəzi Aran bölgəsində 33 mm, Lənkəran-Astara bölgəsində 16, Qazax-Gəncə bölgəsində 3, Qarabağ və Şərqi Zəngəzurda eyni zamanda, Balakən-Şəki zonasında 2, Quba-Qusar zonasında 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Daşkəsəndə 2, Xınalıq, Xaltan, Göygöl, Gədəbəydə 1 sm olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qəbələ, Qusar, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb 

Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri cənab Haluk Görgün arasında görüş keçirilib.MN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran...

30 Sentyabr 2026, 19:25

Zahid Oruc: “Dövlət qulluğunda kadr sabitliyi vacibdir”

Yeni Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi Vətən müharibəsində Qələbəmizdən sonra Konstitusiyanın ölkəmizin bütün coğrafiyasında həyata keçirilməsi, o cümlədən xalqımızın qarşısında dayanan mühüm vəzifələrin yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Zəfərdən sonra Azərbaycanda yeni institut-nümayəndəlik təsisatının da formalaşması sübut edir ki, yeni dövlət qulluğu siyasəti məhz ölkə başçısı tərəfindən daha genişmiqyaslı bir səviyyədə gerçəkləşməyə başlayıb.Xatırladaq ki, 2000-ci ildə qəbul olunan qanun fərqli bir dövrün, işğala və hakimiyyət çevrilişi cəhdlərinə məruz qaldığımız tarixi şəraitin məhsulu idi, Rusiyanın 1990-cı illərdə formalaşdırdığı Məcəllədən götürülmüşdü. Halbuki qonşu ölkə federativ konstitusiya quruluşuna, çoxpilləli təsnifat sisteminə və vəzifələrin qarışıq səviyyələrinə malikdir.   Azərbaycan isə unitar dövlətdir. Ona görə ölkəmizin...

30 Sentyabr 2026, 19:02

Külək güclənəcək - XƏBƏRDARLIQ 

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

30 Sentyabr 2026, 18:55

Prezidentin sosial media hesablarında "ADEX 2026" sərgisi ilə tanışlığına dair videoçarx paylaşılıb 

Prezident İlham Əliyevin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:

30 Sentyabr 2026, 18:50

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb 

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qabardılıb.Qeyd olunub ki, Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub....

30 Sentyabr 2026, 18:40

Kiyevə hücumda daha bir azərbaycanlı həlak oldu 

Azərbaycan yeni mərmiatan dron istehsal edib."Report" xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir."Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədilə hazırlanıb.Dronun üzərində kaset tipli sistem vasitəsilə müxtəlif çaplı sursatların yerləşdirilməsi mümkündür.Təqdim olunan məlumata görə, dron 60 millimetrlik 10 ədəd, 80 millimetrlik 6 ədəd mərmi və 12 ədəd əl qumbarası daşıya bilir.Dronun aşağı hissəsində yerləşdirilən kamera vasitəsilə operator ərazini və hədəfi müşahidə edir. Hədəf müəyyənləşdirildikdən sonra sursatlar drondan buraxılır və aparat tapşırığı yerinə yetirdikdən sonra geri qayıdır....

30 Sentyabr 2026, 17:46