Sürücülər üçün imtahan keçiriləcək
Cəmiyyət 11 Fevral 2025, 17:48
21769
Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün fevralın 13-də imtahan keçirəcək.
Citypost.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 513 (taksi – 1 439, yükdaşıma – 63, operator – 11 ) nəfər qeydiyyatdan keçib.
İmtahanın keçirilməsi üçün 13 imtahan rəhbəri, 100 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
Həmçinin oxuyun
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, imtahanlar bir saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçiriən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qobustanda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Qobustan rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.Hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb."Hyundai" markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
08 Avqust 2026, 15:59
Ötən gün Azərbaycanda 61 cinayətin üstü açılıb
Azərbaycanda qeydə alınan 61 cinayətin üstü avqustun 7-də açılıb.bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, onlardan 17-si əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.
08 Avqust 2026, 14:50
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....
08 Avqust 2026, 13:53
Axşamları qaynar qazana dönən bu platforma bir zümrə qadınlarla dolu olur...
İllər əvvəl çox hörmət etdiyim bir xanım qonşusu olan nənə haqqında olduqca maraqlı əhvalatlar danışırdı. Bunların içərisində kədərlisi də var idi, xoş əhval-ruhiyyəlisi də. Amma biri heç yadımdan çıxmır. Deməli, nənənin həyat yoldaşı 1941-ci ildə müharibəyə gedir. Beş il ərzində qara məktub alan, itkin xəbəri alan yüzlərlə, minlərlə ailə olur. Nənə bir müddət ərindən məktub alsa da, geridə qalan vaxtı heç bir xəbər gəlmir. 1945-ci ildə müharibə bitir. Yenə də kişinin nə öldü, nə də qaldı xəbəri gəlir. Qohum - əqraba daha əlini üzür ki, müharibədə ya həlak olub, ya da itkin düşüb. Əsir də düşə bilərdi, amma o zaman da...
08 Avqust 2026, 12:58
Zahid Oruc: "Zəfərdən Vaşinqtona - Qafqazın yeni geosiyasi xəritəsi cızılır”..
8 Noyabr 2020-dən 8 Avqust 2025-ə uzanan yol Azərbaycanın qazandığı iki əsrlik tarixi uğur olmaqla bərabər, Cənubi Qafqazın əvvəlki geosiyasi nizamdan yeni siyasi arxitekturaya keçid tarixidir. Vaşinqtonda rəsmiləşən Qələbə hərbi meydanda ordumuzun nail olduğu qalibiyyəti tanıtdırmaqla yanaşı, Qarabağdan sonra ölkəmizin qarşısında Zəfəri davamlı sülhə və regional liderliyə çevirməyə nail oldu.Otuz ilə yaxın davam edən işğalın sona çatması ilə Azərbaycan “dondurulmuş münaqişə”, “status-kvo”, “həll olunmamış Qarabağ problemi” kimi ifadələr çox yüzillik mənasını itirdi və yeni geosiyasi inqilabın nəticəsində qalib reallıq formalaşdı.2020-ci il Zəfərindən sonra qarşıda duran əsas sual hərbi qələbəni siyasi nailiyyətə və davamlı sülhün təmiunatına yönəltmək idi. Prezident İlham Əliyevin...
08 Avqust 2026, 12:49
Nikol Paşinyan İlham Əliyevə zəng etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.Söhbət zamanı iki ölkə arasında iqtisadi...
08 Avqust 2026, 12:46