Rusiya Baltikyanı ölkələr üzərində nəzarət qurmaq istəyir
Dünya 20 Avqust 2025, 12:01
1812
Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatına görə, Rusiyanın Ukraynaya qarşı müharibədə əsas məqsədi təkcə ayrı-ayrı bölgələri, xüsusən də Donetsk bölgəsini ələ keçirmək deyil, bütün ölkə üzərində siyasi nəzarət yaratmaqdır.
CityPost.az xəbər verir ki,analitiklər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun avqustun 19-da verdiyi müsahibədə bəyanatını təhlil ediblər.
Lavrov qeyd edib ki, Moskva heç vaxt Krım və Donbas da daxil olmaqla, “heç vaxt hər hansı əraziləri ələ keçirmək zərurətindən danışmayıb”.
Eyni zamanda o, Ukraynanın suverenliyini faktiki olaraq inkar edən tələblər, xüsusən də dil və din haqqında qanunların ləğvi tələblərini irəli sürüb.
ISW analitikləri qeyd edirlər ki, bu cür bəyanatlar Kremlin əsl məqsədlərinə uyğundur - Ukraynanın demokratik yolla seçilmiş hökumətini devirmək və ölkəyə tam siyasi nəzarəti ələ keçirmək üçün onu rusiyayönlü hökumətlə əvəz etmək.
Həmçinin oxuyun
“Rusiyanın ərazi tələblərinə onun “əsas səbəblər”ə istinad etməsinin arxasında gizlənən tələblərdən ayrı baxılanda biz Kremlin hərbi tələblərini bölünməz hesab etdiyini görmürük – Kreml bütün bu məqsədlərə nail olmağa çalışır və sülh prosesini başa çatdırmaq üçün güzəştə getməyə və ya başqaları naminə onlardan heç birini qurban verməyə hazır olmadığını göstərir”.
Analitiklərin qeyd etdiyi kimi, Kreml Ukraynanın demilitarizasiyasına, NATO üzvlüyünə qadağa qoyulmasına və hökumət dəyişikliyinə çalışır və buna həm hərbi, həm də diplomatik vasitələrlə nail olmağa hazırdır. Kreml 2004-cü ildən başlayaraq hibrid hərbi kampaniyalar vasitəsilə ölkəni geri qaytarmaq üçün səkkiz illik uğursuz cəhdlərdən sonra 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğala başlayıb.
Nigar
ISW-nin qeyd etdiyi kimi, Rusiya eyni şəkildə digər keçmiş Sovet dövlətləri, o cümlədən NATO üzvləri Litva, Latviya və Estoniya üzərində nəzarətini gücləndirməyə çalışır. Onun Baltikyanı ölkələrdə təsir yaratmaq cəhdləri indiyədək uğursuz olub. Eyni zamanda, Kreml Belarus və Gürcüstanda daha böyük uğurlara imza atıb və indi müstəqil Belarus ideyasını tamamilə məhv etmək üçün Minsk üzərində nəzarəti möhkəmləndirməyə çalışır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib
Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin qara qutusu bu ölkəyə gətirilib.CityPost.az bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir."CNN Türk" telekanalı isə Gürcüstandan qara qutunu Türkiyəyə daşıyan təyyarənin artıq paytaxt Ankaraya eniş etdiyi məlumatını paylaşıb.Telekanal həmçinin qara qutunun oxunmasının hadisənin baş vermə səbəbini üzə çıxaracağını da qeyd edib.Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsindəki hərbçilərin hamısı - 20 nəfər həlak olub, onlardan 19-nun cəsədi tapılıb....
12 Noyabr 2025, 23:23
Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb
Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.CityPost.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.
11 Noyabr 2025, 16:46
Ərdoğan: Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.CityPost.az-ın məlumatına görə, Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Rəcəb Tayyib Ərdoğan səfər zamanı yüksək səviyyədə qarşılandığını bildirib.“Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.Qarabağda davam edən quruculuq işlərindən məmnunluqla bəhs edən Türkiyə Prezidenti sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirib, Cənubi Qafqazda daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb: “30 ildən artıq davam edən qeyri-sabitliyin ardından daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açılıb....
09 Noyabr 2025, 15:28
Türkiyədə fabrikdə baş verən yanğında 6 nəfər ölüb
Türkiyədə fabrikdə baş verən yanğın nəticəsində 6 nəfər həlak olub.Hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.
08 Noyabr 2025, 11:52
Türkiyədə məşhur müğənnilər həbs olunub
Türkiyəli müğənni İrem Derici narkotikdən istifadəni təbliğ etməkdə ittiham olunur.CityPost.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.Bildirilib ki, 38 yaşlı müğənni İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində jandarma qrupları tərəfindən Şişlidəki evində saxlanılıb.Onun vəkili Ayşegül Mermer müğənninin saxlanmasını təsdiqləyib.“İrem Dericinin ifadə verməsi üçün jandarma bölməsinə gedirik. Hələlik məsələ ilə bağlı rəsmi məlumat almamışıq. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək”, - vəkil qeyd edib.***Son məlumata görə, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə əməliyyat keçirilib.Əməliyyat çərçivəsində daha bir neçə tanınmışın saxlanıldığı bildirilir. Onların arasında Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu,...
08 Oktyabr 2025, 10:24
Paşinyan sülh sazişini onunla müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşüb.Bu barədə Ermənistan hökuməti məlumat yayıb.Məlumata görə, tərəflər görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayıb, bunun Cənubi Qafqazda sabitliyin təmin olunmasına və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
28 Sentyabr 2025, 11:26