Bizə yazın

Baku

-°C

USD

-

Prezident ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib 

Cəmiyyət 13 Noyabr 2025, 10:39

3770

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.

CityPost.az  xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdılar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğuladı. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırladı.

Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini dedilər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndirdilər.

Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açıldı, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulandı.

Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirildi, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edildi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb 

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiyası həyata keçirilmiş Azərbaycan vətəndaşları ilə görüşüblər.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriyadan 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.Görüşdə repatriantlarla söhbət aparılıb, onların hüquqlarının təmini vəziyyəti və ehtiyacları öyrənilib, qadın və uşaqlar hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Ombudsmanın mandatı barədə ətraflı məlumatlandırılıb.Bununla yanaşı, müəssisə rəhbəri tərəfindən təsisatın...

28 İyul 2026, 10:55

Güclü külək Bakıda 48 ağacı aşırdı

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.Bu barədə Citypost.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.

28 İyul 2026, 10:30

Nazirlər Kabineti hərbi çağırış komissiyasının tərkibini yenilədi

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarında dəyişiklik edib.Dəyişikliklə komissiyanın üzvləri sırasında TƏBİB-i İcraçı direktor yox, direktor müavini təmsil edəcək....

28 İyul 2026, 10:15

Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb 

Serbiya Prezidenti Aleksandr Vuçiçi ölümlə təhdid edən şübhəli şəxs saxlanılıb."Report"un Balkan bürosu Serbiya dövlət televiziyası RTS-yə istinadən xəbər verir ki, sözügedən şəxs müvafiq qərarla istintaq təcridxanasına göndərilib.Qeyd edilib ki, Kraquyevas şəhərindən olan şübhəli şəxs prezidentə yönəlmiş ölüm təhdidini sosial şəbəkə platforması olan "Facebook"da paylaşmaqda şübhəli bilinərək dindirilib.Dindirmə zamanı o, qanunla nəzərdə tutulan susmaq hüququndan istifadə edib və müdafiə çıxışı təqdim etməkdən imtina edib.Xatırladaq ki, bu gün səhər saatlarında Serbiya Prezidenti Aleksandar Vuçiç sözügedən təhdidlə bağlı açıqlama yayaraq özünü təhlükədə hiss etmədiyini bildirib....

28 İyul 2026, 09:20

Azərbaycan və Pakistan mədəni əməkdaşlığı genişləndirir

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazir Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, əlaqələrin təməlində iki ölkə liderləri arasında mövcud olan möhkəm dostluq və qarşılıqlı etimadın dayandığını qeyd edib.O, həmçinin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb.Q.Mohiuddin səmimi qəbula görə təşəkkürünü bildirərək, Pakistanın Azərbaycan ilə mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib.Görüşdə mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb....

28 İyul 2026, 09:00

Magistraturada ən uğurlu universitet məlum oldu

2025-ci ildə magistraturaya qəbul imtahanlarının nəticələri əsasında ali təhsil müəssisələrinin məzunlarının göstəriciləri təhlil olunub.Citypost.az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat DİM-in nəşr etdiyi 2025-ci il üzrə “Abituriyent” jurnalının 12-ci sayında yer alıb.Məlumata görə, magistraturaya qəbul imtahanında Azərbaycan Respublikasının 60 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər. Təhlillər göstərir ki, imtahanda ən azı 10 məzunu iştirak edən ali təhsil müəssisələri arasında ən yüksək nəticəni Bakı Ali Neft Məktəbinin (BANM) məzunları əldə ediblər.Belə ki, BANM məzunlarının qəbul imtahanında topladığı orta bal 76,4 olub. Onlar ayrı-ayrı fənlər üzrə də ən yüksək göstəricilərə imza atıblar. Bakı Ali Neft Məktəbi məzunlarının xarici dil üzrə...

28 İyul 2026, 08:22