Lukaşenko Belarus ordusunu quru əməliyyatlarına hazır olmağa çağırıb
Dünya 11 May 2026, 16:21
365
Belarus ordusunun ölkəyə mümkün hücuma qarşı hazırlığı yoxlanılmalıdır.
APA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbçilərlə görüşündə bildirib.
Onun sözlərinə görə, müasir münaqişələr göstərir ki, quru əməliyyatı olmadan qələbə qazanmaq mümkün deyil.
Həmçinin oxuyun
“ABŞ, İsrail və İranın qatıldığı son münaqişə. Bombardman etdilər, raketlər atdılar. Bəs nə oldu, qələbə qazandılar? Xeyr. Quru əməliyyatsız heç bir nəticə əldə etmək mümkün deyil”, - Belarus lideri qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nərgiz Məhəmmədi azadlığa buraxıldı
Güney azərbaycanlı siyasi fəal, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda girov müqabilində həbsxanadan zaminə buraxılıb.Citypost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.Nərgiz Məhəmmədinin fondundan bildirilib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra şərti cəza və böyük girov müqabilində azad edilib və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.Tərəfdarları daha əvvəl N.Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini bildirmişdilər."Nərgiz Məhəmmədinin həyatı təhlükədədir", - deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama vermişdi. (Unikal)...
11 May 2026, 17:01
Türkiyədə hantavirus təhlükəsi - 3 nəfər karantinə alındı
Hantavirus aşkarlanan gəmidə olan üç türk sərnişin Türkiyəyə gətirilib."Unikal" xəbər verit ki, sərnişinlər İstanbuldakı evlərində karantinə alınıb.İlkin müayinələr zamanı Türkiyə vətəndaşlarında xəstəlik əlamətləri aşkar edilməyib. Lakin karantin qərarı gəmidə yoluxmuş şəxslərlə təmas ehtimalı və riskli qida qəbul etmək şübhəsi səbəbindən tətbiq edilib.Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını elan edib. Gəmidə bir neçə nəfərdə yoluxma halı qeydə alınıb və həmin şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb....
11 May 2026, 16:40
Gürcüstanın yeni Patriarxı seçilib
Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə prosesi başa çatıb."Report"un Gürcüstan bürosu xəbər verir ki, səsvermədə Müqəddəs Sinodun bütün 39 üzvü iştirak edib.Səsvermə nəticəsində Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni - 142-ci Katalikos-Patriarxı seçilib.O, 22 səs toplayıb.
11 May 2026, 16:06
Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitinə qatılmaqdan imtina edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının 28-29 may tarixlərində keçiriləcək sammitində iştirak etməyəcək.Ermənistan mediasının xəbərinə görə, bu barədə Paşinyan özü bildirib.O, artıq bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi məlumatlandırdığını deyib.Paşinyan 9 may paradında olduğu kimi, bu dəfə də seçkiqabağı kampaniya ilə məşğul olacağını əsas gətirib.
11 May 2026, 15:02
Tacikistanda buzlaqların əriməsi Mərkəzi Asiyanın su ehtiyatlarını azaldır
İqlim dəyişikliyi Mərkəzi Asiyanın həssaslığını artırır: temperaturun yüksəlməsi və əriyən buzlaqlar regionun su, iqtisadiyyat və sabitliyini təhdid edir.AZƏRTAC xəbər verir ki, qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə qədəm qoyub: istixana qazı konsentrasiyası rekord səviyyələrə çatıb, okeanlar sürətlə isinir və buz təbəqələri kiçilir. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) son hesabatına görə, 2015-2025-ci illər tarixdə ən isti dövr olub və keçən ilin bu məsələdə ikinci və ya üçüncü yerdə olması ehtimal olunur. Belə ki, keçən il temperatur 1850-1900-cü illərin sənayeləşmədən əvvəlki səviyyəsindən 1,43 dərəcə Selsi yüksək olub.Tacikistan Respublikası Elmlər Akademiyasının Buzlaq və Kriosfer Tədqiqatları Mərkəzinin şöbə müdiri Ənvər Xomidov “Kazinform”a müsahibəsində qeyd edib ki,...
11 May 2026, 14:03
Komissar: Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək
Ermənistanın gələcəyini yalnız erməni xalqı müəyyən edə bilər.Citypost.az xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası öncəsi Ermənistanın Avropaya inteqrasiya kursundan danışarkən bildirib.“Yalnız Ermənistan xalqı öz gələcəyi ilə bağlı qərarlar qəbul edə bilər. Avropa Siyasi Birliyinin son zirvə toplantısı, eləcə də Aİ–Ermənistan sammiti onların hansı yolu seçmək istədiklərini göstərdi. Avropa da onları dəstəkləyəcək”, — Kos Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avropa yolunu seçməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib. (APA)...
11 May 2026, 13:35