Qapısı açıq qalan maşın qarət olundu
Hadisə 11 May 2026, 15:39
288
Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobildən oğurluq edilib.
DİN mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək ona məxsus “Mercedes” markalı maşının içərisindən maqnitofon, geyim və digər dəyərli əşyalarının talandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, gecə saatlarında parklanma yerində saxlanılan avtomobilin qapısının açıq qalmasını fürsət bilərək talama əməlini həyata keçirib.
Həmçinin oxuyun
Araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
190 min manatlıq dələduzluq edənlər saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar.Citypost.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.Araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir....
11 May 2026, 15:46
Bakıda külli miqdarda elektron siqaret oğurlandı
Bakının Sabunçu rayonunda marketdən oğurluq edilib.Citypost.az xəbər verir ki, naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb. Hər iki fakt üzrə araşdırmalar aparılır. (Modern.az)...
11 May 2026, 13:41
Göygöldə avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 11.05.2026-cı il tarixində saat 02:20 radələrində 5 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.TƏBİB-dən Citypost.az xəbər verir ki, verilən xəbərə görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib.Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z. Məmmədov adına xəstəxanaya təxliyə olunublar.Zəruri tibbi xidmətlər göstərilən şəxslərin vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar....
11 May 2026, 12:24
2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb."Report" xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M. Aı yaşadığı Tərtər şəhərindən yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb.Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb.Faktla bağlı rayon prokurorluğundan araşdırmalar aparılır.
11 May 2026, 11:48
Bakıda motosiklet piyada keçidinə çırpıldı - sürücü vəfat etdi
Bakıda motosikletçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.Bildirilib ki, hadisə ötən gün saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb."Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır", - məlumatda qeyd olunub.Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat...
11 May 2026, 11:31
Şirkətdən 7 min manatlıq kabel oğurlanıb
Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən məlumata görə, naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda dəyəri 7000 manat olan elektrik naqilini talayıblar.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Babayev və 27 yaşlı Ş. Şahbazov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir....
11 May 2026, 11:22