Manqalı benzinlə yandırmaq istədi, həyatından oldu
Hadisə 11 May 2026, 16:53
398
Şəmkirdə ehtiyatsızlıq səbəbindən yanıq xəsarəti alan 23 yaşlı kişi ölüb.
Citypost.az xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-də manqal qalayan zaman benzin ilə ehtiyatsız davranması səbəbindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq mayın 10-da vəfat edib.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır. (modern.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Seyf oğurlayan şəxs tutulub
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən obyektlərin birindən içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyf oğurlanıb.Citypost.az naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb.Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırma aparılır....
11 May 2026, 16:30
190 min manatlıq dələduzluq edənlər saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar.Citypost.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.Araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir....
11 May 2026, 15:46
Qapısı açıq qalan maşın qarət olundu
Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobildən oğurluq edilib.DİN mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək ona məxsus “Mercedes” markalı maşının içərisindən maqnitofon, geyim və digər dəyərli əşyalarının talandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, gecə saatlarında parklanma yerində saxlanılan avtomobilin qapısının açıq qalmasını fürsət bilərək talama əməlini həyata keçirib. Araşdırmalar davam etdirilir....
11 May 2026, 15:39
Bakıda külli miqdarda elektron siqaret oğurlandı
Bakının Sabunçu rayonunda marketdən oğurluq edilib.Citypost.az xəbər verir ki, naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb. Hər iki fakt üzrə araşdırmalar aparılır. (Modern.az)...
11 May 2026, 13:41
Göygöldə avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 11.05.2026-cı il tarixində saat 02:20 radələrində 5 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.TƏBİB-dən Citypost.az xəbər verir ki, verilən xəbərə görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib.Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z. Məmmədov adına xəstəxanaya təxliyə olunublar.Zəruri tibbi xidmətlər göstərilən şəxslərin vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar....
11 May 2026, 12:24
2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb."Report" xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M. Aı yaşadığı Tərtər şəhərindən yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb.Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb.Faktla bağlı rayon prokurorluğundan araşdırmalar aparılır.
11 May 2026, 11:48