Bizə yazın

Baku

-°C

USD

-

Körfəz ölkələrinin bütün limanları bağlanıb 

Dünya 11 May 2026, 17:31

246

Cənubi Fars körfəzi ölkələrinin bütün limanları bağlıdır.

"Unikal" xəbər verir ki, bunu İranın Gəmiçilik və Əlaqəli Xidmətlər Assosiasiyasının baş katibi Məsud Polmeh bildirib. 

"Əvvəllər yalnız xam neft, qaz və neft törəmələri daşıyan 110 gəmi Fars körfəzindən gündəlik olaraq yola düşərək Hörmüz boğazından keçirdi. Lakin indi bu rəqəm gündəlik sıfıra çatıb", - deyə o qeyd edib. 

Onun sözlərinə görə, gəmilər Hörmüz boğazından keçmədikdə, regiondakı ölkələrin limanlarına giriş-çıxış dayandırılacaq və onların ticarət fəaliyyətləri pozulacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yunanıstan qədim Roma abidələrini bərpa edəcək 

Yunanıstan hökuməti Qədim Olimpiya ərazisində yerləşən qədim Roma dövrünə aid abidələrin bərpası üçün 3,5 milyon avrodan çox vəsait ayırıb.AZƏRTAC “Travel and Tour World” nəşrinə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində qədim tikililərin struktur dayanıqlığının artırılması, arxeoloji sahələrin mühafizəsi və turistlər üçün yeni infrastrukturun yaradılması nəzərdə tutulur.Layihənin məqsədi tarixi irsin qorunması, mədəni turizmin inkişafı və regionun beynəlxalq turizm potensialının gücləndirilməsidir.Yunanıstan Mədəniyyət Nazirliyinin açıqlamasına görə, layihə uzunmüddətli davamlılıq prinsiplərinə əsaslanır və Qədim Olimpiyanın dünya miqyasında tanıdılmasına töhfə verməlidir.Ekspertlərin fikrincə, qədim irsin qorunması ilə turizm sektorunun inkişafı arasında balansın yaradılması ölkənin iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır.Məlumatda vurğulanır ki, Qədim Olimpiya yalnız...

11 May 2026, 17:52

Netanyahu təhlükəsizlik müşavirəsi keçirir 

İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdəki ofisində təhlükəsizlik məsələlərinə dair müşavirə keçirir.“The Times of Israel” nəşrinin xəbərinə görə, müşavirə ABŞ Prezidenti Donald Trampın İranın atəşkəs təklifinə cavabını rədd etməsindən və bu həftənin sonunda Vaşinqtonda keçiriləcək İsrail-Livan birbaşa danışıqlarından əvvəl keçirilir.Məlumata görə, toplantıda regional təhlükəsizlik vəziyyəti və diplomatik proseslər müzakirə olunur.

11 May 2026, 17:18

Nərgiz Məhəmmədi azadlığa buraxıldı 

Güney azərbaycanlı siyasi fəal, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda girov müqabilində həbsxanadan zaminə buraxılıb.Citypost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.Nərgiz Məhəmmədinin fondundan bildirilib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra şərti cəza və böyük girov müqabilində azad edilib və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.Tərəfdarları daha əvvəl N.Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini bildirmişdilər."Nərgiz Məhəmmədinin həyatı təhlükədədir", - deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama vermişdi. (Unikal)...

11 May 2026, 17:01

Türkiyədə hantavirus təhlükəsi - 3 nəfər karantinə alındı 

Hantavirus aşkarlanan gəmidə olan üç türk sərnişin Türkiyəyə gətirilib."Unikal" xəbər verit ki, sərnişinlər İstanbuldakı evlərində karantinə alınıb.İlkin müayinələr zamanı Türkiyə vətəndaşlarında xəstəlik əlamətləri aşkar edilməyib. Lakin karantin qərarı gəmidə yoluxmuş şəxslərlə təmas ehtimalı və riskli qida qəbul etmək şübhəsi səbəbindən tətbiq edilib.Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını elan edib. Gəmidə bir neçə nəfərdə yoluxma halı qeydə alınıb və həmin şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb....

11 May 2026, 16:40

Lukaşenko Belarus ordusunu quru əməliyyatlarına hazır olmağa çağırıb 

Belarus ordusunun ölkəyə mümkün hücuma qarşı hazırlığı yoxlanılmalıdır.APA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbçilərlə görüşündə bildirib.Onun sözlərinə görə, müasir münaqişələr göstərir ki, quru əməliyyatı olmadan qələbə qazanmaq mümkün deyil.“ABŞ, İsrail və İranın qatıldığı son münaqişə. Bombardman etdilər, raketlər atdılar. Bəs nə oldu, qələbə qazandılar? Xeyr. Quru əməliyyatsız heç bir nəticə əldə etmək mümkün deyil”, - Belarus lideri qeyd edib....

11 May 2026, 16:21

Gürcüstanın yeni Patriarxı seçilib

Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə prosesi başa çatıb."Report"un Gürcüstan bürosu xəbər verir ki, səsvermədə Müqəddəs Sinodun bütün 39 üzvü iştirak edib.Səsvermə nəticəsində Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni - 142-ci Katalikos-Patriarxı seçilib.O, 22 səs toplayıb.

11 May 2026, 16:06