İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünya 27 May 2026, 15:08
457
İsrail Müdafiə Ordusu bu gecə Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın yeni hərbi rəhbəri Məhəmməd Odehin öldürüldüyünü təsdiqləyib.
"Report" İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın hədəfi Odehin sığınacaq kimi istifadə etdiyi Qəzza şəhərindəki bir neçə bina olub.
Zərbə onun hərəkətlərinin və köməkçilərinin fəaliyyətinin bir neçə ay ərzində kəşfiyyat müşahidəsindən sonra endirilib.
Həmçinin 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş başqa bir HƏMAS döyüşçüsünün yaxınlıqdakı evi də hədəfə alınıb.
Həmçinin oxuyun
İsrail Müdafiə Ordusunun məlumatına görə, Odeh ötən həftə HƏMAS-ın hərbi qanadına rəhbərliyi öz üzərinə götürüb. Daha əvvəl o, qruplaşmanın kəşfiyyat bölməsinin rəhbəri vəzifəsini tutub.
İsrail ordusu iddia edir ki, Odeh oktyabrın 7-si hücumunun planlaşdırılması və koordinasiyasında əsas rol oynayıb, sonradan isə müharibə gedişində İsrail hərbçilərinə qarşı əməliyyatları və kəşfiyyat fəaliyyətini idarə edib.
İsrail təhlükəsizlik xidməti bəyan edib ki, Odeh oktyabrın 7-si hücumunun təşkilində iştirak etmiş HAMAS-ın sonuncu yüksəkrütbəli komandirlərindən biri olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Çiçəklənən Ermənistan" partiyasının ofisində axtarışlar aparılıb
Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Vanadzor şəhərində "Çiçəklənən Ermənistan" partiyasının ofisinə daxil olublar."Report" xəbər verir ki, bu barədə "Sputnik Armenia" ölkənin Antikorrupsiya Komitəsinə istinadən xəbər verir."Antikorrupsiya Komitəsinin seçkiqabağı rüşvət vermə və alma ilə bağlı işlər üzrə başlatdığı cinayət təqibi çərçivəsində 10 nəfər həbs edilib", - komitədən bildirilib.Qurumdan qeyd edilib ki, onlardan 4-ü ev dustaqlığına keçirilib.
27 May 2026, 16:08
İsrail Livanda "Hizbullah"ın 150-dən çox məntəqəsinə zərbələr endirib
İsrail Müdafiə Ordusu son sutkada Livan ərazisində "Hizbullah" hərəkatının 150-dən çox infrastruktur obyektlərinə və yaraqlılarına zərbələr endirib.Citypost.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib.Məlumata görə, zərbələr Tir və Nəbətiyyə şəhərlərindəki, eləcə də Bekaa vadisindəki hədəflərə endirilib.İsrail ordusu hücumların videogörüntülərini də yayımlayıb. (REPORT)
27 May 2026, 16:00
Cənubi Koreya Hörmüz boğazındakı insidentə görə İran səfirini çağıracaq
Cənubi Koreya bu ayın əvvəlində Hörmüz boğazında Cənubi Koreya gəmisində baş verən partlayışla əlaqədar İranın Seuldakı səfirini çağıracaq."Report"un CNN-ə istinadən xəbər verdiyinə görə, bu barədə Cənubi Koreya XİN-i məlumat verib.Qurumun məlumatına görə, mayın əvvəlində gəmidə partlayış və yanğın baş verib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın gəmiyə "atəş açdığını" bəyan etmişdi, lakin Tehran bu ittihamları rədd edib.Cənubi Koreya xarici işlər nazirinin birinci müavini Pak Yun Çu bildirib ki, aşkar edilmiş mərmi fraqmentlərinin təhlili daxil olmaqla aparılan araşdırma nəticəsində müəyyən edilib ki, gəmi, ehtimal ki, İran istehsalı olan Noor seriyasından olan gəmiəleyhinə raketlərlə iki dəfə zərbəyə məruz qalıb. Onun sözlərinə...
27 May 2026, 15:36
Müstəqillik referendumu keçirəcəklər
Şotlandiya parlamenti Böyük Britaniyadan müstəqillik referendumu təşəbbüsünü dəstəkləyib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Şotlandiya hökuməti X sosial şəbəkəsində bildirib.“Parlament Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum çağırışlarının keçirilməsini dəstəkləyən səs verib”, – deyə paylaşımda qeyd olunub.The National nəşrinin məlumatına görə, deputatların əksəriyyəti təşəbbüsü dəstəkləyib (72 səs lehinə, 55 səs əleyhinə). Birinci nazir Con Suinni Böyük Britaniya hökumətinə müraciət edərək 1998-ci il Şotlandiya Aktının 30-cu maddəsinə uyğun sərəncam verilməsini tələb edib. Bu sənəd referendumun təşkili səlahiyyətini Şotlandiya parlamentinə verə bilər....
27 May 2026, 15:13
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı
Türkiyənin Çanaqqala şəhəri yaxınlığında – Egey dənizində qanunsuz miqrantları daşıyan qayıq saxlanılıb.“Unikal” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığının mobil radarı ilə müəyyən edilən motorlu rezin qayıq Ayvacıq qəsəbəsi istiqamətində dayandırılıb.Məlum olub ki, qayıqda Avropaya qanunsuz miqrasiya etmək istəyən 31 miqrant var. Onların hamısı Əfqanıstan və Azərbaycan vətəndaşları olub. Saxlanılan şəxslərdən 9-u uşaqdır.Sahil Mühafizə Komandanlığı saxlanılan şəxsləri aidiyyəti üzrə təhvil verib....
27 May 2026, 15:00
UEFA Konfrans Liqasının finalı ərəfəsində azarkeşlər arasında dava düşüb
UEFA Konfrans Liqasının final oyunundan əvvəl İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" klublarının fanatları arasında kütləvi qarşıdurma yaşanıb."Report" xarici mətbuat orqanlarına istinadən məlumat verir ki, insident Leypsiq şəhərində yerləşən restoranlardan birində baş verib.Azarkeşlər bir-birlərinə müxtəlif əşyalar tullamaqla hücuma keçiblər. Hadisə yerinə gələn polis ərazini nəzarət altına alıb. Onlarla nəfər iğtişaşlarda iştirakına görə saxlanılıb.Qeyd edək ki, "Red Bull Arena" stadionunda təşkil olunacaq "Kristal Pelas" – "Rayo Valyekano" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək....
27 May 2026, 14:55