Bizə yazın

Baku

-°C

USD

-

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edilib 

Cəmiyyət 27 May 2026, 11:31

374

Azərbaycanın Fransadakı səfirliyinin diplomatik heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında bildirib.

“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik.

Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!”, - Leyla Abdullayeva qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ƏƏSMN: 300-dək qazi sağlamlığına qovuşub 

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib.Bu barədə Citypos.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, onların reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub:"Aparılan işlərin nəticəsi olaraq həmin qazilərimizdən artıq 300-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir"....

27 May 2026, 12:16

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub 

Göyçay rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.Citypost.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb.Tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub.E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub....

27 May 2026, 12:03

Şimali Koreya süni intellektli qanadlı raketlərini sınaqdan keçirib 

Şimali Koreya Cənubi Koreya sərhədi yaxınlığında yerləşdiriləcək süni intellektlə idarə olunan ballistik və kruz raketlərini, eləcə də artilleriya mərmilərini sınaqdan keçirib.Bu barədə Şimali Koreyanın KCNA agentliyi məlumat yayıb.Sınaqlarda taktiki ballistik raketlərin “xüsusi missiyalı başlıqlar”ının potensialı ölçülüb və uzunmənzilli artilleriya mərmilərinin, süni intellektlə idarə olunan kruz raketlərinin dəqiqliyi hesablanıb.Şimali Koreya lideri Kim Çen In sınaqlar vasitəsilə sözügedən silahların müasir döyüş şəraitinə uğurla adaptasiya edilməsinin nümayiş etdirildiyini vurğulayıb. (APA)...

27 May 2026, 12:02

Kanada Ebola ilə bağlı bəzi ölkələrdən gələn səyahətçilərə 21 günlük özünütəcrid tətbiq edir  

Kanada hökuməti Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbilə Konqo Demokratik Respublikası, Cənubi Sudan və Uqandadan gələn səyahətçilər üçün 21 günlük özünütəcrid rejimi tətbiq edib.Citypost.az  Associated Press-ə istinadən xəbər verir ki, yeni qaydalar çərçivəsində həmin ölkələrdən gələn şəxslər Kanadaya daxil olduqdan sonra 21 gün müddətində özlərini təcrid etməlidirlər. Eyni zamanda, bu ölkələrdən gələn immiqrasiya müraciətləri müvəqqəti olaraq dayandırılıb.Kanada İctimai Səhiyyə Agentliyi bildirib ki, tədbirlər “çox ehtiyatlı yanaşma” çərçivəsində həyata keçirilir və 29 avqusta qədər qüvvədə olacaq. Simptomları olan sərnişinlər əlavə tibbi müayinəyə yönləndiriləcək, özünütəcrid imkanları olmayanlar üçün isə xüsusi təcrid zonaları təmin ediləcək.Hökumət həmçinin Konqo Demokratik Respublikası, Cənubi Sudan və...

27 May 2026, 11:45

Deputat Qurban bayramı ilə bağlı paylaşım edib

Milli Məclisin deputatı Mehriban Vəliyeva Qurban bayramı münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında etdiyi açıqlamada Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, hər kəsə ailə səadəti, ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. O bildirib ki, Qurban bayramı paylaşmağın, mərhəmətin, birlik və həmrəyliyin təcəssümüdür və bu günlər cəmiyyətdə humanizm və xeyirxahlıq dəyərlərini daha da gücləndirir.Mehriban Vəliyeva qeyd edib ki, bayram günləri insanları bir-birinə yaxınlaşdırır, sosial həmrəyliyi artırır və mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir. O, həmçinin kəsilən qurbanların, edilən duaların və xoş niyyətlərin Uca Allah dərgahında qəbul olunmasını arzulayıb.Sonda deputat bütün vətəndaşları Qurban bayramı münasibətilə təbrik edib və evlərə ruzi-bərəkət, xoşbəxtlik...

27 May 2026, 11:16

Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib 

Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib.DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Citypost.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıb.Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

27 May 2026, 11:06