Bizə yazın

Baku

-°C

USD

-

İsrail Livanda "Hizbullah"ın 150-dən çox məntəqəsinə zərbələr endirib 

Dünya 27 May 2026, 16:00

311

İsrail Müdafiə Ordusu son sutkada Livan ərazisində "Hizbullah" hərəkatının 150-dən çox infrastruktur obyektlərinə və yaraqlılarına zərbələr endirib.

Citypost.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, zərbələr Tir və Nəbətiyyə şəhərlərindəki, eləcə də Bekaa vadisindəki hədəflərə endirilib.

İsrail ordusu hücumların videogörüntülərini də yayımlayıb. (REPORT)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir 

Almaniyada əhalinin böyük hissəsi ölkə üzrə vahid təhsil standartlarının tətbiqini və təhsildə bərabər imkanların genişləndirilməsini dəstəkləyir.AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniya Uşaq Fondunun təqdim etdiyi hesabatda respondentlərin böyük hissəsinin məktəblərdə və uşaq bağçalarında daha çox heyətin çalışmasını, həmçinin təhsil xərclərinin azaldılmasını vacib hesab etdikləri qeyd olunub.“Forsa” İnstitutunun keçirdiyi sorğuya əsasən, böyüklərin 93 faizi məktəb və uşaq bağçalarında əlavə personal təminatını, 91 faizi isə Almaniya üzrə vahid təhsil standartlarını dəstəkləyib. Respondentlərin 90 faizi uşaq bağçasından məktəbədək təhsilin və dərs materiallarının pulsuz olmasının vacibliyini bildirib.Uşaq və yeniyetmələr arasında da oxşar mövqe müşahidə olunub. Sorğuda iştirak edənlərin 88 faizi pulsuz təhsil...

27 May 2026, 16:52

ABŞ mediasının tanınmış siması vəfat etdi 

Amerikalı milyarder Donald Nyuhaus vəfat edib.Modern.az ABŞ mediasının yaydığı məlumata istinadən xəbər verir ki, “Advance Publications” media holdinqinin ortaq sahibi olan milyarder 96 yaşında dünyasını dəyişib.“The New York Times” nəşrinin məlumatına əsasən, Donald Nyuhausun ölümünü oğlu Stiven Nyuhaus təsdiqləyib. Bildirilib ki, iş adamı mayın 26-da ABŞ-ın Nyu-Cersi ştatındakı evində limfoma xəstəliyindən vəfat edib.Donald Nyuhaus 1929-cu ildə Nyu York şəhərində anadan olub. O və böyük qardaşı Samuel Nyuhaus Jr. ailələrinə məxsus “Advance Publications” media imperiyasını ataları Samuel Nyuhausdan miras alıblar.Media holdinqi dünyanın ən nüfuzlu nəşrlərindən hesab olunan Condé Nast şirkətinə sahibdir. Şirkətin portfelinə The New Yorker, Vanity Fair, Vogue, “Wired” və...

27 May 2026, 16:18

"Çiçəklənən Ermənistan" partiyasının ofisində axtarışlar aparılıb 

Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Vanadzor şəhərində "Çiçəklənən Ermənistan" partiyasının ofisinə daxil olublar."Report" xəbər verir ki, bu barədə "Sputnik Armenia" ölkənin Antikorrupsiya Komitəsinə istinadən xəbər verir."Antikorrupsiya Komitəsinin seçkiqabağı rüşvət vermə və alma ilə bağlı işlər üzrə başlatdığı cinayət təqibi çərçivəsində 10 nəfər həbs edilib", - komitədən bildirilib.Qurumdan qeyd edilib ki, onlardan 4-ü ev dustaqlığına keçirilib.

27 May 2026, 16:08

Cənubi Koreya Hörmüz boğazındakı insidentə görə İran səfirini çağıracaq 

Cənubi Koreya bu ayın əvvəlində Hörmüz boğazında Cənubi Koreya gəmisində baş verən partlayışla əlaqədar İranın Seuldakı səfirini çağıracaq."Report"un CNN-ə istinadən xəbər verdiyinə görə, bu barədə Cənubi Koreya XİN-i məlumat verib.Qurumun məlumatına görə, mayın əvvəlində gəmidə partlayış və yanğın baş verib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın gəmiyə "atəş açdığını" bəyan etmişdi, lakin Tehran bu ittihamları rədd edib.Cənubi Koreya xarici işlər nazirinin birinci müavini Pak Yun Çu bildirib ki, aşkar edilmiş mərmi fraqmentlərinin təhlili daxil olmaqla aparılan araşdırma nəticəsində müəyyən edilib ki, gəmi, ehtimal ki, İran istehsalı olan Noor seriyasından olan gəmiəleyhinə raketlərlə iki dəfə zərbəyə məruz qalıb. Onun sözlərinə...

27 May 2026, 15:36

Müstəqillik referendumu keçirəcəklər 

Şotlandiya parlamenti Böyük Britaniyadan müstəqillik referendumu təşəbbüsünü dəstəkləyib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Şotlandiya hökuməti X sosial şəbəkəsində bildirib.“Parlament Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum çağırışlarının keçirilməsini dəstəkləyən səs verib”, – deyə paylaşımda qeyd olunub.The National nəşrinin məlumatına görə, deputatların əksəriyyəti təşəbbüsü dəstəkləyib (72 səs lehinə, 55 səs əleyhinə). Birinci nazir Con Suinni Böyük Britaniya hökumətinə müraciət edərək 1998-ci il Şotlandiya Aktının 30-cu maddəsinə uyğun sərəncam verilməsini tələb edib. Bu sənəd referendumun təşkili səlahiyyətini Şotlandiya parlamentinə verə bilər....

27 May 2026, 15:13

İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib 

İsrail Müdafiə Ordusu bu gecə Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın yeni hərbi rəhbəri Məhəmməd Odehin öldürüldüyünü təsdiqləyib."Report" İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın hədəfi Odehin sığınacaq kimi istifadə etdiyi Qəzza şəhərindəki bir neçə bina olub.Zərbə onun hərəkətlərinin və köməkçilərinin fəaliyyətinin bir neçə ay ərzində kəşfiyyat müşahidəsindən sonra endirilib.Həmçinin 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş başqa bir HƏMAS döyüşçüsünün yaxınlıqdakı evi də hədəfə alınıb.İsrail Müdafiə Ordusunun məlumatına görə, Odeh ötən həftə HƏMAS-ın hərbi qanadına rəhbərliyi öz üzərinə götürüb. Daha əvvəl o, qruplaşmanın kəşfiyyat bölməsinin rəhbəri vəzifəsini tutub.İsrail ordusu iddia edir ki, Odeh oktyabrın 7-si...

27 May 2026, 15:08