ABŞ Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə bağlı əməliyyat keçirdi
Dünya 27 May 2026, 11:37
417
ABŞ ordusu mayın 26-da Sakit Okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi iddia olunan bir gəmiyə zərbə endirib.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) açıqlama yayıb. Bildirilib ki, kəşfiyyat məlumatları həmin gəminin Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və qanunsuz narkotik ticarətində istifadə olunduğunu təsdiqləyib.
Açıqlamada qeyd olunub ki, əməliyyat nəticəsində bir nəfər həlak olub, iki nəfər isə sağ qalıb. ABŞ hərbçilərinin heç birinin xəsarət almadığı vurğulanıb.
Həmçinin oxuyun
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) narkotik kartellərlə mübarizə çərçivəsində 2025-ci ilin noyabrında “Cənubi Nizə” adlı əməliyyata start verildiyini açıqlayıb. Operasiya beynəlxalq narkotik marşrutlarının qarşısının alınmasına yönəlib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əli Baqeri: İran və ABŞ hələ ki Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib
Zənginləşdirilmiş uran məsələsi İran və ABŞ arasında gedən danışıqların gündəliyində deyil.“Tasnim”in xəbərinə görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri deyib.Onun sözlərinə görə, İran və ABŞ hələ ki Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib.“İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün yeni mexanizmin yaradılması ilə bağlı danışıqlar aparır”, - Baqeri vurğulayıb.O qeyd edib ki, Tehran və Vaşinqton arasında dolayı təmaslar davam edir və zənginləşdirilmiş uran danışıqların gündəliyində yoxdur.Xatırladaq ki, Əli Baqeri Rusiyada səfərdədir. (APA)...
27 May 2026, 12:37
Kuba XİN rəhbəri beynəlxalq ictimaiyyəti humanitar fəlakətin qarşısını almağa çağırıb
Kuba xarici işlər naziri Bruno Rodrigez Parilla beynəlxalq ictimaiyyəti, xüsusilə Latın Amerikası, Karib hövzəsi və Cənubi Amerika ölkələrini adada mümkün humanitar fəlakətin qarşısını almaq üçün birgə səyləri gücləndirməyə çağırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nazir bu bəyanatı mayın 26-da BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib. O bildirib ki, beynəlxalq ictimaiyyət Kubada yaranması ehtimal olunan humanitar böhranın qarşısının alınması üçün daha fəal addımlar atmalıdır.“Beynəlxalq ictimaiyyətdən baş verə biləcək humanitar fəlakətin qarşısını almaq üçün səylərini səfərbər etmələrini xahiş edirəm”, – deyə Parilla vurğulayıb. O, Latın Amerikası və Karib ölkələrini regionda sülhün qorunması istiqamətində daha aktiv olmağa çağırıb.Kuba XİN rəhbəri həmçinin dövlətləri Kuba...
27 May 2026, 11:41
Sinqapurun xarici işlər naziri Pxenyana rəsmi səfər edib
Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin dəvəti ilə Pxenyana rəsmi səfərə gəlib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,Sinqapur nümayəndə heyətini daşıyan təyyarə mayın 26-da Pxenyan Beynəlxalq Hava Limanına eniş edib.Yüksək səviyyəli qonağı hava limanında KXDR xarici işlər nazirinin müavini Pak Sanq-gil və Şimali Koreyanın Sinqapurdakı fövqəladə və səlahiyyətli səfiri Li Gil-son qarşılayıblar.Səfərin proqramı və keçiriləcək danışıqların detalları hələlik açıqlanmayıb. Görüşlərin ikitərəfli münasibətlər və regional məsələlər ətrafında aparılacağı ehtimal olunur.Əli...
27 May 2026, 11:38
BMT Təhlükəsizlik Şurası BƏƏ-dəki Baraka AES-ə hücumu kəskin pisləyib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Birləşmiş Ərəb Əmirliklərində yerləşən Baraka atom elektrik stansiyasına edilən hücumu kəskin şəkildə pisləyib və hadisənin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu bəyan edib.Citypost.az-ın Reuters-ə istinadən yaydığı məlumata görə, Şuranın bəyanatında hücumun mülki əhali, kritik infrastruktur və ətraf mühit üçün ciddi təhlükələr yaratdığı xüsusi vurğulanıb.BMT Təhlükəsizlik Şurasının üzvləri BƏƏ ərazisində mülki obyektlərə, o cümlədən dinc nüvə infrastrukturlarına qarşı yönələn bütün təhdid və hücumların “dərhal və daimi şəkildə dayandırılmasını” tələb ediblər.Bəyanatda həmçinin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına sadiqlik bir daha təsdiqlənib, BMT-nin Birləşmiş Ərəb Əmirliklərinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.Ötən həftə BƏƏ Müdafiə Nazirliyi...
27 May 2026, 11:34
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində ödəniş sistemləri ilə əlaqəli 14 təşkilat və 4 şəxsə qarşı məhdudiyyətlər tətbiq edib."Report" xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.
26 May 2026, 17:38
İranda keçmiş MMA çempionu edam edilib
İranda keçmiş qarışıq döyüş sənətləri (MMA) çempionu, beynəlxalq hakim Qolamrza Xani Şəkərab İsrail kəşfiyyatı ilə əməkdaşlıqda və casusluqda təqsirli bilinərək edam edilib.Bu barədə "Report" "Fars" agentliyinə istinadən xəbər verir.
26 May 2026, 13:05