Bizə yazın

Baku

-°C

USD

-

Dəmir preparatları kökəldirmi?  

Tibb 03 İyun 2026, 09:54

1307

Qanazlığı (anemiya) diaqnozu qoyulan bir çox insan həkim tərəfindən təyin edilən dəmir preparatlarından istifadə etməyə tərəddüd edir. Bunun əsas səbəblərindən biri isə bu preparatların çəki artımına səbəb olacağı ilə bağlı geniş yayılmış yanlış fikirdir. 

Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, dəmir preparatlarının istifadəsi birbaşa olaraq kökəlməyə səbəb olmur.

Həkimlərin sözlərinə görə, orqanizmdə yağların parçalanması və enerjiyə çevrilməsi üçün hüceyrələrə kifayət qədər oksigen çatdırılması vacibdir.

Oksigeni toxumalara daşıyan əsas komponent isə qanda olan hemoqlobindir. Hemoqlobinin səviyyəsi aşağı olduqda, orqanizmin enerji mübadiləsi zəifləyir və bu, ümumi halsızlıqla yanaşı maddələr mübadiləsinin də ləngiməsinə səbəb ola bilər.

Anemiya zamanı toxumalar kifayət qədər oksigen ala bilmədiyi üçün yağların parçalanması prosesi də əvvəlki qədər effektiv getmir. Bu səbəbdən bəzi hallarda insanlarda çəki vermək çətinləşə bilər. Mütəxəssislər qeyd edirlər ki, qanazlığı aradan qaldırıldıqdan sonra maddələr mübadiləsi normallaşır və orqanizm daha sağlam şəkildə fəaliyyət göstərməyə başlayır.

Bəzi insanlar dəmir preparatlarından istifadə etdikdən sonra iştahlarının yaxşılaşdığını müşahidə edirlər. Lakin bu, preparatın birbaşa kökəltməsi demək deyil. Sadəcə olaraq, qanazlığı aradan qalxdıqca insan özünü daha enerjili hiss edir, halsızlıq azalır və normal qidalanma bərpa olunur.

Həkimlər vurğulayırlar ki, əgər pasiyentdə həm artıq çəki, həm də anemiya mövcuddursa, ilk növbədə qanazlığının səbəbi araşdırılmalı və müalicə edilməlidir. Dəmir çatışmazlığının aradan qaldırılması ümumi sağlamlığın yaxşılaşmasına, enerji səviyyəsinin yüksəlməsinə və maddələr mübadiləsinin normal fəaliyyətinə kömək edir.

Mütəxəssislər bildirirlər ki, həkim təyinatı ilə istifadə olunan dəmir preparatlarından qorxmağa əsas yoxdur. Əksinə, müalicə olunmayan anemiya uzun müddətdə yorğunluq, diqqət zəifliyi, başgicəllənmə, iş qabiliyyətinin azalması və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Bu səbəbdən dəmir preparatlarının çəki artırdığı ilə bağlı fikirlər elmi cəhətdən təsdiqini tapmır. Əgər həkim sizə qanazlığının müalicəsi üçün preparat təyin edibsə, onu mütəxəssisin tövsiyəsinə uyğun şəkildə qəbul etmək vacibdir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kompüter tomoqrafiyası nə qədər təhlükəsizdir?   

Müasir tibbdə diaqnostikanın ən vacib üsullarından biri hesab edilən kompüter tomoqrafiyası (KT) bir çox xəstəliyin vaxtında aşkar edilməsində mühüm rol oynayır. Xüsusilə travmalar, daxili orqan xəstəlikləri, damar patologiyaları və onkoloji proseslərin müəyyənləşdirilməsində KT müayinəsi həkimlər üçün əvəzsiz məlumat mənbəyidir. Bununla belə, pasiyentləri ən çox maraqlandıran suallardan biri kompüter tomoqrafiyasının təhlükəsizliyi, müayinədən əvvəl xüsusi hazırlığın lazım olub-olmaması və kontrast maddənin orqanizmə təsiri ilə bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əksər hallarda kompüter tomoqrafiyası üçün xüsusi və mürəkkəb hazırlığa ehtiyac olmur. Müayinə qısa müddətdə həyata keçirilir və pasiyent üçün ciddi narahatlıq yaratmır. Həkimin təyinatı və tibbi göstəriş olduğu halda aparılan KT...

12 İyun 2026, 10:48

Hallux Valqus deformasiyası nədir və niyə yaranır?  

Ayaq sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlərdən biri hallux valqus deformasiyasıdır. Xalq arasında bu problem daha çox "baş barmaq əyriliyi" və ya "ayaqda çıxıntı" kimi tanınır. Hallux valqus ayağın baş barmağının öz normal mövqeyindən kənara, digər barmaqlara doğru əyilməsi nəticəsində yaranan deformasiya hesab olunur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, bu zaman baş barmaq metatarsofalangeal oynaq səviyyəsində xaricə doğru yer dəyişir. Nəticədə baş barmaq ikinci barmağın altına və ya üstünə keçə bilir. Bu vəziyyət isə yalnız estetik problem yaratmır, eyni zamanda ciddi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunur.Deformasiya irəlilədikcə barmaqlar arasında sıx təmas yaranır. Bu da dəridə qıcıqlanma,...

12 İyun 2026, 09:49

Burun və boğaz ətlərinin əməliyyatla götürülməsi hansı hallarda vacibdir?  

Valideynlər arasında ən çox müzakirə olunan mövzulardan biri uşaqlarda burun və boğaz ətlərinin (adenoid və badamcıqların) əməliyyat olunub-olunmaması ilə bağlıdır. Citypost.az xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, bu toxumaların böyüməsi hər zaman əməliyyat tələb etmir. Lakin bəzi hallarda onların yaratdığı fəsadlar uşağın sağlamlığına ciddi təsir göstərdiyindən cərrahi müdaxilə zəruri hesab olunur.Burun arxasında yerləşən adenoid toxumasının həddindən artıq böyüməsi uşaqlarda burun tənəffüsünün pozulmasına səbəb olur. Belə uşaqlar gündüz və gecə ağızdan nəfəs alır, yuxu zamanı xoruldayır və bəzən nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan gecə apnoesi halları müşahidə edilir. Uzun müddət davam edən bu vəziyyət uşağın normal inkişafına mənfi təsir göstərə...

12 İyun 2026, 08:50

Alkoqol qanda yağların miqdarını azaldırmı?   

Cəmiyyətdə geniş yayılmış fikirlərdən biri də odur ki, müəyyən növ alkoqollu içkilər, xüsusilə qırmızı şərab ürək-damar sağlamlığı üçün faydalıdır və qandakı yağların səviyyəsini azaldır. Lakin mütəxəssislər bu məsələyə daha ehtiyatlı yanaşmağın vacib olduğunu bildirirlər.Citypost.az xəbər verir ki,həkimlərin sözlərinə görə, bəzi üzüm növlərindən hazırlanan qırmızı şərabın tərkibində olan maddələr yüksək sıxlıqlı lipoproteinlərin (HDL) – yəni xalq arasında “yaxşı xolesterol” adlandırılan xolesterolun səviyyəsini müəyyən qədər artıra bilər. HDL xolesterol damar divarlarında toplanan artıq yağların daşınaraq orqanizmdən uzaqlaşdırılmasına kömək etdiyi üçün ürək-damar sistemi baxımından faydalı hesab olunur.Lakin mütəxəssislər vurğulayırlar ki, bu təsir alkoqolun özü ilə deyil, əsasən üzümün tərkibində olan antioksidant maddələrlə əlaqədardır....

11 İyun 2026, 11:02

Kişilərdə sidik problemləri nədən xəbər verir?   

Kişilərdə yaş artdıqca sidik ifrazı ilə bağlı müxtəlif şikayətlərə daha tez-tez rast gəlinir. Bir çox hallarda bu dəyişikliklər adi yaşlanma prosesi kimi qəbul edilsə də, əslində prostat vəzinin böyüməsi ilə əlaqəli ola bilər və diqqətdən kənarda qalmamalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, prostat böyüməsinin əsas əlamətləri sidiyə çıxmaqda çətinlik, gecə saatlarında dəfələrlə sidiyə qalxma və sidik ifrazından sonra sidik kisəsinin tam boşalmadığı hissidir. Bu şikayətlər tədricən inkişaf edir və zamanla daha da artaraq xəstənin gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir.Prostat vəzi sidik kisəsinin altında yerləşən və sidik kanalını əhatə edən orqandır. Yaşla birlikdə onun ölçüsündə müəyyən artım müşahidə oluna bilər....

11 İyun 2026, 10:03

Dəridə yaranan ləkə və səpkilər zöhrəvi xəstəliklərin əlaməti ola bilər?   

Dəridə qəfil yaranan ləkə, səpki və ya yaralar bir çox hallarda sadə allergik və ya dermatoloji problem kimi qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bu əlamətlərin cinsi yolla ötürülən infeksiyaların göstəricisi ola biləcəyini bildirirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, dəridə meydana çıxan səpkilər və ləkələr müxtəlif formalarda özünü göstərə bilər. Onların görünüşü, rəngi, ölçüsü və müşayiət olunan əlamətlər problemin səbəbi barədə ilkin məlumat verə bilir.Xüsusilə infeksion mənşəli səpkilər əksər hallarda iltihablı, axıntılı, içərisində maye və ya irin olan formada müşahidə edilir.Bəzi hallarda yaranan yaralar və ləkələr ağrısız olduğu üçün insanlar onları ciddi qəbul etmir və həkimə müraciəti gecikdirirlər. Halbuki bir...

11 İyun 2026, 08:04