Bizə yazın

Baku

-°C

USD

-

Ağciyər damar tıxanması: Vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır  

Tibb 03 İyun 2026, 08:54

1119

Ağciyər damar tıxanması, yəni pulmonar emboliya qəfil inkişaf edə bilən və həyati təhlükə yaradan ciddi xəstəliklərdən biridir. Bu vəziyyət adətən bədənin başqa hissəsində, xüsusilə ayaq venalarında əmələ gələn qan laxtasının qoparaq ağciyər damarlarına çatması nəticəsində baş verir. Damarın tutulması ağciyərlərə qan axınının pozulmasına səbəb olur və təcili tibbi müdaxilə tələb edə bilər.

Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xəstəliyin ən xarakterik əlamətləri ani başlayan nəfəs darlığı, sinə ağrısı, sürətli ürək döyüntüsü və bəzi hallarda qanlı bəlğəmdir. Bu simptomlar qəfil ortaya çıxa bilər və çox vaxt digər ürək-damar və ya tənəffüs sistemi xəstəlikləri ilə qarışdırılır. Buna görə də belə əlamətlər yaranan zaman vaxt itirmədən həkimə müraciət etmək vacibdir.

Ağciyər damar tıxanmasının yaranma riskini artıran bir sıra amillər mövcuddur.

Uzun müddət hərəkətsiz qalmaq, böyük cərrahi əməliyyatlardan sonrakı dövr, onkoloji xəstəliklər, hormonal preparatların qəbulu, eləcə də bəzi xroniki xəstəliklər risk faktorları sırasında yer alır. Xüsusilə uzunmüddətli səyahətlər zamanı saatlarla eyni vəziyyətdə oturmaq da qan laxtalanması ehtimalını artıra bilər.

Həkimlər bildirirlər ki, diaqnoz təsdiqləndikdən sonra müalicə adətən qan durulaşdırıcı preparatlarla aparılır. Müalicənin müddəti xəstənin vəziyyətindən asılı olaraq 3 aydan 6 aya qədər davam edə, bəzi hallarda isə ömürboyu davam etdirilə bilər. Ən vacib məqamlardan biri isə müalicəni həkim məsləhəti olmadan yarımçıq dayandırmamaqdır. Çünki bu, xəstəliyin yenidən təkrarlanması və daha ağır fəsadların yaranması riskini artırır.

Mütəxəssislər profilaktika məqsədilə aktiv həyat tərzinin vacibliyini də vurğulayırlar. Uzun müddət hərəkətsiz qalmamaq, kifayət qədər maye qəbul etmək, risk qrupunda olan şəxslərin mütəmadi tibbi nəzarətdə olması və həkim tövsiyələrinə əməl etməsi xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır.

Ayaqlarda qəfil şişkinlik, ağrı, nəfəs darlığı, sinə ağrısı və ya ürəkdöyünmənin sürətlənməsi kimi əlamətlər meydana çıxarsa, bunu adi narahatlıq kimi qiymətləndirmək olmaz. Bu hallar bəzən ağciyər damar tıxanmasının ilk xəbərdaredici siqnalları ola bilər.

Həkimlər qeyd edirlər ki, vaxtında diaqnoz və düzgün müalicə ilə ağciyər damar tıxanmasını nəzarət altında saxlamaq və ağır nəticələrin qarşısını almaq mümkündür. Buna görə də risk faktorlarını bilmək və ilkin əlamətlərə diqqətli yanaşmaq böyük əhəmiyyət daşıyır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kompüter tomoqrafiyası nə qədər təhlükəsizdir?   

Müasir tibbdə diaqnostikanın ən vacib üsullarından biri hesab edilən kompüter tomoqrafiyası (KT) bir çox xəstəliyin vaxtında aşkar edilməsində mühüm rol oynayır. Xüsusilə travmalar, daxili orqan xəstəlikləri, damar patologiyaları və onkoloji proseslərin müəyyənləşdirilməsində KT müayinəsi həkimlər üçün əvəzsiz məlumat mənbəyidir. Bununla belə, pasiyentləri ən çox maraqlandıran suallardan biri kompüter tomoqrafiyasının təhlükəsizliyi, müayinədən əvvəl xüsusi hazırlığın lazım olub-olmaması və kontrast maddənin orqanizmə təsiri ilə bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əksər hallarda kompüter tomoqrafiyası üçün xüsusi və mürəkkəb hazırlığa ehtiyac olmur. Müayinə qısa müddətdə həyata keçirilir və pasiyent üçün ciddi narahatlıq yaratmır. Həkimin təyinatı və tibbi göstəriş olduğu halda aparılan KT...

12 İyun 2026, 10:48

Hallux Valqus deformasiyası nədir və niyə yaranır?  

Ayaq sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlərdən biri hallux valqus deformasiyasıdır. Xalq arasında bu problem daha çox "baş barmaq əyriliyi" və ya "ayaqda çıxıntı" kimi tanınır. Hallux valqus ayağın baş barmağının öz normal mövqeyindən kənara, digər barmaqlara doğru əyilməsi nəticəsində yaranan deformasiya hesab olunur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, bu zaman baş barmaq metatarsofalangeal oynaq səviyyəsində xaricə doğru yer dəyişir. Nəticədə baş barmaq ikinci barmağın altına və ya üstünə keçə bilir. Bu vəziyyət isə yalnız estetik problem yaratmır, eyni zamanda ciddi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunur.Deformasiya irəlilədikcə barmaqlar arasında sıx təmas yaranır. Bu da dəridə qıcıqlanma,...

12 İyun 2026, 09:49

Burun və boğaz ətlərinin əməliyyatla götürülməsi hansı hallarda vacibdir?  

Valideynlər arasında ən çox müzakirə olunan mövzulardan biri uşaqlarda burun və boğaz ətlərinin (adenoid və badamcıqların) əməliyyat olunub-olunmaması ilə bağlıdır. Citypost.az xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, bu toxumaların böyüməsi hər zaman əməliyyat tələb etmir. Lakin bəzi hallarda onların yaratdığı fəsadlar uşağın sağlamlığına ciddi təsir göstərdiyindən cərrahi müdaxilə zəruri hesab olunur.Burun arxasında yerləşən adenoid toxumasının həddindən artıq böyüməsi uşaqlarda burun tənəffüsünün pozulmasına səbəb olur. Belə uşaqlar gündüz və gecə ağızdan nəfəs alır, yuxu zamanı xoruldayır və bəzən nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan gecə apnoesi halları müşahidə edilir. Uzun müddət davam edən bu vəziyyət uşağın normal inkişafına mənfi təsir göstərə...

12 İyun 2026, 08:50

Alkoqol qanda yağların miqdarını azaldırmı?   

Cəmiyyətdə geniş yayılmış fikirlərdən biri də odur ki, müəyyən növ alkoqollu içkilər, xüsusilə qırmızı şərab ürək-damar sağlamlığı üçün faydalıdır və qandakı yağların səviyyəsini azaldır. Lakin mütəxəssislər bu məsələyə daha ehtiyatlı yanaşmağın vacib olduğunu bildirirlər.Citypost.az xəbər verir ki,həkimlərin sözlərinə görə, bəzi üzüm növlərindən hazırlanan qırmızı şərabın tərkibində olan maddələr yüksək sıxlıqlı lipoproteinlərin (HDL) – yəni xalq arasında “yaxşı xolesterol” adlandırılan xolesterolun səviyyəsini müəyyən qədər artıra bilər. HDL xolesterol damar divarlarında toplanan artıq yağların daşınaraq orqanizmdən uzaqlaşdırılmasına kömək etdiyi üçün ürək-damar sistemi baxımından faydalı hesab olunur.Lakin mütəxəssislər vurğulayırlar ki, bu təsir alkoqolun özü ilə deyil, əsasən üzümün tərkibində olan antioksidant maddələrlə əlaqədardır....

11 İyun 2026, 11:02

Kişilərdə sidik problemləri nədən xəbər verir?   

Kişilərdə yaş artdıqca sidik ifrazı ilə bağlı müxtəlif şikayətlərə daha tez-tez rast gəlinir. Bir çox hallarda bu dəyişikliklər adi yaşlanma prosesi kimi qəbul edilsə də, əslində prostat vəzinin böyüməsi ilə əlaqəli ola bilər və diqqətdən kənarda qalmamalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, prostat böyüməsinin əsas əlamətləri sidiyə çıxmaqda çətinlik, gecə saatlarında dəfələrlə sidiyə qalxma və sidik ifrazından sonra sidik kisəsinin tam boşalmadığı hissidir. Bu şikayətlər tədricən inkişaf edir və zamanla daha da artaraq xəstənin gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir.Prostat vəzi sidik kisəsinin altında yerləşən və sidik kanalını əhatə edən orqandır. Yaşla birlikdə onun ölçüsündə müəyyən artım müşahidə oluna bilər....

11 İyun 2026, 10:03

Dəridə yaranan ləkə və səpkilər zöhrəvi xəstəliklərin əlaməti ola bilər?   

Dəridə qəfil yaranan ləkə, səpki və ya yaralar bir çox hallarda sadə allergik və ya dermatoloji problem kimi qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bu əlamətlərin cinsi yolla ötürülən infeksiyaların göstəricisi ola biləcəyini bildirirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, dəridə meydana çıxan səpkilər və ləkələr müxtəlif formalarda özünü göstərə bilər. Onların görünüşü, rəngi, ölçüsü və müşayiət olunan əlamətlər problemin səbəbi barədə ilkin məlumat verə bilir.Xüsusilə infeksion mənşəli səpkilər əksər hallarda iltihablı, axıntılı, içərisində maye və ya irin olan formada müşahidə edilir.Bəzi hallarda yaranan yaralar və ləkələr ağrısız olduğu üçün insanlar onları ciddi qəbul etmir və həkimə müraciəti gecikdirirlər. Halbuki bir...

11 İyun 2026, 08:04