Bizə yazın

Baku

-°C

USD

-

Britaniya nüvə başlığı daşıya bilən "F-35A"ların alınmasından imtina edə bilər

Dünya 08 İyun 2026, 08:19

415

Böyük Britaniya hökuməti vəsait çatışmazlığı səbəbindən "B61-12" taktiki termonüvə bombaları daşıya bilən "F-35A" qırıcı təyyarələrinin alışını ləğv edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

"Nazirlər və yüksək vəzifəli zabitlər həftəsonu bu məsələ üzərində işləyiblər. Hər kəs vəziyyətin çətinliyini başa düşür. Hərbi liderlər (döyüş təyyarəsinin alınmasını – Qeyd) təmin etmək üçün əllərindən gələni edirlər və müxtəlif variantlar təklif edirlər. Bu, artıq hərbi deyil, siyasi məsələdir", - deyə nəşrin mənbələrindən biri bildirib.

Qəzetin məlumatına görə, Britaniya hökumətinin təyyarələri qəti şəkildə rədd etmək əvəzinə, sadəcə olaraq onların alınmasını təxirə salmaq seçimi də var. Hakimiyyət orqanları yaxın günlərdə açıqlanması gözlənilən müdafiə investisiya planının dərc olunmasından əvvəl yekun qərar vermək niyyətindədirlər.

Qəzet əlavə edib ki, Britaniya müdafiə naziri Con Hili bu məsələ ilə bağlı maliyyə naziri Reyçel Rivz ilə fəal müzakirələr aparır. Böyük Britaniya hökumətinin bahalı hərbi layihələri həyata keçirmək üçün Nəqliyyat Nazirliyi və Energetika Nazirliyi də daxil olmaqla digər nazirliklərin büdcələrini azaldacağı gözlənilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İran hava məkanını bağladı

İran hakimiyyəti təhlükəsizlik səbəbi ilə ölkənin qərb hissəsində hava məkanını növbəti xəbərdarlığa qədər bağlamaq qərarına gəlib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əhvan məlumat verib."Təhlükəsizlik qiymətləndirməsindən və NOTAM-ın dərc edilməsindən sonra ölkənin qərb hava məkanı qeyri-müəyyən müddətə bağlanıb", - deyə o əlavə edib.Əhvan İran sakinlərini lazımsız yerə hava limanlarına getməməyə və uçuş məlumatlarını media vasitəsilə izləməyə çağırıb.Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb....

08 İyun 2026, 09:18

İran çoxsaylı raketləri döyüş hazırlığı vəziyyətinə gətirib

İran çoxsaylı raketləri döyüş hazırlığı vəziyyətinə gətirib və İsrailin mümkün hücumu halında vurulacaq hədəflərin siyahısını hazırlayıb.Cityposr.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.Məlumata əsasən, Tehran İsrail tərəfindən mümkün hərbi əməliyyatlara qarşı cavab tədbirləri çərçivəsində raket qüvvələrinin hazırlıq səviyyəsini artırıb.Həmçinin qeyd olunur ki, mümkün qarşıdurma ssenarisi üçün müəyyən edilmiş hədəflərin siyahısı hazırlanıb.Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb....

08 İyun 2026, 08:45

Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etməli olacaq.Tramp bu barədə “Financial Times” qəzetinə telefon müsahibəsində danışıb.“Onun başqa seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. O yox”, - deyə ABŞ prezidenti bildirib.Trampın açıqlaması İranla mümkün razılaşma ətrafında müzakirələrin davam etdiyi bir vaxtda səslənib.

08 İyun 2026, 08:00

Qazaxıstan ordusu üçün süni intellekt və pilotsuz sistemlər üzrə mütəxəssislər hazırlanır 

Qazaxıstan Silahlı Qüvvələri SARBAZ+ layihəsi çərçivəsində dronlar, rəqəmsal texnologiyalar və süni intellekt üzrə mütəxəssislər hazırlayacaq.Citypost.az xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin rəqəmsallaşdırma üzrə müavini Darxan Axmediyev bildirib.Nazir müavininin sözlərinə görə, layihə müasir hərbi qulluqçu imicini formalaşdırmaq və həm hərbi xidmət zamanı, həm də xidmətdən sonra lazım olacaq praktiki bacarıqları inkişaf etdirmək məqsədi daşıyır:“Layihə çərçivəsində rabitə və telekommunikasiya, radio rabitəsi, pilotsuz aviasiya sistemləri, rəqəmsal texnologiyalar və süni intellekt elementləri üzrə mütəxəssislər hazırlamaq üçün ixtisaslaşmış siniflər yaradılır”.Qazaxıstanda hərbi qulluqçular üçün texniki laboratoriyalar və rəqəmsal təlim sinifləri də daxil olmaqla, müasir təhsil infrastrukturu yaradılır.Darxan Axmediyev qeyd edib ki, hərbi qulluqçular “Tech...

05 İyun 2026, 17:18

Erməni generala xuliqanlıqla bağlı ittiham irəli sürüldü 

Ermənistanda general-leytenant Tiran Xaçatryana qarşı ittiham irəli sürülüb."Unikal" xəbər verir ki, bu barədə onun vəkili Varazdat Harutyunyan erməni KİV-ə bildirib."General-leytenant Tiran Xaçatryana qarşı 2023-cü ilin sentyabr ayında küçəni bağlayan vətəndaşlara doğru yüksək sürətlə hərəkət edən avtomobili vuraraq xuliqanlıq etməkdə ittiham irəli sürülüb", - deyə o qeyd edib.İbtidai istintaqın tamamlanması və işin ittiham aktı ilə məhkəməyə göndərilməsi barədə qərar qəbul olunub. 

05 İyun 2026, 16:45

Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib 

Rusiya və Ukrayna "185-in 185-ə" formulu ilə əsir mübadiləsi həyata keçirib."Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Rusiya və Ukrayna arasında əvvəlki əsir mübadiləsi 2026-cı il mayın 15-də baş tutub. O zaman Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə tərəflər bir-birinə 205 hərbi qulluqçu təhvil veriblər.

05 İyun 2026, 15:41