Bizə yazın

Baku

-°C

USD

-

BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir 

Cəmiyyət 05 İyun 2026, 17:33

3092

BMT İsrail Müdafiə Ordusunun (IDF) "Hizbullah" qruplaşmasına qarşı əməliyyatı çərçivəsində döyüşlərin getdiyi Livan üçün tələb olunan humanitar yardımın həcmini iki dəfədən çox artırıb.

"Report"un məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə (OCHA) istinadən xəbər verir.

Təşkilatın hesablamalarına görə, yaxın altı ay ərzində ölkəyə təxminən 640 milyon dollar lazım olacaq.

"Livandakı humanitar böhran dərinləşməkdə davam edir", – məlumatda qeyd olunub.

Sənədə əsasən, əhalinin təkrar köçürülməsi, sığınacaqların çatışmazlığı və evlərə təhlükəsiz qayıdış imkanlarının məhdudluğu əhalinin həssaslığını artırır. BMT xəbərdarlıq edir ki, zərərçəkənlərin böhranla mübarizə imkanları sürətlə tükənir, əsas xidmətlərin yükü isə artmağa davam edir.

Martda BMT Livan hökumətinin genişmiqyaslı fövqəladə əməliyyatının dəstəklənməsi üçün mayın sonunadək 308 milyon dollar tələb etmişdi. Təşkilat avqustun sonunadək əlavə daha 331 milyon dollara ehtiyacın olacağını bildirib.

OCHA-nın məlumatına görə, ilkin tələb olunan məbləğdən cəmi 185 milyon dollar daxil olub. Bu vəsait 2 mart – 31 may tarixlərində təxminən 680 min nəfərə yardım göstərməyə imkan verib.

İndi məqsəd Livanda humanitar yardıma ehtiyacı olan 1,4 milyon sakini əhatə etməkdir ki, bu da ölkə əhalisinin təxminən dörddə birini təşkil edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Laçında Səyyar ASAN xidmət təşkil olunub

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN xidmət Laçın şəhərində təşkil edilib.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, iyulun 30-na qədər vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.Qeyd edək ki bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Ağdərə rayonunun Talış kəndində, Cəbrayıl və Xankəndidə də vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar....

28 İyul 2026, 11:20

Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb 

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiyası həyata keçirilmiş Azərbaycan vətəndaşları ilə görüşüblər.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriyadan 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.Görüşdə repatriantlarla söhbət aparılıb, onların hüquqlarının təmini vəziyyəti və ehtiyacları öyrənilib, qadın və uşaqlar hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Ombudsmanın mandatı barədə ətraflı məlumatlandırılıb.Bununla yanaşı, müəssisə rəhbəri tərəfindən təsisatın...

28 İyul 2026, 10:55

Deputat: Ana dilinə hörmət milli kimliyə hörmətdir

Hər bir xalqın milli kimliyini yaşadan ən böyük mənəvi sərvət onun ana dilidir. Dil xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini, adət-ənənələrini və milli yaddaşını nəsildən-nəslə ötürən müqəddəs körpüdür. Məhz buna görə də Azərbaycan xalqı əsrlər boyu ana dilini qorumağı öz varlığını qorumaq qədər vacib hesab etmişdir. Bu gün ölkəmizdə hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü də ana dilimizə dövlət və xalq səviyyəsində göstərilən yüksək ehtiramın təzahürüdür.Azərbaycan dili zəngin tarixi inkişaf yolu keçmiş, türk dilləri ailəsinin ən qədim və ən inkişaf etmiş dillərindən biri kimi formalaşmışdır. Zəngin lüğət tərkibi, ahəngdarlığı və ifadə imkanları Azərbaycan xalqının minilliklər...

28 İyul 2026, 10:33

Güclü külək Bakıda 48 ağacı aşırdı

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.Bu barədə Citypost.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.

28 İyul 2026, 10:30

Nazirlər Kabineti hərbi çağırış komissiyasının tərkibini yenilədi

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarında dəyişiklik edib.Dəyişikliklə komissiyanın üzvləri sırasında TƏBİB-i İcraçı direktor yox, direktor müavini təmsil edəcək....

28 İyul 2026, 10:15

Azərbaycan nümayəndə heyəti Ərdəbil valisi ilə görüş keçirib

Milli Məclisin deputatı Ceyhun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərli və AMEA-nın prezidenti, akademik İsa HəbibbəyliƏrdəbil Həftəsi çərçivəsində İranın Ərdəbil əyalətinin valisi Məsud İmami Yeganə ilə görüşüblər.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan–İran münasibətlərinin hazırkı vəziyyəti, regionlararası əməkdaşlığın genişləndirilməsi, iqtisadi, ticarət, mədəni-humanitar və turizm sahələrində əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Müzakirələr zamanı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin Azərbaycan–İran münasibətlərinin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və yüksək səviyyəli siyasi dialoqun genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda, iki ölkəni birləşdirən tarixi, dini və mədəni bağların əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib.Tərəflər regionlar arasında birbaşa əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin...

28 İyul 2026, 09:23