"Sabah"ın futbolçusu Cəfər Cəfərzadə U-17-nin düşərgəsindən ayrılıb
İdman 05 İyun 2026, 17:48
3149
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib.
Citypost.az AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.
Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.
Həmçinin oxuyun
Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan İBARƏT komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan güləşçisi ilk görüşünü qalib başa vurdu
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.Citypost.az xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edib.Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
28 İyul 2026, 11:15
Azərbaycanlı idmançı Dünya Kubokunda qızıl qazandı
Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.Milli Paralimpiya Komitəsindən Citypost.az-a verilən məlumata görə, dünya və Avropa çempionu olan idmançı 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.Turnirdə Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva da təmsil edirlər.Qeyd edək ki, Dünya Kubokuna iyulun 29-da yekun vurulacaq....
28 İyul 2026, 08:37
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.Bu barədə Citypost.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.İyulun 29–dan 31-nə qədər Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 86 klub və idman cəmiyyətindən 670 idmançı (523 oğlan, 147 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.Bu, cari ildə U-17 Liqa yarışının son turudur və idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.
27 İyul 2026, 14:26
Azərbaycan millisinin ilk rəqibləri açıqlandı
Azərbaycan güləşçilərinin sabah Bakıda start götürəcək dünya çempionatında ilk rəqibləri müəyyənləşib.Bu barədə Citypost.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Milli Gimnastika Arenasında təşkil ediləcək mundiala yunan-Roma güləşçiləri start verəcək. Bu gün püşkatma mərasimi keçirilib və təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.45 kqTəsnifat mərhələsiƏli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)48 kq1/8 finalÖmər Salmanov – Avinaş Çetake (Hindistan)51 kqTəsnifat mərhələsiAbdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)55 kqTəsnifat mərhələsiQurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)60 kqTəsnifat mərhələsiElmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)65 kqTəsnifat mərhələsiOrxan Həbibli – Qaspar Sançez (Çexiya)71 kqTəsnifat mərhələsiNadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)80 kqTəsnifat mərhələsiİsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)92 kqTəsnifat mərhələsiZöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)110...
27 İyul 2026, 09:09
Azərbaycanlı triatlonçu beynəlxalq yarışın qalibi oldu
Azərbaycanlı idmançılar Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışına qatılıblar.Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib."Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışında gənc idmançılarımızdan Əli Rzazadə qızıl, Riad Abbaszadə isə bürünc medal qazanıblar", - nazirlikdən bildirilib.
27 İyul 2026, 08:09
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilən Qazaxda avarçəkmə tədbiri keçirilib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak edib.Tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib.Daha sonra kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub. Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi yönündə təlimlər keçilib. Onlara avarçəkmə idmanında...
25 İyul 2026, 19:00