Kəlbəcərdə çayda batan 11 yaşlı yeniyetmənin meyiti tapılıb
Hadisə 16 İyul 2026, 16:30
400
Kəlbəcərdə çayda batan 11 yaşlı yeniyetmənin meyiti tapılıb.
Citypost.az xəbər verir ki, Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti aşkar edilib.
Y. Abutalubovun cansız bədəni Fövqaladə Hallar Nazirliyinib (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılıb. İlkin ehtimala görə, hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.
Həmçinin oxuyun
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Quba sakinini cərəyan vuraraq öldürüb
Quba rayonunda 38 yaşlı qadını elektrik cərəyanı vurub.Citypost.az xəbər verir ki, hadisə rayonun Nügədi kəndində baş verib.Məlumata görə, 1998-ci il təvəllüdlü N.Əhmədova yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.
16 İyul 2026, 16:52
Anasının məşuqəsini vəhşicəsinə öldürdü
Anasının məşuqəsini vəhşicəsinə qətlə yetirməkdə ittiham olunan 47 yaşlı yerli sakin Yekaterinburqda məhkəmə qarşısına çıxacaq.Citypost.az xəbər verir ki, istintaqın məlumatına görə, iyulun 12-si gecəsi təqsirləndirilən şəxs Pribaltiyskaya küçəsindəki mənzilində anasını ziyarət edib. Qadın süfrə açıb və oğlu ilə onun birgə yaşadığı kişi spirtli içki içməyə başlayıblar. Bir anda aralarında mübahisə yaranıb. Mübahisədən sonra anasının yeni sevgilisindən yaxa qurtarmaq istəyən təqsirləndirilən şəxs kəmərini çıxarıb, rəqibinin boynuna keçirib və boğaraq öldürüb.Cinayətdən sonra kişi qaçsa da, daha sonra saxlanılıb.(lent.az)...
16 İyul 2026, 09:50
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosu xəbər verir ki, qəza Şəmkir–Kür qəsəbə avtomobil yolunda qeydə alınıb.Məlumata görə, hərəkətdə olan VAZ-21012 və "Volkswagen Passat" markalı minik avtomobilləri toqquşub.Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
15 İyul 2026, 22:30
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Hazırda vətəndaş - 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək....
15 İyul 2026, 20:02
Tovuzda həyat yoldaşını döyən kişi tutuldu
Tovuz rayon sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Citypost.az-a bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.Araşdırmalar davam etdirilir.
15 İyul 2026, 17:08
Dayı bacısı qızının evindən qızıl oğurladı
Qonaq getdiyi bacısı qızının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs azadlıqdan məhrum edilib.Citypost.az qaynarinfo-ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində baxılan cinayət işinin materiallarından məlum olub ki, təqsirləndirilən İ.R. 2025-ci ildə ailəsi ilə birlikdə bacısı qızının Xırdalan şəhərində yerləşən mənzilinə qonaq gedib. Evdə nasosu təmir etdikdən sonra otaqları gəzən şəxs yeni quraşdırılmış dolaba baxmaq bəhanəsi ilə yataq otağına daxil olub. Dolabın üst rəfindəki qızıl qutusunu açaraq içərisində olan, ümumi dəyəri 2 027 manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla götürüb. İş materiallarına görə, oğurlanan əşyalar arasında kişi nişan üzüyü, iki qadın üzüyü, qadın qolbağı və kişi qolbağı olub.Məhkəmədə verdiyi ifadəsində...
15 İyul 2026, 08:35