Deputat: Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzinə çevrilib
Siyasət 16 İyul 2026, 16:00
511
Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoqun intensivləşməsi iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Bu sözləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Deputatın sözlərinə görə, hər iki dövlət siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, humanitar və parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Hələ bundan öncə Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrarası münasibətləri çox yüksək səviyyəyə çatdırmışdır. Bu sənədin imzalanmasından sonra əməkdaşlıq praktiki olaraq bütün sahələr üzrə genişlənib. Hazırda energetika Azərbaycan–Slovakiya münasibətlərinin ənənəvi və strateji istiqamətlərindən biridir. Bir neçə il öncə ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql edilib. Azərbaycanın zəngin qaz ehtiyatları ölkəmizə həm Slovakiyanın, həm də digər Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfə vermək imkanı yaradır.
P. Vəliyeva əlavə edib ki,Azərbaycan müdafiə sənayesi sahəsində Slovakiya ilə əməkdaşlığı geniş perspektivli və qarşılıqlı faydalı sahələrdən biri kimi qiymətləndirir. Bu əməkdaşlıq hərbi məqsədlərdən çox sənaye və texnoloji inkişafın təmin edilməsi məqsədi daşıyır. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı həm dünya bazarlarına çıxış imkanları yaradır, həm də ölkəmizdə yüksək texnoloji inkişafın sürətlənməsinə xidmət edir. Azərbaycan xarici siyasət prioritetlərini uzun müddət əvvəl müəyyən edib və bu gün Avrasiyada mühüm bağlantı mərkəzlərindən birinə çevrilib. Son illər ölkəmizin nəqliyyat infrastrukturu, logistika şəbəkəsi və enerji layihələrinə qoyduğu sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Şərqdən Qərbə ən təhlükəsiz və qısa yol Azərbaycan üzərindən keçir. Bu, Slovakiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
Həmçinin oxuyun
Millət vəkili qeyd edib ki, Rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. İqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Bu isə Slovakiya şirkətləri ilə əməkdaşlıq üçün yeni imkanlar açır.Bu gün Slovak şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində "ağıllı kənd" (Smart Village) layihəsini həyata keçirməsi hər iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin müsbət təzahürüdür.Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv dialoqu davam etdirir, regional və beynəlxalq təhlükəsizlik, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər. Hər iki ölkə mövcud əməkdaşlıq potensialından səmərəli istifadə etməklə ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi əzmində olduqlarını bir daha təsdiqləyirlər.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tural İrfan: Dövlət rəmzlərinə hörmətsizliyə güzəşt olmaz
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan dövlət rəmzlərinin qorunmasının vacibliyindən danışıb.Citypost.az-a açıqlama verən Tural İrfan bildirib ki, dövlət himni ölkənin suverenliyini və müstəqilliyini təmsil edən əsas dövlət rəmzlərindən biridir və dövlət bayrağı, eləcə də gerbi ilə birlikdə dövlətçiliyin müqəddəs atributu hesab olunur.Onun sözlərinə görə, dövlət rəmzlərinə qarşı birbaşa və ya dolayı yolla hörmətsizlik edən, onları təhqir edən şəxslər qanun qarşısında məsuliyyət daşımalıdır."Dövlət rəmzlərinə qarşı çıxan və ya onları təhqir edən istənilən şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu məsələdə heç bir imtiyaz tanınmamalıdır", – deyə o vurğulayıb.Tural İrfan həmçinin qeyd edib ki, klassik Azərbaycan xalq musiqisi...
16 İyul 2026, 11:37
Tofiq Zülfüqarov: Naxçıvan–Qarabağ marşrutu üzrə təlim keçirmək vaxtıdır
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında Zəngəzur dəhlizi və regional proseslərlə bağlı diqqətçəkən paylaşım edib.Citypost.az xəbər verir ki, sabiq nazi paylaşımında TRIPP-in icraçı direktoru vəzifəsinə yəhudi-rus mənşəli investor Sokolovun təyin olunduğunu qeyd edərək, Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfərlərinə və Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı mövqeyinə toxunub.Tofiq Zülfüqarov bildirib ki, Paşinyan Konstitusiya dəyişikliyi məsələsində tələsmədiyini bəyan edir. Sabiq nazir bunun fonunda Naxçıvandan Qarabağa və əks istiqamətdə dağlıq ərazilərdə xüsusi təyinatlı qüvvələrin reyd yürüşlərinin məşq edilməsinin vaxtının çatdığını ironiya ilə ifadə edib.Paylaşımının sonunda Zülfüqarov səsləndirdiyi fikirlərin “sadəcə ucadan düşüncələr” olduğunu vurğulayıb.Turan ...
16 İyul 2026, 10:32
Vüqar Rəhimzadə: Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq möhkəmlənir
Xarici siyasət uğurlarımızın mühüm tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan hər zaman əməkdaşlığa böyük önəm verdiyini real addımları ilə nümayiş etdirir. İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri də bu qəbildəndir. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra qürurverici hadisələr sırasında dövlət başçısı İlham Əliyevin bu və ya digər ölkələrin dövlət başçısını azad Qarabağda və Şərqi Zəngəzurda qarşılamasını qeyd edirik. Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi də Şuşada reallaşdı. Həmçinin Şuşada prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlərdə müzakirə olunan məsələlər, ikitərəfli gündəliyin genişliyi bir...
15 İyul 2026, 17:17
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyulda Moskvada rəsmi səfərdə olacaq.Zaxarova Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini vurğulayıb.O qeyd edib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq....
15 İyul 2026, 17:12
Qulamhüseyn Əlibəyli: Fransa geosiyasi maraqlarını önə çəkir
Fransız jurnalist Jan-Mişel Brün öz məqaləsində qeyd edir ki, Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ məsələsinə yanaşması rasional səbəblərdən deyil, daxili siyasi maraqlardan qaynaqlanır. Bu siyasətin arxasında heç bir rasional və məntiqli səbəb yoxdur. Əsas motiv Fransada təxminən 800 min erməninin yaşaması və onların əsasən Paris, Lion və Marsel kimi böyük şəhərlərdə məskunlaşmasıdır. Fransa hökuməti və siyasi partiyalar bu məsələyə daha çox seçki prizmasından yanaşır. Onlar nə Ermənistan, nə də Azərbaycan xalqını düşünür. Onları maraqlandıran tək məsələ seçkilərdə səs qazanmaqdır.Bu fikirlər ilk baxışdan bir qədər emosional və məsələyə sadələşdirilmiş yanaşma tərzi kimi qiymətləndirilə bilər. Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi...
15 İyul 2026, 10:30
Tənzilə Rüstəmxanlı: “Bir millət, iki dövlət” prinsipi dəyişməzdir
Deputat Tənzilə Rüstəmxanlı 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə xalqını təbrik edib.Citypost.az xəbər verir ki, paylaşımında 15 İyulun Türkiyə xalqının dövlətinə, demokratiyasına və milli iradəsinə sahib çıxdığı, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyi tarixi gün olduğunu vurğulayıb.Deputat Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad etdiyini, qəhrəman qazilərə isə sonsuz minnətdarlığını ifadə edib.Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin birliyinin, müstəqilliyinin və gücünün daim olmasını arzulayıb, Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin əbədi olacağına inandığını bildirib.Paylaşımını "Bir millət, iki dövlət!" şüarı ilə tamamlayan deputat dost və qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq...
15 İyul 2026, 10:09