Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Cəmiyyət 16 İyul 2026, 17:12
429
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq münasibətlərindən və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan bəhs edən parlamentin spikeri qeyd edib ki, ölkələrimizi ortaq dini-mənəvi və ailə dəyərləri, habelə xalqlarımız arasında mövcud olan dostluq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrin dərinləşməsində yüksək səviyyəli səfərlərin, eləcə də keçirilən görüşlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, Fələstin Baş nazirinin ölkəmizə cari səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Spiker Sahibə Qafarova Azərbaycanın Fələstin məsələsində prinsipial mövqe tutduğunu qeyd edərək, bu mövqeyin beynəlxalq təşkilatlar çərçivəsində də ardıcıl şəkildə izləndiyini vurğulayıb.
Söhbət zamanı 2023-cü ildə Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin inkişafında mühüm addım olduğu vurğulanıb.
Həmçinin oxuyun
Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan Sahibə Qafarova qeyd edib ki, Azərbaycan parlamenti Fələstin Milli Şurası ilə həm ikitərəfli formatda, həm də Parlamentlərarası İttifaq, İƏT Parlament İttifaqı (PUIC), Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Fələstin məsələsini daim diqqət mərkəzində saxlayır və bu məsələyə xüsusi həssaslıqla yanaşır.
Görüşdə Azərbaycanda fələstinli tələbələrin təhsil almasından məmnunluq ifadə edilərək, "Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı" proqramının onlara yaratdığı əlverişli imkanlar yüksək qiymətləndirilib.
Məhəmməd Mustafa Azərbaycan dövlətinə, xalqına və parlamentinə Fələstin məsələsində göstərilən ardıcıl siyasi, diplomatik, humanitar dəstəyə görə təşəkkür edib. Azərbaycan Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edən qonaq, ölkə rəhbərliyinin davamlı dəstəyinin Fələstin xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Baş nazir, həmçinin Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə töhfəsini yüksək qiymətləndirərək, ölkəsinin "iki dövlət" prinsipi əsasında ədalətli və davamlı sülhə sadiq olduğunu bildirib.
Məhəmməd Mustafa iki ölkə arasında kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Bu çərçivədə o, Azərbaycanın dəstəyi ilə Fələstində məktəb tikintisini və digər birgə layihələri xüsusi qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mahir Süleymanlı Şabranda vətəndaşları qəbul edib
Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunda vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, qəbul zamanı rayon sakinlərinin müraciət və təklifləri dinlənilib.Deputat qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri addımların atılacağını bildirib.
16 İyul 2026, 18:15
Bu vəzifəli şəxslər Ceyhun Cəlilova etiraz edərək işdən çıxdılar
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəlilər tutduqları vəzifələrdən ayrılıblar.Citypost.az Manset.az-a istinadən xəbər verir ki, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq, buna etiraz edərək vəzifələrindən ayrılıblar.Qeyd edək ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib....
16 İyul 2026, 18:00
Xəzərin sahəsi 7% kiçilib - dayazlaşma sürətlənir
Xəzər dənizinin səviyyəsinin azalması sürətlənir.Modern.az xəbər verir ki, bu nəticə Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimlərinin apardığı araşdırmada əks olunub.Tədqiqatın nəticələrinə görə, 1996–2025-ci illər ərzində Xəzər dənizinin su səthinin sahəsi 7,4 faiz azalıb. Bu, təxminən 28,6 min kvadrat kilometr ərazi deməkdir ki, həmin göstərici ərazi baxımından Albaniya ilə müqayisə olunur.Alimlər bildiriblər ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən etibarən davamlı şəkildə enir.Araşdırmaya əsasən, son 30 ildə dənizin orta dərinliyi təxminən 3 metr azalıb.Mütəxəssislərin sözlərinə görə, dayazlaşma artıq ciddi problemlər yaradır. Suyun çəkilməsi nəticəsində gəmiçilik çətinləşir, limanların fəaliyyəti məhdudlaşır və sahil xətti yaşayış məntəqələrindən getdikcə uzaqlaşır.Tədqiqatın aparıcı müəllifi Andrey Kostyanoy bildirib ki,...
16 İyul 2026, 17:50
Ağdaşın kəndlərində yeni su şəbəkələri qurulacaq
Ağdaş rayonunun Binələr, Davudlu, Cardam və Kotanarx kəndlərində yeni su təchizatı sistemlərinin yaradılması üzrə layihə-smeta sənədləri hazırlanıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.Bu gün isə rayonun Pirəyir kəndində yeni içməli su təchizatı sistemi istifadəyə verilib. Kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsi və Nehrəxəlil kəndini içməli su ilə təmin edən 280 mm diametrli magistral su kəmərindən birləşmə verilərək yeni paylayıcı su şəbəkəsi inşa edilib.Layihə çərçivəsində kənddə ümumilikdə 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib, 194 fərdi yaşayış evi şəbəkəyə qoşulub. Bundan əlavə, sudan səmərəli istifadə və dəqiq uçotun aparılması üçün bütün...
16 İyul 2026, 17:13
Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ilə Türkiyənin Toxum Yetiştiricileri Alt Birliği (TYAB) arasında Niyyət və Əməkdaşlıq Protokolu imzalanıb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.Məlumata görə, protokolu Agentliyin sədri Sərdar Hacıyev və Alt Birliyin rəhbəri Miktat Olgun imzalayıblar.Sənədin imzalanmasında əsas məqsəd iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini kənd təsərrüfatı və toxumçuluq sahələrində daha da möhkəmləndirməkdir. Bundan başqa məlumat, təcrübə və müasir texnologiyaların mübadiləsini genişləndirmək, həmçinin aqrar sahədə insan kapitalının inkişafına və uzunmüddətli texniki əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.Protokola əsasən, tərəflər təlimçilərin hazırlanması və fermerlər üçün təlimlərin təşkili, toxumçuluq və sertifikatlaşdırma sistemlərinin inkişafı, toxum istehsalı, emalı, saxlanması...
16 İyul 2026, 17:00
Bakıda açıq ərazidə yanğın başlayıb
Bakıda açıq ərazidə yanğın başlayıb.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-averilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.Əlavə məlumat veriləcək.
16 İyul 2026, 16:47