Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır
Cəmiyyət 16 İyul 2026, 17:00
347
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ilə Türkiyənin Toxum Yetiştiricileri Alt Birliği (TYAB) arasında Niyyət və Əməkdaşlıq Protokolu imzalanıb.
Citypost.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Məlumata görə, protokolu Agentliyin sədri Sərdar Hacıyev və Alt Birliyin rəhbəri Miktat Olgun imzalayıblar.
Sənədin imzalanmasında əsas məqsəd iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini kənd təsərrüfatı və toxumçuluq sahələrində daha da möhkəmləndirməkdir. Bundan başqa məlumat, təcrübə və müasir texnologiyaların mübadiləsini genişləndirmək, həmçinin aqrar sahədə insan kapitalının inkişafına və uzunmüddətli texniki əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Həmçinin oxuyun
Protokola əsasən, tərəflər təlimçilərin hazırlanması və fermerlər üçün təlimlərin təşkili, toxumçuluq və sertifikatlaşdırma sistemlərinin inkişafı, toxum istehsalı, emalı, saxlanması və logistikası sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, kənd təsərrüfatının mexanikləşdirilməsi, dəqiq əkinçilik, rəqəmsal və ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, bərpa olunan enerji həllərinin təşviqi, aqrar sahədə davamlılığın gücləndirilməsi, kənd təsərrüfatı yayımı və fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin məlumat və texnologiya transferinin genişləndirilməsi, aqrar innovasiyaların təşviqi və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması da əsas fəaliyyət istiqamətlərindən biri olacaq.
Əməkdaşlıq çərçivəsində azərbaycanlı mütəxəssislər, texniki heyət və qabaqcıl fermerlər üçün Türkiyədə tətbiqi təlim proqramları və texniki tanışlıq səfərləri təşkil olunacaq. Türkiyənin Tətbiqi Fermer Təlimi Layihəsi (UÇEP) çərçivəsində həyata keçiriləcək proqramlar toxumçuluq, müasir kənd təsərrüfatı texnologiyaları, rəqəmsal və dəqiq əkinçilik, sertifikatlaşdırma sistemləri, kənd təsərrüfatı texnikasından səmərəli istifadə və digər aktual mövzuları əhatə edəcək. Eyni zamanda, iştirakçılar aqrar sahədə fəaliyyət göstərən müəssisələrin və elmi-tədqiqat institutlarının qabaqcıl təcrübəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Tərəflər bu Protokolun Azərbaycan ilə Türkiyə arasında aqrar əməkdaşlığın daha da genişlənməsinə, toxumçuluq sektorunda bilik və təcrübə mübadiləsinin inkişafına, müasir texnologiyaların tətbiqinin sürətləndirilməsinə, peşəkar kadr potensialının gücləndirilməsinə və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xəzərin sahəsi 7% kiçilib - dayazlaşma sürətlənir
Xəzər dənizinin səviyyəsinin azalması sürətlənir.Modern.az xəbər verir ki, bu nəticə Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimlərinin apardığı araşdırmada əks olunub.Tədqiqatın nəticələrinə görə, 1996–2025-ci illər ərzində Xəzər dənizinin su səthinin sahəsi 7,4 faiz azalıb. Bu, təxminən 28,6 min kvadrat kilometr ərazi deməkdir ki, həmin göstərici ərazi baxımından Albaniya ilə müqayisə olunur.Alimlər bildiriblər ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən etibarən davamlı şəkildə enir.Araşdırmaya əsasən, son 30 ildə dənizin orta dərinliyi təxminən 3 metr azalıb.Mütəxəssislərin sözlərinə görə, dayazlaşma artıq ciddi problemlər yaradır. Suyun çəkilməsi nəticəsində gəmiçilik çətinləşir, limanların fəaliyyəti məhdudlaşır və sahil xətti yaşayış məntəqələrindən getdikcə uzaqlaşır.Tədqiqatın aparıcı müəllifi Andrey Kostyanoy bildirib ki,...
16 İyul 2026, 17:50
Ağdaşın kəndlərində yeni su şəbəkələri qurulacaq
Ağdaş rayonunun Binələr, Davudlu, Cardam və Kotanarx kəndlərində yeni su təchizatı sistemlərinin yaradılması üzrə layihə-smeta sənədləri hazırlanıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.Bu gün isə rayonun Pirəyir kəndində yeni içməli su təchizatı sistemi istifadəyə verilib. Kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsi və Nehrəxəlil kəndini içməli su ilə təmin edən 280 mm diametrli magistral su kəmərindən birləşmə verilərək yeni paylayıcı su şəbəkəsi inşa edilib.Layihə çərçivəsində kənddə ümumilikdə 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib, 194 fərdi yaşayış evi şəbəkəyə qoşulub. Bundan əlavə, sudan səmərəli istifadə və dəqiq uçotun aparılması üçün bütün...
16 İyul 2026, 17:13
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq münasibətlərindən və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan bəhs edən parlamentin spikeri qeyd edib ki, ölkələrimizi ortaq dini-mənəvi və ailə dəyərləri, habelə xalqlarımız arasında mövcud olan dostluq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrin dərinləşməsində yüksək səviyyəli səfərlərin, eləcə də keçirilən görüşlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, Fələstin Baş nazirinin ölkəmizə cari səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.Spiker Sahibə...
16 İyul 2026, 17:12
Bakıda açıq ərazidə yanğın başlayıb
Bakıda açıq ərazidə yanğın başlayıb.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-averilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.Əlavə məlumat veriləcək.
16 İyul 2026, 16:47
Çinin Lyaonin əyalətində rezin qayıqdakı partlayış səbəbindən 7 nəfər ölüb
Çinin Lyaonin əyalətində Mopanşan adası yaxınlığındakı sularda rezin qayıqda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 1 nəfər itkin düşüb."Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.Qayıqda 13 nəfər olub. Yaralanan 5 nəfər müalicə üçün xəstəxanaya çatdırılıb, onlardan 2-nin vəziyyəti ağırdır.İlkin araşdırma göstərib ki, qayıqdakı insanlar su çəkilən zaman molyusk toplamağa gedən yerli sakinlər olublar. Geri qayıdarkən operator ehtimal edilən yanacaq sızmasından sonra mühərriki yenidən işə salmağa cəhd edən zaman partlayış baş verib.Hazırda partlayışın dəqiq səbəbi araşdırılır....
16 İyul 2026, 15:45
Bakı–Balakən qatarları müvəqqəti dayandırılır
Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.Məlumata görə, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı–Balakən istiqamətində hərəkət edən qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək. Balakən–Bakı istiqamətində reyslər isə Qax stansiyasından yola düşəcək.ADY bildirib ki, dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avqustun 1-dən Bakı–Balakən–Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.Qeyd olunub ki, bu marşrut üzrə avqustun 1–13-ü tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam həcmdə geri qaytarılacaq.ADY əlavə edib ki,...
16 İyul 2026, 15:20