Bizə yazın

Baku

-°C

USD

-

Vakant vəzifənin işini görən əməkdaşın haqqı necə ödənilməlidir?  

Hüquq 06 İyul 2026, 08:12

459

Bir çox əməkdaş öz vəzifəsi ilə yanaşı başqa işçilərin də funksiyalarını yerinə yetirməyə məcbur olur. Lakin əksər hallarda bu əlavə yükə görə heç bir ödəniş edilmir. Hüquqşünaslar isə bildirirlər ki, əmək qanunvericiliyi işçiyə əlavə vəzifələrin həvalə olunması zamanı onun hüquqlarını aydın şəkildə qoruyur.

Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, işçiyə öz əmək funksiyaları ilə yanaşı başqa bir vəzifənin və ya digər əməkdaşın işlərinin görülməsi tapşırılırsa, bu, mütləq qaydada rəsmiləşdirilməlidir. Yəni işəgötürən tərəfindən müvafiq əmr və ya sərəncam verilməli, əlavə işin həcmi, müddəti və ödəniş şərtləri dəqiq göstərilməlidir.Qanunvericiliyə əsasən, boş vakant vəzifə üzrə işlərin yerinə yetirilməsi işçiyə yalnız onun razılığı əsasında həvalə oluna bilər. İşçinin xəbəri və razılığı olmadan ona əlavə əmək funksiyalarının yüklənməsi əmək hüquqlarının pozulması hesab edilə bilər.

Hüquqşünasların izahına görə, əgər işçi həm öz vəzifəsini, həm də vakant yer üzrə işləri paralel şəkildə icra edirsə, ona həmin vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının ən azı yarısı həcmində əlavə ödəniş edilməlidir. Bu, işçinin əlavə əməyinin maddi qarşılığının təmin olunması məqsədi daşıyır.Bəzən isə əməkdaşlar məzuniyyətə çıxan, xəstələnən və ya digər səbəblərdən iş yerində olmayan həmkarlarının vəzifələrini müvəqqəti olaraq icra etməli olurlar. Belə hallarda da qanun işçinin hüquqlarını müdafiə edir.Əgər əvəz edilən işçinin əmək haqqı daha yüksəkdirsə, onun maaşı ilə həmin işləri yerinə yetirən əməkdaşın maaşı arasındakı fərq əlavə ödəniş kimi işçiyə verilməlidir. Bu, əmək münasibətlərində ədalət prinsipinin qorunmasına xidmət edir.

Digər tərəfdən, əgər əvəz edilən işçinin əmək haqqı eyni məbləğdə və ya daha aşağıdırsa, əlavə ödənişin həcmi işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilməlidir. Həmin razılaşma yazılı şəkildə rəsmiləşdirilməli və ödəniş vaxtında həyata keçirilməlidir.Mütəxəssislər vurğulayırlar ki, əlavə iş görmək əməkdaşın peşəkarlığını göstərsə də, bu, onun hüquqlarından imtina etməsi anlamına gəlmir. Hər bir əlavə əmək funksiyası qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməli və maddi qarşılığı ödənilməlidir.Əgər işçiyə əlavə vəzifələr həvalə olunub, lakin buna görə heç bir ödəniş edilmirsə və ya onun razılığı alınmadan əlavə iş yüklənirsə, o, əmək hüquqlarının müdafiəsi üçün müvafiq dövlət orqanlarına və ya hüquqşünaslara müraciət edə bilər.Hüquqşünasların fikrincə, iş yerində əmək münasibətlərinin şəffaf və qanun çərçivəsində qurulması həm işəgötürənin, həm də işçinin maraqlarına xidmət edir və gələcək mübahisələrin qarşısını alır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tənqid harada bitir, təhqir harada başlayır? Vəkil AÇIQLADI   

Müasir dövrdə sosial şəbəkələrin və rəqəmsal medianın geniş yayılması ilə birlikdə insanların fikir bildirmək imkanları artsa da, tənqid və təhqir arasındakı sərhədin müəyyənləşdirilməsi hüquqi və mənəvi baxımdan daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Hüquqşünaslar bildirirlər ki, ifadə azadlığı heç də başqasının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir.Mütəxəssislərin fikrincə, tənqid və təhqiri bir-birindən ayırmaq üçün ilk növbədə “şərəf” və “ləyaqət” anlayışlarına diqqət yetirmək lazımdır. Şərəf insanın cəmiyyətdə qazandığı nüfuzu, digər şəxslərin ona verdiyi dəyəri ifadə edir. Ləyaqət isə insanın öz şəxsiyyətinə, mənəvi dəyərlərinə və mənlik hissinə verdiyi qiymətdir. Bu anlayışlar yalnız etik baxımdan deyil, həm də hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində...

06 İyul 2026, 09:28

Axşam içki içib səhər maşın sürmək qanunidirmi?

Bir çox sürücülər hesab edirlər ki, spirtli içki axşam saatlarında qəbul edilibsə, səhər avtomobil idarə etmək hüquqi baxımdan problem yaratmır. Lakin qanunvericilik və tibbi göstəricilər bunun əksini sübut edir. Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, alkoqolun orqanizmdən tam xaric olması müəyyən vaxt tələb edir və bu müddət ərzində sürücünün məsuliyyətə cəlb edilməsi tamamilə qanunidir.Hüquqşünasların sözlərinə görə, sürücünün nə vaxt spirtli içki qəbul etməsi deyil, yoxlama anında orqanizmində alkoqolun mövcud olub-olmaması əsas götürülür.Nazirlər Kabinetinin 209 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, xüsusi texniki vasitələrlə aparılan yoxlama zamanı qanda və ya nəfəsdə alkoqolun müəyyən edilmiş normadan artıq olması şəxsin sərxoş vəziyyətdə...

03 İyul 2026, 10:20

Cinayət işlərində könüllü etirafın rolu nədir?

Cinayət hüququnda cəzanın fərdiləşdirilməsi prinsipi əsas meyarlardan biri hesab olunur. Məhkəmələr hökm çıxararkən yalnız törədilmiş əməli deyil, həm də təqsirləndirilən şəxsin davranışını, istintaqla əməkdaşlığını və ədalət mühakiməsinin həyata keçirilməsinə verdiyi töhfəni nəzərə alırlar. Bu baxımdan, təqsirin könüllü etiraf edilməsi qanunvericilikdə cəzanı yüngülləşdirən mühüm hallardan biri kimi müəyyənləşdirilib.Citypost.az xəbər verir ki,mütəxəssislərin fikrincə, şəxsin heç bir məcburiyyət olmadan hüquq-mühafizə orqanlarına müraciət etməsi, törətdiyi əməl barədə doğru məlumat verməsi və cinayətin açılmasına yardım göstərməsi hüquqi baxımdan müsbət qiymətləndirilir. Belə davranış istintaqın daha operativ və obyektiv aparılmasına şərait yaratmaqla yanaşı, təqsirkarın islah olunmaq niyyətini də ortaya qoyur.Hüquqşünaslar bildirirlər ki, könüllü etiraf dedikdə, şəxsin öz...

03 İyul 2026, 09:19

Əqddə təmsilçilik nədir və hansı hallarda tətbiq olunur?

Mülki hüquq münasibətlərində geniş tətbiq olunan institutlardan biri də əqddə təmsilçilikdir. Gündəlik həyatda insanlar müxtəlif səbəblərdən öz hüquq və vəzifələrini şəxsən həyata keçirə bilmədikdə, onların adından başqa şəxslər çıxış edir. Bu zaman hüquqi münasibətlərdə təmsilçilik mexanizmi işə düşür.Citypost.az xəbər verir ki, hüquq mütəxəssislərinin bildirdiyinə görə, təmsilçilik dedikdə bir şəxsin – yəni təmsilçinin – başqa şəxsin, yəni təmsil edilənin maraqlarına uyğun şəkildə və onun adından əqdlər bağlaması, hüquqi əhəmiyyət daşıyan hərəkətlər etməsi başa düşülür. Təmsilçinin həyata keçirdiyi hərəkətlərin hüquqi nəticələri birbaşa təmsil edilən şəxs üçün yaranır.Müasir hüquqi münasibətlər sistemində təmsilçilik institutunun böyük praktik əhəmiyyəti vardır. İnsanlar müxtəlif səbəblərdən – xəstəlik, səhhət...

03 İyul 2026, 08:18

Ailədə maliyyə şəffaflığı niyə vacibdir? Hüquqşünaslar DANIŞDI 

“Ər maaşını gizlədir. Soruşanda da deyir ki, maaş mənimdir, özüm bilərəm”. Bu cümlə son illərdə ailələr arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bəs həqiqətən ailədə maaşı həyat yoldaşından gizlətmək normaldırmı? Qazanılan gəlir şəxsi vəsait sayılır, yoxsa ailənin ümumi büdcəsinin bir hissəsidir?Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, məsələ yalnız hüquqi deyil, eyni zamanda etibar, qarşılıqlı hörmət və ailədaxili münasibətlər baxımından qiymətləndirilməlidir.Hüquqi baxımdan hər bir insanın qazandığı əməkhaqqı onun şəxsi gəliridir. Lakin ailə qurulduqdan sonra bu gəlirin ailənin ehtiyaclarının qarşılanmasına yönəldilməsi həm mənəvi, həm də sosial məsuliyyət kimi qəbul edilir.Psixoloqlar bildirirlər ki, həyat yoldaşından maaşı gizlətmək uzun müddətdə etimad böhranına səbəb...

02 İyul 2026, 10:20

Pulunuzu necə qorumalısınız? Ekspertlər açıqladı

İllərlə zəhmətlə topladığınız və gələcək üçün ehtiyat saxladığınız pul gözlənilmədən dəyərinin böyük hissəsini itirə bilər. Söhbət ev şəraitində, xüsusilə də uzun müddət istifadə olunmadan saxlanılan nağd vəsaitdən gedir. Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, düzgün şəraitdə qorunmayan pullar zamanla kiflənə, zədələnə və hətta istifadəyə yararsız hala düşə bilər.Belə hallar real həyatda da baş verir. İnsanlar illərlə topladıqları vəsaiti evdə saxlayır, lakin ehtiyac yarandıqda pulların nəm, kif və digər amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşdüyünü görürlər. Bu zaman həmin vəsaitin dəyişdirilməsi üçün müvafiq qurumlara müraciət olunsa da, bəzi hallarda pul nominal dəyərindən aşağı qiymətlə qəbul edilir və vətəndaş maddi itki ilə...

02 İyul 2026, 09:12