Bizə yazın

Baku

-°C

USD

-

Əqddə təmsilçilik nədir və hansı hallarda tətbiq olunur?

Hüquq 03 İyul 2026, 08:18

390

Mülki hüquq münasibətlərində geniş tətbiq olunan institutlardan biri də əqddə təmsilçilikdir. Gündəlik həyatda insanlar müxtəlif səbəblərdən öz hüquq və vəzifələrini şəxsən həyata keçirə bilmədikdə, onların adından başqa şəxslər çıxış edir. Bu zaman hüquqi münasibətlərdə təmsilçilik mexanizmi işə düşür.

Citypost.az xəbər verir ki, hüquq mütəxəssislərinin bildirdiyinə görə, təmsilçilik dedikdə bir şəxsin – yəni təmsilçinin – başqa şəxsin, yəni təmsil edilənin maraqlarına uyğun şəkildə və onun adından əqdlər bağlaması, hüquqi əhəmiyyət daşıyan hərəkətlər etməsi başa düşülür. Təmsilçinin həyata keçirdiyi hərəkətlərin hüquqi nəticələri birbaşa təmsil edilən şəxs üçün yaranır.

Müasir hüquqi münasibətlər sistemində təmsilçilik institutunun böyük praktik əhəmiyyəti vardır. İnsanlar müxtəlif səbəblərdən – xəstəlik, səhhət problemləri, uzunmüddətli ezamiyyət, xaricdə yaşamaq, fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və digər hallarda – öz hüquqlarını şəxsən həyata keçirə bilmədikdə təmsilçinin xidmətlərindən istifadə edirlər. Bu isə həm vətəndaş dövriyyəsinin fasiləsizliyini təmin edir, həm də şəxslərin hüquqlarının qorunmasına xidmət edir.Mülki qanunvericiliyə əsasən, təmsilçilik əsasən üç əsas üzrə yaranır. Bunlara etibarnamə, dövlət və ya bələdiyyə orqanlarının müvafiq aktları, eləcə də qanunun birbaşa göstərişi daxildir.

Etibarnamə təmsilçiliyin ən geniş yayılmış forması hesab olunur. Etibarnamə bir şəxsin digər şəxsə onun adından üçüncü şəxslərlə hüquqi münasibətlər qurmaq, müəyyən əqdlər bağlamaq və hüquqi hərəkətlər etmək üçün verdiyi yazılı vəkalətdir. Bu sənəd vasitəsilə təmsilçi konkret səlahiyyətlər əldə edir və həmin səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Qanunvericilikdə bir sıra hallarda təmsilçilik birbaşa qanunun özündən irəli gəlir.Məsələn, 14 yaşına çatmamış uşaqların qanuni təmsilçiləri onların valideynləri, övladlığa götürən şəxslər və ya qəyyumları hesab olunur. Həmin şəxslər yetkinlik yaşına çatmayanların adından müxtəlif hüquqi hərəkətlər edə, onların hüquq və mənafelərini müdafiə edə bilirlər.

Bundan əlavə, dövlət və ya bələdiyyə orqanlarının qəbul etdiyi aktlar əsasında da təmsilçilik münasibətləri yarana bilər. Müxtəlif normativ sənədlərdə müəyyən şəxslərə və ya qurumlara başqalarının adından çıxış etmək səlahiyyəti verilir ki, bu da hüquqi dövriyyənin daha səmərəli təşkilinə imkan yaradır.Əqdin təmsilçilik yolu ilə bağlanması zamanı üç tərəf iştirak edir: təmsil edilən şəxs, təmsilçi və əqdin bağlandığı üçüncü şəxs. Təmsil edilən tərəf həm fiziki, həm də hüquqi şəxs ola bilər.

Onun fəaliyyət qabiliyyətinin həcmi bu məsələdə həlledici rol oynamır. Təmsilçi isə, bir qayda olaraq, tam fəaliyyət qabiliyyətli fiziki şəxs və ya hüquqi şəxs olmalıdır.

Üçüncü şəxs qismində də həm fiziki, həm də hüquqi şəxslər iştirak edə bilərlər. Lakin qanunvericilik burada mühüm bir məhdudiyyət müəyyən edir: təmsilçi təmsil edilənin adından özü ilə hüquqi əqd bağlaya bilməz.Məsələn, əgər bir şəxs ona məxsus əmlakı icarəyə vermək üçün başqa bir şəxsə etibarnamə veribsə, həmin təmsilçi bu əmlakı özü üçün icarəyə götürə bilməz. Çünki bu halda o, həm təmsilçi, həm də əqdin digər tərəfi rolunda çıxış etmiş olur ki, bu da maraqlar toqquşmasına səbəb yaradır.Eyni qayda digər hallara da şamil edilir. Belə ki, təmsilçi, kommersiya təmsilçiliyi və investisiya şirkətlərinin fəaliyyəti ilə bağlı xüsusi hallar istisna olmaqla, eyni zamanda təmsil etdiyi iki şəxs arasında da əqd bağlaya bilməz.

Məsələn, bir şəxs müəyyən əşyanın satılması üçün təmsilçi təyin olunubsa, həmin əşyanı təmsil etdiyi başqa bir şəxsin adına sata bilməz. Çünki belə vəziyyətdə o, həm satıcının, həm də alıcının maraqlarını eyni vaxtda təmsil etmiş olur və bu da qanunla məhdudlaşdırılır.

Etibarnamənin forması da mühüm hüquqi əhəmiyyət daşıyır. Əgər bağlanacaq əqd qanunvericiliyə əsasən notarial qaydada təsdiqlənməlidirsə, həmin əqd üçün verilən etibarnamə də mütləq notarial qaydada rəsmiləşdirilməlidir. Sadə yazılı formada bağlanması mümkün olan əqdlər üçün isə adi yazılı etibarnamə kifayət edir.Etibarnamənin qüvvədə olma müddəti də qanunla müəyyən edilir. Ümumi qayda ondan ibarətdir ki, etibarnamə istənilən müddət üçün verilə bilər. Lakin nəqliyyat vasitələrinə dair sərəncamvermə hüququnu nəzərdə tutan etibarnamələrin müddəti bir ildən artıq ola bilməz.Əgər etibarnamədə onun qüvvədə olma müddəti göstərilməyibsə, belə etibarnamə bağlandığı tarixdən etibarən bir il ərzində hüquqi qüvvəsini saxlayır. Lakin etibarnamənin tərtib olunma tarixi ümumiyyətlə göstərilməyibsə, həmin sənəd hüquqi baxımdan etibarsız hesab edilir və heç bir hüquqi nəticə doğurmur.

Hüquqşünasların fikrincə, təmsilçilik institutu mülki dövriyyənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində mühüm rol oynayır. Bu mexanizm insanların müxtəlif həyat şəraitində hüquqlarını qorumağa, əmlak münasibətlərini idarə etməyə və hüquqi əməliyyatları maneəsiz şəkildə həyata keçirməyə imkan verir.

Bu baxımdan, etibarnamə və təmsilçiliklə bağlı hüquqi normaların düzgün bilinməsi və tətbiq olunması hər bir vətəndaş üçün xüsusi əhəmiyyət kəsb edir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cinayət işlərində könüllü etirafın rolu nədir?

Cinayət hüququnda cəzanın fərdiləşdirilməsi prinsipi əsas meyarlardan biri hesab olunur. Məhkəmələr hökm çıxararkən yalnız törədilmiş əməli deyil, həm də təqsirləndirilən şəxsin davranışını, istintaqla əməkdaşlığını və ədalət mühakiməsinin həyata keçirilməsinə verdiyi töhfəni nəzərə alırlar. Bu baxımdan, təqsirin könüllü etiraf edilməsi qanunvericilikdə cəzanı yüngülləşdirən mühüm hallardan biri kimi müəyyənləşdirilib.Citypost.az xəbər verir ki,mütəxəssislərin fikrincə, şəxsin heç bir məcburiyyət olmadan hüquq-mühafizə orqanlarına müraciət etməsi, törətdiyi əməl barədə doğru məlumat verməsi və cinayətin açılmasına yardım göstərməsi hüquqi baxımdan müsbət qiymətləndirilir. Belə davranış istintaqın daha operativ və obyektiv aparılmasına şərait yaratmaqla yanaşı, təqsirkarın islah olunmaq niyyətini də ortaya qoyur.Hüquqşünaslar bildirirlər ki, könüllü etiraf dedikdə, şəxsin öz...

03 İyul 2026, 09:19

Ailədə maliyyə şəffaflığı niyə vacibdir? Hüquqşünaslar DANIŞDI 

“Ər maaşını gizlədir. Soruşanda da deyir ki, maaş mənimdir, özüm bilərəm”. Bu cümlə son illərdə ailələr arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bəs həqiqətən ailədə maaşı həyat yoldaşından gizlətmək normaldırmı? Qazanılan gəlir şəxsi vəsait sayılır, yoxsa ailənin ümumi büdcəsinin bir hissəsidir?Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, məsələ yalnız hüquqi deyil, eyni zamanda etibar, qarşılıqlı hörmət və ailədaxili münasibətlər baxımından qiymətləndirilməlidir.Hüquqi baxımdan hər bir insanın qazandığı əməkhaqqı onun şəxsi gəliridir. Lakin ailə qurulduqdan sonra bu gəlirin ailənin ehtiyaclarının qarşılanmasına yönəldilməsi həm mənəvi, həm də sosial məsuliyyət kimi qəbul edilir.Psixoloqlar bildirirlər ki, həyat yoldaşından maaşı gizlətmək uzun müddətdə etimad böhranına səbəb...

02 İyul 2026, 10:20

Pulunuzu necə qorumalısınız? Ekspertlər açıqladı

İllərlə zəhmətlə topladığınız və gələcək üçün ehtiyat saxladığınız pul gözlənilmədən dəyərinin böyük hissəsini itirə bilər. Söhbət ev şəraitində, xüsusilə də uzun müddət istifadə olunmadan saxlanılan nağd vəsaitdən gedir. Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, düzgün şəraitdə qorunmayan pullar zamanla kiflənə, zədələnə və hətta istifadəyə yararsız hala düşə bilər.Belə hallar real həyatda da baş verir. İnsanlar illərlə topladıqları vəsaiti evdə saxlayır, lakin ehtiyac yarandıqda pulların nəm, kif və digər amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşdüyünü görürlər. Bu zaman həmin vəsaitin dəyişdirilməsi üçün müvafiq qurumlara müraciət olunsa da, bəzi hallarda pul nominal dəyərindən aşağı qiymətlə qəbul edilir və vətəndaş maddi itki ilə...

02 İyul 2026, 09:12

Gecə avtomobili yalnız bir fara ilə idarə etmək olarmı? – Hüquqşünas açıqladı

Yol hərəkəti iştirakçılarını maraqlandıran məsələlərdən biri də gecə saatlarında avtomobilin yalnız bir işlək fara ilə idarə edilməsinin qanuni olub-olmamasıdır. Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, nəqliyyat vasitələrinin texniki sazlığı həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır və bu sahədə qanunvericiliyin müəyyən etdiyi konkret tələblər mövcuddur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Xüsusilə xarici işıq cihazlarında nasazlıq olduğu və həmin nasazlığın yerində aradan qaldırılmasının mümkün olmadığı hallarda avtomobilin istismarına yol verilmir.Mütəxəssislərin sözlərinə görə, gecə vaxtı avtomobili yalnız bir işlək fara ilə idarə etmək həm qanunvericiliyin tələblərinə ziddir,...

02 İyul 2026, 08:22

Vəkil açıqladı: Bələdiyyə vergisini ödəmək qanuni öhdəlikdir

Azərbaycanda vətəndaşlar arasında tez-tez müzakirə olunan məsələlərdən biri də bələdiyyə vergilərinin qanuniliyi və onların ödənilməsinin məcburi olub-olmamasıdır. Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bələdiyyə vergiləri tamamilə qanuni əsaslara söykənir və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.Mütəxəssislər bildirirlər ki, yerli özünüidarəetmə orqanları olan bələdiyyələr müəyyən edilmiş qaydada yerli vergiləri toplamaq səlahiyyətinə malikdirlər. Bu vergilər dövlət büdcəsinə deyil, birbaşa yerli bələdiyyələrin fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilir və qanunvericiliklə müəyyən edilmiş öhdəliklər sırasına daxildir.Bələdiyyələr tərəfindən toplanılan əsas yerli vergilər sırasında fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlaka görə ödənilən əmlak vergisi və fiziki şəxslərin istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrinə görə ödənilən torpaq vergisi xüsusi...

01 İyul 2026, 10:28

Qəzada zərər 5 min manatdan çoxdursa, qalan məbləği kim ödəyir?

Yol-nəqliyyat hadisələrindən sonra sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də dəymiş zərərin tam şəkildə necə qarşılanmasıdır. Xüsusilə avtomobilə vurulan zərər icbari sığortanın ödədiyi məbləğdən artıq olduqda, bir çox vətəndaş hüquqlarını necə müdafiə edəcəyini bilmir.Citypost.az xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, yol-nəqliyyat hadisəsi zamanı icbari avtomobil sığortası müəyyən olunmuş hədd daxilində zərərin ödənilməsini təmin edir. Hazırkı qaydalara görə, sığorta şirkəti dəymiş maddi zərərin 5 min manata qədər olan hissəsini qarşılayır.Lakin bəzi hallarda avtomobilə vurulan zərər bu məbləği əhəmiyyətli dərəcədə üstələyə bilər. Məsələn, avtomobilin təmir xərcləri 7 min, 10 min və ya daha çox olduqda, vətəndaşlarda haqlı olaraq belə bir sual yaranır:...

01 İyul 2026, 09:58