Azərbaycan gimnastları Dünya Kubokunda və beynəlxalq turnirdə medallar qazanıblar
İdman 06 İyul 2026, 09:00
454
Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışları keçirilib.
Citypost.az xəbər verir ki, Azərbaycanı təmsil edən Maqsud Mahsudov batut gimnastikası üzrə fərdi proqramın finalında 61.440 xal toplayaraq yarışı yeddinci pillədə başa vurub.
Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc medala layiq görülüblər.
Tamblinq üzrə yarışda Mixail Malkin 32.300 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Tofiq Əliyev 29.300 xalla üçüncü yeri tutaraq bürünc medala sahib çıxıb. Gümüş medalı isə Portuqaliya təmsilçisi Vasko Peso əldə edib.
Bununla yanaşı, Koimbrada təşkil olunan “Coimbra GymFest” beynəlxalq turnirində də Azərbaycan gimnastları uğurlu çıxış ediblər.
Həmçinin oxuyun
Batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov qızıl, Hüseyn Abbasov isə gümüş medal qazanıb.
Tamblinq üzrə komanda yarışlarında Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərdi proqramda Bilal Qurbanov qızıl, Aleksey Karataşov isə bürünc medal əldə edib. Sənan Rzazadə də qızıl medala sahib çıxıb. Əsnad Niftiyeva və Xədicə Məmmədzadə isə turniri gümüş medalla başa vurublar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Səbail" Abbas Ağazadə ilə müqavilə imzalayıb
"Səbail" növbəti transferini reallaşdırıb.Bu barədə Citypost.az-a klubdan bildirilib.Son olaraq Premyer Liqada "İmişli"də çıxış etmiş Abbas Ağazadə ilə 1+1 illik müqavilə imzalanıb.Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.
04 İyul 2026, 16:37
"Kəpəz" Azər Məmmədovla 1 illik müqavilə imzaladığını açıqlayıb
"Kəpəz" yeni baş məşqçisi Azər Məmmədovla müqavilənin detallarını açıqlayıb.Bu barədə Cityposta.az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.Xatırladaq ki, A.Məmmədov 2023-cü ildə də "sarı-göylər"in baş məşqçisi vəzifəsində çalışıb.
04 İyul 2026, 15:16
Səlahət Ağayev: "Qəbələ" artıq mənim üçün doğma klubdur"
"Qəbələ" artıq Səlahət Ağayev üçün doğma kluba çevrilib.35 yaşlı qapıçı bunu "Report"a açıqlamasında deyib.Ötən gün bölgə təmsilçisi ilə yeni 1 illik müqavilə imzalayan Azərbaycan millisinin üzvü komandanın növbəti mövsümdə daha yaxşı çıxış edəcəyinə inanır:"İlk dəfə 2022/2023 mövsümündə "Qəbələ"də çıxış etdim. Ondan sonra son iki ildə də bu klubun şərəfini qoruyuram. Müqavilə müddətim başa çatsa da, daha 1 il komandada qalmaq qərarı verdim. "Qəbələ" artıq mənim üçün doğma klubdur. Komanda ilə yola davam etmək çox xoş olacaq. Son mövsümdə bir az çətinlik çəkdik. Turnir cədvəlində layiq olduğumuz yeri tuta bilmədik. Amma ən vacibi odur ki, Premyer Liqada yerimizi qoruduq. Növbəti mövsüm...
03 İyul 2026, 19:48
"Roma" Alexandro Qarnaçonu icarəyə götürmək istəyir
İtaliyanın "Roma" klubu İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Alexandro Qarnaçonu heyətinə qatmaq niyyətindədir."Report" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi 21 yaşlı vingeri icarəyə götürmək istəyir."Roma" argentinalı oyunçunun müqaviləsinin şərtlərini öyrənmək üçün London təmsilçisinin nümayəndələri ilə əlaqə saxlayıb. Hazırda tərəflər arasında danışıqlar davam edir.Xatırladaq ki, Alexandro Qarnaço ötən ay "Mançester Yunayed"dən "Çelsi"yə keçib. O, başa çatan mövsümdə 43 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb....
03 İyul 2026, 18:00
"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynovun köməkçiləri açıqlanıb
"Araz-Naxçıvan" klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib.Citypost.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.Ona məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər.Məşqçilərlə 1 illik müqavilə imzalanıb.
03 İyul 2026, 15:39
"Kəpəz"in İdarə Heyətinə yeni sədr seçilib
"Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.İclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib.Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.
03 İyul 2026, 14:05