Cəlilabadda Cənubi Qafqaz üçün analoqu olmayan daş kürə aşkar edildi
Cəmiyyət 06 İyul 2026, 09:20
525
Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib.
Citypsot.az xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.
Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqaz Neolit dövrünün indiyədək məlum olan ən maraqlı cilalanmış daş məmulatlarından biridir. Mövcud elmi nəşrlərə əsasən, bu tapıntının morfoloji baxımdan regionda birbaşa analoqu hələlik qeydə alınmayıb. Bu səbəbdən daş kürə həm hazırlanma texnologiyası, həm də funksional təyinatı baxımından xüsusi elmi əhəmiyyət daşıyır və Levant–Anadolu–Cənubi Qafqaz əlaqələrinin öyrənilməsi üçün yeni məlumat mənbəyi hesab olunur.
Alimin sözlərinə görə, tapıntının ən diqqətçəkən xüsusiyyəti onun üzərində heç bir deşik və ya zərbə izinin olmamasıdır. Daş kürənin hansı məqsədlə istifadə edildiyini hələlik dəqiq müəyyənləşdirmək mümkün deyil. Ehtimal edilir ki, o, ritual xarakteri daşıyıb və ya çəki ölçüsü kimi istifadə olunub. Bunun dəqiqləşdirilməsi üçün əlavə tədqiqatlar aparılacaq və müvafiq mütəxəssislər cəlb ediləcək.
Tapıntının çəkisi 1 kiloqram 870 qram, diametri isə təxminən 10 santimetrdir.
Həmçinin oxuyun
Vəfa Mahmudova bildirib ki, Paşatəpə abidəsində qazıntı sahəsi də genişləndirilib və tədqiqatlar 45–50 santimetr dərinlikdə davam etdirilib. Yeni qazıntı sahəsində qiymətli arxeoloji materiallar aşkarlanıb. İlkin araşdırmalar zamanı orta əsrlərə aid olduğu ehtimal edilən drenaj sistemi – su xəttlərində istifadə olunan küp borular qeydə alınıb. Onların dəqiq dövrü sonrakı elmi tədqiqatlarla müəyyən ediləcək.
Bununla yanaşı, Əliköməktəpə abidəsində də baxış keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları ilə birlikdə abidənin əvvəlki koordinatları müəyyənləşdirilib. Arxiv materialları əsasında aparılan araşdırmalar nəticəsində abidənin əsl mühafizə zonası dəqiqləşdirilib və hazırda zəbt olunmuş ərazinin sərhədləri üzə çıxarılıb.
Hazırda arxeoloji qazıntı və tədqiqat işləri davam etdirilir.(report)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
06 İyul 2026, 10:10
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
İyulun 5-də bəzi bölgələrdə gözlənilən fasilələrlə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək
04 İyul 2026, 16:30
Ağdamda ata və azyaşlı övladı su anbarında boğulub
Ağdamda bədbəxt hadisə baş verib.APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb. Uşaqlardan birini xilas etmək mümkün olsa da, ata və digər azyaşlı övladının həyatını xilas etmək mümkün olmayıb.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.Faktla bağlı araşdırma aparılır....
04 İyul 2026, 15:48
Ötən gün Azərbaycanda 24 cinayətin üstü açılıb
Azərbaycanda iyulun 3-də qeydə alınan 24 cinayətin üstü açılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, sözügedən cinayətlərin ikisi əvvəlki dövrlərdən bağlı qalanlar olub.
04 İyul 2026, 15:30
Masazırda yük maşını YANDI
Abşeron rayonu, Masazır qəsəbəsində avtomobildə yanğın baş verib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, "Ford" markalı yük avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
04 İyul 2026, 15:00
Zaur Kamal qəzaya uğradı
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirib. Citypost.az xəbər verir ki, bu haqda aparıcı özü instaqram hesabında məlumat verib.O, avtomobilinin fotosunu paylaşaraq, “ Bu da belə getdi”, - sözlərini yazıb.Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. “Gəncəyə çataçatda oldu. Salamatçılıqdır”, - deyə əlavə edib.
04 İyul 2026, 14:30