Bizə yazın

Baku

-°C

USD

-

Tənqid harada bitir, təhqir harada başlayır? Vəkil AÇIQLADI   

Hüquq 06 İyul 2026, 09:28

408

Müasir dövrdə sosial şəbəkələrin və rəqəmsal medianın geniş yayılması ilə birlikdə insanların fikir bildirmək imkanları artsa da, tənqid və təhqir arasındakı sərhədin müəyyənləşdirilməsi hüquqi və mənəvi baxımdan daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Hüquqşünaslar bildirirlər ki, ifadə azadlığı heç də başqasının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir.

Mütəxəssislərin fikrincə, tənqid və təhqiri bir-birindən ayırmaq üçün ilk növbədə “şərəf” və “ləyaqət” anlayışlarına diqqət yetirmək lazımdır. Şərəf insanın cəmiyyətdə qazandığı nüfuzu, digər şəxslərin ona verdiyi dəyəri ifadə edir. Ləyaqət isə insanın öz şəxsiyyətinə, mənəvi dəyərlərinə və mənlik hissinə verdiyi qiymətdir. Bu anlayışlar yalnız etik baxımdan deyil, həm də hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində mühüm yer tutur. Hüquqşünaslar vurğulayırlar ki, hər hansı bir fikir və ya ifadə səsləndirilərkən ilk sual belə olmalıdır: bu söz qarşı tərəfin şərəf və ləyaqətini alçaldırmı? Əgər istifadə edilən ifadələr şəxsi aşağılamaq, nüfuzdan salmaq və ya cəmiyyətdə mənfi rəy formalaşdırmaq məqsədi daşıyırsa, artıq bu, tənqidin sərhədlərini aşaraq təhqir xarakteri ala bilər.

Tənqid isə mahiyyət etibarilə davranışa, fəaliyyətə, qərarlara və ya ictimai mövqeyə yönəlmiş fikir və mülahizələrdən ibarət olur. Tənqid zamanı əsas məqsəd şəxsi alçaltmaq deyil, müəyyən nöqsanları göstərmək, müzakirə aparmaq və ya ictimai əhəmiyyət daşıyan məsələlərə münasibət bildirməkdir. Buna görə də tənqid obyektiv faktlara söykənməli və etik çərçivədə ifadə olunmalıdır.

Mütəxəssislər böhtan anlayışına da xüsusi diqqət yetirirlər. Onların sözlərinə görə, hər hansı bir məlumatın böhtan olub-olmadığını müəyyənləşdirmək üçün ilk növbədə həmin fikrin faktlarla təsdiqlənib-təsdiqlənmədiyinə baxmaq lazımdır.Əgər səsləndirilən iddialar konkret sübutlara, məhkəmə qərarlarına və ya rəsmi sənədlərə əsaslanırsa, bu zaman həmin məlumatı böhtan hesab etmək mümkün deyil.Lakin qulaqdan dolma məlumatlara, təsdiqlənməmiş iddialara və ya şəxsi ehtimallara əsaslanaraq kiminsə cinayət törətdiyini, qanunsuz əməllərlə məşğul olduğunu və ya mənfi xüsusiyyətlərə malik olduğunu iddia etmək hüquqi məsuliyyət yarada bilər. Belə hallarda həmin ifadələr böhtan xarakteri daşıya və şəxsin şərəf və ləyaqətinə zərər vurmuş ola bilər.

Hüquqşünaslar bildirirlər ki, xüsusilə sosial media platformalarında insanlar daha diqqətli davranmalıdırlar. Çünki yazılan hər bir fikir, paylaşım və ya şərh hüquqi qiymətləndirmə predmetinə çevrilə bilər. Emosional vəziyyətdə yazılan və sonradan silinən paylaşımlar belə məsuliyyətdən azad etmir.Məhkəmə təcrübəsi də göstərir ki, ifadə azadlığı ilə şəxsin şərəf və ləyaqətinin qorunması arasında balansın saxlanılması hüquqi dövlətin əsas prinsiplərindən biridir.Hər kəs öz fikrini sərbəst ifadə etmək hüququna malik olsa da, bu hüquq digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

Mütəxəssislər hesab edirlər ki, sağlam ictimai müzakirə mühiti formalaşdırmaq üçün insanlar şəxsləri deyil, onların fəaliyyətini və mövqelərini tənqid etməli, emosional və təhqiramiz ifadələrdən uzaq durmalıdırlar.Faktlara söykənən, etik qaydalara uyğun və qarşı tərəfin ləyaqətini alçaltmayan tənqid isə demokratik cəmiyyətin inkişafı üçün vacib elementlərdən biri hesab olunur.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İş yoxdur deyə maaş verməmək qanunidirmi? – İşçilərin hüquqları nələrdir?  

Bəzi işəgötürənlər iqtisadi çətinlikləri, sifarişlərin azalmasını və ya fəaliyyətin müvəqqəti dayanmasını əsas gətirərək əməkdaşlara əməkhaqqı ödəməkdən imtina edirlər. Lakin əmək qanunvericiliyi göstərir ki, işin olmaması hər zaman işçinin maaşdan məhrum edilməsi anlamına gəlmir və bu məsələdə işçilərin konkret hüquqları mövcuddur.Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, müəssisədə istehsalatın dayanması, sifarişlərin olmaması, texniki problemlər və ya digər səbəblərdən yaranan fasilələr əmək qanunvericiliyində “boş dayanma” halları kimi qiymətləndirilir. Belə vəziyyətlərdə əməkhaqqının ödənilməsi məsələsi boş dayanmanın hansı səbəbdən baş verməsindən asılı olaraq müəyyən edilir.Əgər işin dayanması və ya istehsalatın olmaması birbaşa işçinin təqsiri nəticəsində yaranıbsa, həmin müddət üçün əməkhaqqının ödənilməməsi qanunvericiliyə uyğun hesab olunur....

06 İyul 2026, 10:54

Vakant vəzifənin işini görən əməkdaşın haqqı necə ödənilməlidir?  

Bir çox əməkdaş öz vəzifəsi ilə yanaşı başqa işçilərin də funksiyalarını yerinə yetirməyə məcbur olur. Lakin əksər hallarda bu əlavə yükə görə heç bir ödəniş edilmir. Hüquqşünaslar isə bildirirlər ki, əmək qanunvericiliyi işçiyə əlavə vəzifələrin həvalə olunması zamanı onun hüquqlarını aydın şəkildə qoruyur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, işçiyə öz əmək funksiyaları ilə yanaşı başqa bir vəzifənin və ya digər əməkdaşın işlərinin görülməsi tapşırılırsa, bu, mütləq qaydada rəsmiləşdirilməlidir. Yəni işəgötürən tərəfindən müvafiq əmr və ya sərəncam verilməli, əlavə işin həcmi, müddəti və ödəniş şərtləri dəqiq göstərilməlidir.Qanunvericiliyə əsasən, boş vakant vəzifə üzrə işlərin yerinə yetirilməsi işçiyə yalnız onun razılığı əsasında...

06 İyul 2026, 08:12

Axşam içki içib səhər maşın sürmək qanunidirmi?

Bir çox sürücülər hesab edirlər ki, spirtli içki axşam saatlarında qəbul edilibsə, səhər avtomobil idarə etmək hüquqi baxımdan problem yaratmır. Lakin qanunvericilik və tibbi göstəricilər bunun əksini sübut edir. Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, alkoqolun orqanizmdən tam xaric olması müəyyən vaxt tələb edir və bu müddət ərzində sürücünün məsuliyyətə cəlb edilməsi tamamilə qanunidir.Hüquqşünasların sözlərinə görə, sürücünün nə vaxt spirtli içki qəbul etməsi deyil, yoxlama anında orqanizmində alkoqolun mövcud olub-olmaması əsas götürülür.Nazirlər Kabinetinin 209 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, xüsusi texniki vasitələrlə aparılan yoxlama zamanı qanda və ya nəfəsdə alkoqolun müəyyən edilmiş normadan artıq olması şəxsin sərxoş vəziyyətdə...

03 İyul 2026, 10:20

Cinayət işlərində könüllü etirafın rolu nədir?

Cinayət hüququnda cəzanın fərdiləşdirilməsi prinsipi əsas meyarlardan biri hesab olunur. Məhkəmələr hökm çıxararkən yalnız törədilmiş əməli deyil, həm də təqsirləndirilən şəxsin davranışını, istintaqla əməkdaşlığını və ədalət mühakiməsinin həyata keçirilməsinə verdiyi töhfəni nəzərə alırlar. Bu baxımdan, təqsirin könüllü etiraf edilməsi qanunvericilikdə cəzanı yüngülləşdirən mühüm hallardan biri kimi müəyyənləşdirilib.Citypost.az xəbər verir ki,mütəxəssislərin fikrincə, şəxsin heç bir məcburiyyət olmadan hüquq-mühafizə orqanlarına müraciət etməsi, törətdiyi əməl barədə doğru məlumat verməsi və cinayətin açılmasına yardım göstərməsi hüquqi baxımdan müsbət qiymətləndirilir. Belə davranış istintaqın daha operativ və obyektiv aparılmasına şərait yaratmaqla yanaşı, təqsirkarın islah olunmaq niyyətini də ortaya qoyur.Hüquqşünaslar bildirirlər ki, könüllü etiraf dedikdə, şəxsin öz...

03 İyul 2026, 09:19

Əqddə təmsilçilik nədir və hansı hallarda tətbiq olunur?

Mülki hüquq münasibətlərində geniş tətbiq olunan institutlardan biri də əqddə təmsilçilikdir. Gündəlik həyatda insanlar müxtəlif səbəblərdən öz hüquq və vəzifələrini şəxsən həyata keçirə bilmədikdə, onların adından başqa şəxslər çıxış edir. Bu zaman hüquqi münasibətlərdə təmsilçilik mexanizmi işə düşür.Citypost.az xəbər verir ki, hüquq mütəxəssislərinin bildirdiyinə görə, təmsilçilik dedikdə bir şəxsin – yəni təmsilçinin – başqa şəxsin, yəni təmsil edilənin maraqlarına uyğun şəkildə və onun adından əqdlər bağlaması, hüquqi əhəmiyyət daşıyan hərəkətlər etməsi başa düşülür. Təmsilçinin həyata keçirdiyi hərəkətlərin hüquqi nəticələri birbaşa təmsil edilən şəxs üçün yaranır.Müasir hüquqi münasibətlər sistemində təmsilçilik institutunun böyük praktik əhəmiyyəti vardır. İnsanlar müxtəlif səbəblərdən – xəstəlik, səhhət...

03 İyul 2026, 08:18

Ailədə maliyyə şəffaflığı niyə vacibdir? Hüquqşünaslar DANIŞDI 

“Ər maaşını gizlədir. Soruşanda da deyir ki, maaş mənimdir, özüm bilərəm”. Bu cümlə son illərdə ailələr arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bəs həqiqətən ailədə maaşı həyat yoldaşından gizlətmək normaldırmı? Qazanılan gəlir şəxsi vəsait sayılır, yoxsa ailənin ümumi büdcəsinin bir hissəsidir?Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, məsələ yalnız hüquqi deyil, eyni zamanda etibar, qarşılıqlı hörmət və ailədaxili münasibətlər baxımından qiymətləndirilməlidir.Hüquqi baxımdan hər bir insanın qazandığı əməkhaqqı onun şəxsi gəliridir. Lakin ailə qurulduqdan sonra bu gəlirin ailənin ehtiyaclarının qarşılanmasına yönəldilməsi həm mənəvi, həm də sosial məsuliyyət kimi qəbul edilir.Psixoloqlar bildirirlər ki, həyat yoldaşından maaşı gizlətmək uzun müddətdə etimad böhranına səbəb...

02 İyul 2026, 10:20