Böyrək kistalarının diaqnostikasında KT niyə daha üstün hesab olunur?
Tibb 06 İyul 2026, 08:42
382
Böyrək kistaları əksər hallarda təsadüfən aşkarlansa da, bəzi hallarda onların mürəkkəb formaları ciddi tibbi müdaxilə tələb edə bilər.
Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, kistanın ölçüsü, quruluşu və yerləşdiyi nahiyə gələcək müalicə taktikasının müəyyənləşdirilməsində əsas rol oynayır.
Həkimlərin sözlərinə görə, yaxın günlərdə qeyri-adi klinik hadisələrdən biri məhz bu problemlə bağlı qeydə alınıb. Bel nahiyəsində ağrılardan şikayət edən gənc pasiyent əvvəlcə nevroloqa müraciət edib. Onurğa sütununun MRT müayinəsi zamanı isə təsadüfən sol böyrəkdə böyük ölçülü kista aşkarlanıb.
Mütəxəssislər vurğulayırlar ki, maqnit-rezonans tomoqrafiyası bəzi hallarda böyrək patologiyalarını aşkar etsə də, böyrək kistalarının xarakterinin müəyyənləşdirilməsi üçün ən etibarlı üsullardan biri kontrast maddə ilə aparılan kompüter tomoqrafiyası hesab olunur.Əlavə müayinələr nəticəsində məlum olub ki, sözügedən törəmə təxminən 6,5 santimetr ölçüsündədir və sadə kista xüsusiyyətləri daşımır. Kistanın daxilində tibbi dildə “septa” adlandırılan ara divarların mövcudluğu onun mürəkkəb kista qrupuna aid olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, belə hallar xüsusi diqqət tələb edir. Çünki sadə kistalardan fərqli olaraq, mürəkkəb kistalarda zaman keçdikcə struktur dəyişiklikləri arta və bəzi hallarda bədxassəli proseslərin yaranma riski yüksələ bilər.Həkimlər bildirirlər ki, kistanın böyük ölçüdə olması artıq cərrahi müdaxilə üçün əsas göstərişlərdən biridir.Əlavə olaraq, daxildə septaların olması da əməliyyat qərarının qəbul edilməsində mühüm amil hesab olunur. “Əgər kistanın daxilində ara kəsmələr və əlavə divarlar yaranıbsa, onu yalnız müşahidə altında saxlamaq həmişə doğru yanaşma olmaya bilər.Bu dəyişikliklər gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər və erkən mərhələdə müdaxilə böyrəyin qorunması baxımından böyük əhəmiyyət daşıyır”, – deyə mütəxəssislər bildirirlər.
Həmçinin oxuyun
Onların sözlərinə görə, kistanın yerləşdiyi anatomik nahiyə də mühüm rol oynayır. Bəzi hallarda törəmə böyrəyin elə hissəsində yerləşir ki, proses irəlilədiyi təqdirdə orqanın tam şəkildə çıxarılması qaçılmaz ola bilər. Buna görə də vaxtında aparılan laparoskopik əməliyyatlar həm kistanın aradan qaldırılmasına, həm də böyrəyin funksiyasının saxlanılmasına imkan verir.
Mütəxəssislər qeyd edirlər ki, laparoskopik üsulla aparılan müdaxilələr daha az travmatik hesab olunur, pasiyentin bərpa müddəti qısalır və böyrək toxumasının maksimum qorunmasına şərait yaradır. Eyni zamanda, həkimlər hər böyrək kistasının əməliyyat tələb etmədiyini də vurğulayırlar. Əgər böyrəkdə 3-5 santimetr ölçüsündə, daxilində heç bir ara divar və ya əlavə dəyişiklik olmayan sadə kista mövcuddursa, əksər hallarda yalnız mütəmadi müşahidə və dövri müayinələr kifayət edir.Belə hallarda pasiyentlərə müəyyən aralıqlarla ultrasəs və ya digər diaqnostik müayinələrdən keçmək tövsiyə olunur ki, kistanın ölçüsündə və quruluşunda hər hansı dəyişiklik baş verib-vermədiyi vaxtında müəyyənləşdirilə bilsin.
Həkimlər vətəndaşlara bel, yan və qarın nahiyəsində səbəbi bilinməyən ağrılar, sidik ifrazında dəyişikliklər və ya təsadüfən aşkarlanan böyrək törəmələri zamanı mütləq ixtisaslaşmış mütəxəssisə müraciət etməyi tövsiyə edirlər. Erkən diaqnostika və düzgün müalicə yanaşması gələcəkdə daha ağır fəsadların qarşısını almaqda həlledici rol oynayır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Revmatoloji xəstəliklər ürəyə necə təsir edir? – Mütəxəssislər xəbərdarlıq edir
Revmatoloji xəstəliklər yalnız oynaqlar, əzələlər və birləşdirici toxumalarla məhdudlaşmır. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliklər bəzi hallarda ürək-damar sisteminə də ciddi təsir göstərə və müxtəlif ağırlaşmalara səbəb ola bilər. Buna görə də revmatoloji diaqnozu olan pasiyentlərin mütəmadi olaraq ürək müayinələrindən keçməsi böyük əhəmiyyət daşıyır.Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, revmatoloji xəstəliklər zamanı ürəkdə yaranan dəyişikliklər bəzən uzun müddət heç bir əlamət verməyə bilər. Lakin proses irəlilədikcə müxtəlif klinik əlamətlər ortaya çıxır və pasiyentin həyat keyfiyyətinə ciddi təsir göstərir.Mütəxəssislərin sözlərinə görə, revmatoloji xəstəliklər zamanı yüksək arterial təzyiq, ürək qapaqlarının zədələnməsi, ürək ətrafında maye toplanması və iri damarların iltihabı kimi problemlər müşahidə...
06 İyul 2026, 09:45
Həddindən artıq tərləmə hansı xəstəliklərin xəbərçisi ola bilər? – Mütəxəssisdən açıqlama
Həddindən artıq tərləmə bir çox hallarda adi fizioloji proses kimi qəbul edilsə də, mütəxəssislər bunun bəzi xəstəliklərin ilkin əlaməti ola biləcəyini bildirirlər.Mütəxəssislərin sözlərinə görə, tərləmə orqanizmin ən vacib müdafiə mexanizmlərindən biridir. Bu proses bədən temperaturunun normada saxlanılmasına kömək edir, maddələr mübadiləsi zamanı yaranan bəzi artıq məhsulların xaric olunmasını təmin edir və insan sağlamlığının qorunmasında mühüm rol oynayır.Lakin həddindən artıq tərləmə hər zaman normal hal kimi qiymətləndirilməməlidir.Mütəxəssislər qeyd edirlər ki, cəmiyyətdə çox tərləmənin orqanizmin zəifliyi ilə əlaqəli olması barədə yanlış fikirlər mövcuddur. Halbuki insan tərlədikdə bədən mühüm minerallar itirir və orqanizm bu prosesi ciddi şəkildə tənzimləyir. Buna görə də həddindən artıq...
03 İyul 2026, 10:52
Bu əlamətlər varsa, mütləq qastroenteroloqa müraciət edin – Mütəxəssis xəbərdarlığı
Mədə-bağırsaq sistemi ilə bağlı problemlər insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Lakin bir çox hallarda insanlar bu əlamətləri adi hal kimi qəbul edir, həkimə müraciəti gecikdirir və nəticədə xəstəliklər daha ağır mərhələyə keçir.Citypost.az xəbər verir ki, qastroenteroloq Dr. Aynur Qurbanovanın sözlərinə görə, pasiyentlərin ən çox ünvanladıqları suallardan biri məhz “Mədə-bağırsaq həkiminə hansı hallarda müraciət etmək lazımdır?” sualıdır.Mütəxəssis bildirir ki, davamlı köp və qarında şişkinlik hissi yaşayan insanlar bu şikayətləri diqqətdən kənarda qoymamalıdırlar. Çünki köp bəzən sadə qidalanma pozğunluğundan qaynaqlansa da, bəzi hallarda mədə, bağırsaq, qaraciyər və ya öd sistemi xəstəliklərinin ilkin əlaməti ola...
03 İyul 2026, 08:58
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, türkiyəli qonaqları salamlayan general-mayor G.Əbdülov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı inam, etimad və dostluq münasibətlərinə əsaslandığını qeyd edib. O, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onun müsbət nəticələrindən danışıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.General-leytenant B.Aktaş səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, uzun müddətdən sonra ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, 26 İyun - Silahlı...
02 İyul 2026, 15:36
Həkim xəbərdarlıq edir: Qarında köp sadə narahatlıq deyil, ciddi xəstəliklərin əlaməti ola bilər
Qarında köp və şişkinlik insanların ən çox rastlaşdığı həzm sistemi problemlərindən biridir. Bir çox insan bu vəziyyəti adi hal hesab etsə də, mütəxəssislər xəbərdarlıq edirlər ki, davamlı və təkrarlanan köp bəzən ciddi xəstəliklərin ilk əlaməti ola bilər və diqqətdən kənarda qalmamalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, köp adətən qarında gərginlik hissi, həddindən artıq qaz yığılması, tez-tez qəyirmə, qarın nahiyəsində ağrı və narahatlıqla müşayiət olunur. Bəzi xəstələrdə gün ərzində çoxlu qaz ifrazı, qarının həddindən artıq şişməsi və hətta gündəlik fəaliyyətə mane olan ağırlıq hissi də müşahidə edilir.Həkimlər bildirirlər ki, qarında köpün yaranmasının səbəbləri olduqca müxtəlifdir. Ən sadə səbəblərdən biri gündəlik...
02 İyul 2026, 10:33
Diqqət və yaddaş problemləri nəyin əlamətidir?
Son zamanlar nevroloqlara müraciət edən insanların əksəriyyəti eyni şikayətləri səsləndirirlər: “Başımda sanki duman var”, “fikrimi cəmləyə bilmirəm”, “tez-tez unutqan oluram”, “özümü həmişə yorğun hiss edirəm”, “başım keyiyir”. Mütəxəssislər bildirirlər ki, bu hallar çox vaxt “beyin dumanı” və ya beynəlxalq tibbi terminologiyada istifadə edilən adı ilə brain fog adlandırılan vəziyyətlə əlaqədardır.Citypost.az xəbər verir ki, beyin dumanı ayrıca bir xəstəlik olmasa da, bir çox nevroloji, metabolik və psixoloji problemlərin özünü göstərdiyi əlamətlər toplusu hesab olunur. İnsan sanki düşüncələrinin ləngidiyini, diqqətini toplamaqda çətinlik çəkdiyini və əvvəlki zehni fəaliyyətini tam şəkildə yerinə yetirə bilmədiyini hiss edir. Bu vəziyyət gündəlik həyat keyfiyyətini aşağı salmaqla yanaşı,...
02 İyul 2026, 09:45