Bizə yazın

Baku

-°C

USD

-

Boşananlar Böyük Qayıdışda ayrıca ev ala bilər? Vəkil AÇIQLADI 

Hüquq 13 İyul 2026, 09:43

1609

Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilən əmlakın necə bölünməsi ilə bağlıdır. Xüsusilə valideynlərin övladlarına aldıqları mənzilin hüquqi statusu ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bir çox hallarda vətəndaşları maraqlandıran əsas məsələ budur: nikah dövründə alınan, lakin sonradan valideynin adına rəsmiləşdirilən mənzil boşanma zamanı kürəkənin və ya gəlinin pay iddiasına səbəb ola bilərmi?
Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, ilk növbədə əmlakın hansı əsasla əldə olunması və kimin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əgər mənzil son nəticədə valideynin adına qeydiyyata alınıb və çıxarış da onun adınadırsa, həmin şəxs əmlakın qanuni sahibi hesab olunur.
Mütəxəssislər qeyd edirlər ki, bağışlanmış əmlak ümumi qayda olaraq ər-arvadın birgə mülkiyyəti hesab edilmir və boşanma zamanı bölünmür. Yəni valideyn öz adına olan mənzili övladına və ya başqa şəxsə bağışlamayıbsa, həmin əmlak ailə üzvləri arasında bölünən əmlak hesab edilə bilməz.Bununla yanaşı, hüquqşünaslar xatırladırlar ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı hüquqi mövqeyi də mövcuddur. Həmin mövqeyə əsasən, əgər əmlak konkret olaraq ailəyə, yəni ər-arvada birlikdə hədiyyə olunubsa, müəyyən hallarda həmin əmlak birgə mülkiyyət kimi qiymətləndirilə və məhkəmə tərəfindən ayrıca araşdırıla bilər.Lakin mənzil valideynin adına rəsmiləşdirilibsə və hüquqi sənədlərdə mülkiyyətçi kimi yalnız valideyn göstərilibsə, bu halda kürəkənin və ya gəlinin həmin əmlak üzərində pay hüququ yaranmır.
Mütəxəssislər bildirirlər ki, belə hallarda boşanma zamanı həmin mənzil ümumiyyətlə ər-arvad arasında bölünəcək əmlak siyahısına daxil edilmir. Çünki əmlakın rəsmi sahibi üçüncü şəxs – valideyndir və onun mülkiyyət hüququ qanunla qorunur.
Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, gələcəkdə mübahisələrin qarşısını almaq üçün əmlakın alınması, bağışlanması və rəsmiləşdirilməsi zamanı bütün hüquqi prosedurlara düzgün əməl etsinlər və zərurət yarandıqda hüquqi məsləhət alsınlar. Bu, həm ailədaxili, həm də məhkəmə mübahisələrinin qarşısını almaqda mühüm rol oynayır.
Yusif 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Boşanma zamanı birgə nikah dövründə alınan əmlakın bölgüsü qaydaları

Boşanma zamanı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü ailə hüququnun ən çox mübahisə doğuran məsələlərindəndir. Qanunvericiliyə əsasən, nikah müddətində ər-arvadın qazandığı hər bir daşınan, daşınmaz əmlak onların birgə mülkiyyəti hesab olunur. Tərəflərdən birinin işləməməsi, ev təsərrüfatı ilə məşğul olması, uşaqlara baxması onun birgə mülkiyyət üzərindəki hüquqlarını məhdudlaşdırmır, payının bərabər tənzimlənməsinə maneə yaratmır.Citypost.az xəbər verir ki, bölgü prosesində tərəflərin mülkiyyətə çatacaq payları, bir qayda olaraq, bərabər — yarıbayarı müəyyən edilir. Ər-arvad arasında əmlak bölgüsü barədə qarşılıqlı razılıq olduqda, bu razılaşma notarial qaydada təsdiqlənən müqavilə ilə rəsmiləşdirilir. Razılıq əldə olunmadıqda isə məsələ məhkəmə müstəvisində həllini tapır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların...

14 Avqust 2026, 21:53

​Məhkəmə prosesində şahid hüquqları və ifadə verməkdən imtina halları

Məhkəmə proseslərində ədalətin bərqərar olunması, iş üzrə həqiqətin müəyyən edilməsi üçün şahid ifadələri böyük əhəmiyyət kəsb edir. Qanunvericilik tərəfindən məhkəməyə çağırılan şahidlərin prosessual statusu, müdafiəsi üçün konkret hüquqlar, təminatlar müəyyən edilmişdir. Şahid müvafiq icraat çərçivəsində öz ana dilində və ya bildiyi dildə ifadə vermək, pulsuz tərcüməçi xidmətindən istifadə etmək, verdiyi ifadənin protokola düzgün yazılması ilə tanış olmaq hüququna malikdir. Həmçinin dindirilmə zamanı peşəkar vəkilin hüquqi köməyindən yararlanmaq, barəsində qanunsuz üsulların tətbiqinə qarşı şikayət etmək şahidə tanınan əsas təminatlardandır.Citypost.az xəbər verir ki, qanunvericilik bəzi hallarda şəxslərin şahid kimi dindirilməsini qadağan edir, yaxud onlara ifadə verməkdən imtina etmək hüququ verir. Şəxsin özünün,...

14 Avqust 2026, 21:33

İşdən çıxarılarkən işçinin hüquqları və təzminat alma qaydası

İşdən çıxarılma prosesi əmək münasibətlərində işçilərin hüquqlarının, sosial-iqtisadi maraqlarının xüsusi həssaslıqla qorunmalı olduğu mərhələdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən özbaşına, qanunsuz şəkildə işçini vəzifəsindən kənarlaşdıra bilməz. Əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə dürüst əməl olunmalı, işçiyə çatacaq bütün ödənişlər, təzminatlar vaxtında, eksiksiz ödənilməlidir.Citypost.az xəbər verir ki, işçinin əsas hüquqlarından biri işdən çıxarılma səbəbindən asılı olaraq öncədən rəsmi xəbərdarlıq almaqdır. Müəssisənin ləğvi, işçilərin sayı və ya ştatların ixtisarı zamanı işəgötürən işçini azı iki ay öncədən yazılı şəkildə bilgiləndirməlidir. İxtisar zamanı işçinin əmək stajı nəzərə alınmaqla xəbərdarlıq müddəti dəyişə bilər. İşçi xəbərdarlıq müddəti ərzində həftədə bir iş gününü özünə yeni iş...

13 Avqust 2026, 19:50

Mənzil alarkən sənədləşmədə nəyə diqqət etməli?

Mənzil alışı insan həyatındakı ən vacib, məsuliyyətli maliyyə addımlarından biridir. Daşınmaz əmlak bazarında təkliflərin bolluğu fonunda hüquqi baxımdan problemsiz ev seçmək, gələcəkdə mülkiyyət itkisi, məhkəmə çəkişmələri ilə qarşılaşmamaq üçün sənədləşmə prosesinə xüsusi diqqət yetirilməlidir. Təcrübə göstərir ki, yalnız mənzilin xarici görünüşünə, təmirinə aldanıb sənədləri kifayət qədər araşdırmamaq ciddi fəsadlara yol aça bilir.Citypost.az xəbər verir ki, sənədləşmə prosesində birinci növbədə satıcının mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər tərəfsiz şəkildə yoxlanılmalıdır. Mənzilin çıxarışı (kupçası), Reyestr Xidmətindən alınan texniki pasportu, satıcının şəxsiyyətini təsdiq edən sənədlər tam qaydasında olmalıdır. Əmlakın üzərində hər hansı həbs, girov, ipoteka öhdəliyinin, üçüncü şəxslərin iddialarının olub-olmadığını dəqiqləşdirmək üçün notarius...

13 Avqust 2026, 16:57

Əmək müqaviləsi olmadan işləməyin təhlükələri

Əmək müqaviləsi bağlamadan çalışmaq işçi üçün ciddi maliyyə, hüquqi, sosial risklər yaradan əsas problemlərdən biridir. Qeyri-rəsmi məşğulluq ilk baxışdan tərəflər arasında sadə razılaşma kimi görünsə də, əslində işçini qanunvericiliyin verdiyi bütün müdafiə mexanizmlərindən, sosial təminatlardan məhrum edir. Rəsmi müqavilənin olmaması işəgötürənin öhdəliklərini hüquqi müstəvidən çıxarır, istənilən an işçinin hüquqlarının pozulmasına zəmin yaradır.Citypost.az xəbər verir ki, əmək müqaviləsiz işləməyin birinci kəskin təhlükəsi əməkhaqqının ödənilməməsi, yaxud gecikdirilməsi riskidir. Şifahi razılaşma zamanı işçi maaşını ala bilmədikdə bunu məhkəmə və ya aidiyyəti dövlət qurumları qarşısında sübut etmək həddindən artıq çətinləşir. Həmçinin işçinin ödənişli məzuniyyət, xəstəlik vərəqəsi üzrə müavinət, işdənçıxarma müavinəti almaq hüququ tamamilə ləğv...

13 Avqust 2026, 12:00

İstehlakçı hüquqları nədir? – Keyfiyyətsiz malı necə qaytarmaq olar?

İstehlakçı hüquqları vətəndaşların bazarda satın aldıqları mal, iş, xidmətlərin lazımi keyfiyyətdə olmasını, təhlükəsizliyini, eləcə də bu barədə dürüst məlumat almaq imkanını təmin edən hüquqi normalar məcmusudur. Gündəlik həyatda hər bir şəxs mağazadan, onlayn platformadan alış-veriş edərkən istehlakçı kimi çıxış edir. Əldə edilən malın keyfiyyətsiz, defektli, yararsız çıxması halında qanunvericilik alıcıya öz hüquqlarını bərpa etmək, vurduğu zərərin əvəzini tələb etmək üçün geniş imkanlar yaradır.Keyfiyyətsiz mal alındıqda istehlakçının qanunla müəyyən edilmiş bir neçə tələb sürmək hüququ vardır. Alıcı yararsız çıxan malı analoji keyfiyyətli malla əvəz etdirə, malın satış qiymətini uyğun dərəcədə azaltmağı tələb edə bilər. Həmçinin malın qüsurlarının satıcı hesabına pulsuz aradan...

13 Avqust 2026, 11:22