Bizə yazın

Baku

-°C

USD

-

Zamin yalnız əsas borca görə cavabdehdir? 

Hüquq 13 İyul 2026, 08:50

278

Bank krediti və ya digər borc öhdəlikləri zamanı bir çox insanlar yaxınlarına kömək etmək məqsədilə zamin olurlar. Lakin sonradan yaranan problemlər zamanı ən çox verilən suallardan biri də budur: "Mən zamin durmuşamsa, yalnız əsas borca görə məsuliyyət daşıyıram, yoxsa başqa öhdəliklər də mənə aid olur?"

Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və zaminin məsuliyyəti yalnız əsas borcla məhdudlaşmır.

Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, zamin yalnız əsas borcun deyil, həm də borcla bağlı yaranan digər öhdəliklərin yerinə yetirilməsinə görə cavabdeh ola bilər.

Hüquqşünasların sözlərinə görə, bu məsuliyyətə əsas borcla yanaşı, hesablanmış faizlər, gecikməyə görə tətbiq olunan ödənişlər, borcun tutulması ilə bağlı məhkəmə xərcləri, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində kreditora dəyən zərər də daxil ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, buna görə də zamin olmaq sadəcə formal xarakter daşımır. Əgər əsas borclu öhdəliklərini yerinə yetirməzsə, kreditor qanunvericiliyin tələblərinə uyğun olaraq zaminə də müraciət edə və borcun ödənilməsini tələb edə bilər.

Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, hər hansı şəxsə zamin olmamışdan əvvəl zaminlik müqaviləsinin bütün şərtlərini diqqətlə oxusunlar, məsuliyyətlərinin həcmini tam öyrənsinlər və yalnız hüquqi nəticələri dərk etdikdən sonra sənədi imzalasınlar. Çünki bir çox hallarda insanlar zaminliyin yaratdığı hüquqi öhdəliklərin miqyasını sonradan anlayırlar və bu da ciddi maliyyə problemlərinə səbəb ola bilir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Boşananlar Böyük Qayıdışda ayrıca ev ala bilər? Vəkil AÇIQLADI 

Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilən əmlakın necə bölünməsi ilə bağlıdır. Xüsusilə valideynlərin övladlarına aldıqları mənzilin hüquqi statusu ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bir çox hallarda vətəndaşları maraqlandıran əsas məsələ budur: nikah dövründə alınan, lakin sonradan valideynin adına rəsmiləşdirilən mənzil boşanma zamanı kürəkənin və ya gəlinin pay iddiasına səbəb ola bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, ilk növbədə əmlakın hansı əsasla əldə olunması və kimin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əgər mənzil son nəticədə valideynin adına qeydiyyata alınıb və çıxarış da onun adınadırsa, həmin şəxs əmlakın qanuni sahibi hesab olunur.Mütəxəssislər qeyd edirlər ki,...

13 İyul 2026, 09:43

 "Qara siyahı"dan çıxmaq mümkündür? – Vəkillərdən vacib açıqlama

Bank krediti üzrə gecikməsi olmuş, lakin sonradan borcunu tam şəkildə ödəyən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri "qara siyahı" adlandırılan siyahıdan necə çıxmaqla bağlıdır. Bir çox vətəndaş hesab edir ki, kredit tam bağlandıqdan sonra adı avtomatik olaraq həmin siyahıdan silinir. Halbuki bu proses müəyyən qaydalar çərçivəsində həyata keçirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən banklar kredit öhdəlikləri ilə bağlı məlumatları mütəmadi olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürürlər. Kredit üzrə hər hansı gecikmə yarandıqda bu məlumat reyestrdə əks olunur və digər banklar da kredit müraciəti zamanı həmin məlumat bazasına çıxış əldə edə bilirlər.Bu səbəbdən bir bank qarşısında yaranmış gecikmə...

10 İyul 2026, 10:48

Nənənin borcuna görə bağışlanan evi ala bilərlər?

Vətəndaşların ən çox ünvanladıqları hüquqi suallardan biri də yaxın qohum tərəfindən bağışlanan əmlakın sonradan borclara görə əlindən alınıb-alınmayacağı ilə bağlıdır. Xüsusilə nənə, baba və ya valideyn tərəfindən bağışlanmış evlər barədə bu cür narahatlıqlar tez-tez yaranır.Citypost.az xəbər verir ki,  belə hallarda ilk növbədə əmlakın hansı hüquqi əsasla digər şəxsə keçməsi və borcun hansı mərhələdə yaranması araşdırılmalıdır.Vəkilərin sözlərinə görə, əgər nənə sağlığında evi notariat qaydasında bağışlama müqaviləsi ilə nəvəsinin adına keçiribsə və həmin vaxt əmlak üzərində məhkəmə qadağası, həbs və ya digər məhdudiyyət olmayıbsa, ümumi qayda olaraq sonradan həmin əmlaka görə nəvənin məsuliyyəti yaranmır."Bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıbsa və mülkiyyət...

10 İyul 2026, 09:40

Velosiped icarəyə götürərkən şəxsiyyət vəsiqənizi girov tələb edə bilərlərmi?

Vətəndaşlar arasında tez-tez rast gəlinən suallardan biri də budur: "Velosiped və ya digər əşyanı icarəyə götürərkən məndən şəxsiyyət vəsiqəmi girov kimi saxlamağı tələb etdilər. Bu, qanunidirmi?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, cavab qəti şəkildə xeyrdir. Azərbaycan qanunvericiliyi şəxsiyyət vəsiqəsinin girov götürülməsinə və ya hər hansı əsas olmadan saxlanılmasına yol vermir.Şəxsiyyət vəsiqəsi vətəndaşın əsas şəxsiyyətini təsdiq edən rəsmi dövlət sənədidir və həmin sənəd yalnız qanunla müəyyən edilmiş hallarda aidiyyəti dövlət orqanları tərəfindən götürülə bilər. Heç bir fiziki şəxs, mağaza, velosiped icarəsi xidməti, otel, lombard və ya digər sahibkarlıq subyekti vətəndaşın şəxsiyyət vəsiqəsini girov kimi tələb etmək hüququna malik deyil.Azərbaycan Respublikasının...

09 İyul 2026, 11:00

Valideynə baxmayan övladı qanun cərimələyə bilər ?

Bəzən belə hallarla rastlaşırıq: yaşlı və əmək qabiliyyətini itirmiş valideyn övladının köməyinə ehtiyac duyur, lakin övlad ona nə maddi dəstək göstərir, nə də qayğı ilə maraqlanır. Halbuki bu, təkcə mənəvi məsuliyyət deyil, həm də qanunla müəyyən edilmiş hüquqi öhdəlikdir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara qulluq göstərməkdən qəsdən boyun qaçırması inzibati məsuliyyət yaradır.Qanunvericiliyə görə, belə hallarda həmin şəxsə xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq olunur.Bununla yanaşı, valideynin aliment almaq hüququ da mövcuddur. Əgər əmək qabiliyyəti olmayan və maddi yardıma...

09 İyul 2026, 09:55

Gecə saatlarında yüksək səslə futbol izləmək cərimə ilə nəticələnə bilər?

Futbol azarkeşlərinin sevimli komandalarının oyununu emosional şəkildə izləməsi təbiidir. Xüsusilə mühüm qarşılaşmalar zamanı qışqırmaq, sevinmək və ya dostlarla birlikdə oyuna baxmaq adi haldır. Lakin bu həyəcan digər insanların istirahət hüququnu pozduğu halda hüquqi məsuliyyət yarana bilər.Hüquqşünasların sözlərinə görə, bir çox vətəndaş "öz evimdir, istədiyim qədər səs sala bilərəm" düşüncəsində olsa da, qanunvericilik bununla razılaşmır. Yaşayış binalarında gecə saatlarında qonşuların rahatlığını pozacaq səviyyədə səs-küy yaratmaq inzibati məsuliyyət yaradır.Belə hallarla bağlı tez-tez müraciətlər daxil olur. Məsələn, vətəndaş bildirir ki, dostları ilə birlikdə evdə futbol oyununa baxarkən sevinclə ucadan qışqırıblar. Bir müddət sonra polis əməkdaşları gəlib və bildiriblər ki, qonşular yüksək səs-küyə görə...

08 İyul 2026, 10:23