Yeməyi yenidən qızdırarkən edilən xətalar: Hansı ərzaqlar zəhərə çevrilir?
Maraqlı 06 Avqust 2026, 20:40
3254
Gündəlik həyatda bişirilən yeməklərin artan hissəsini soyuducuda saxlamaq və növbəti günlərdə yenidən qızdırıb yemək həm zaman, həm də büdcə baxımından geniş yayılmış məişət vərdişidir. Lakin kulinariya elmi və qida təhlükəsizliyi mütəxəssislərinin xəbərdarlıqlarına görə, bəzi ərzaqları yenidən qızdırmaq onların molekulyar strukturunu köklü şəkildə dəyişir. Nəticədə, tamamilə zərərsiz və faydalı olan yeməklər toksik maddələrə çevrilərək ciddi qida zəhərlənmələrinə, mədə-bağırsaq pozuntularına və uzunmüddətli dövrdə xroniki xəstəliklərə zəmin yarada bilsin.
Citypost.az xəbər verir ki, təkrar qızdırıldıqda ən böyük təhlükə yaradan ərzaqların başında göbələk gəlir. Göbələk mürəkkəb zülal strukturuna malik son dərəcə həssas bir qidadır. Bişirildikdən dərhal sonra istehlak edilmədikdə və ya təkrar qızdırıldıqda onun tərkibindəki zülallar anında parçalanır. Bu parçalanma nəticəsində əmələ gələn toksinlər həzm sistemini sıradan çıxarır, şiddətli qarın ağrıları, ürəkbulanma və köp yaradır. Mütəxəssislər göbələk yeməklərinin soyuq halda və ya bişirildiyi gün istehlak edilməsini tövsiyə edirlər.
İkinci kritik qrup isə tərkibində yüksək nitrat olan tərəvəzlərdir — xüsusilə ispanaq, çuğundur, kərəviz və kartof. Bu tərəvəzlər təkrar istiyə maruz qaldıqda tərkibindəki zərərsiz nitratlar nitritlərə, daha sonra isə güclü xərçəng yaradan birləşmələr olan nitrozaminlərə çevrilir. Nitritlər eyni zamanda qanda oksigen daşıyan hemoqlobini zədələyərək hüceyrələrin oksigenlə təminatını zəiflədir. Xüsusilə ispanaq yeməyini təkrar-təkrar qızdırmaq onun faydalı vitamin dəyərini sıfırlamaqla yanaşı, orqanizm üçün kimyəvi təhlükəyə dönüşür.
Digər diqqət yetirilməli olan ərzaqlar toyuq əti və yumurtadır. Toyuq əti qırmızı ətə nəzərən daha mürəkkəb zülal zəncirinə malikdir. Soyuducudan çıxarılan toyuq əti yüksək dərəcədə təkrar qızdırıldıqda zülal tərkibi dəyişir və mədə tərəfindən həzm olunması ağırlaşır. Bu da həzm sistemində iltihablanmaya və zəhərlənmə simptomlarına səbəb ola bilər. Bişirilmiş və ya qızardılmış yumurtanın təkrar istilik emalına maruz qalması isə onun tərkibindəki azotun oksidləşməsinə və toksik maddələrin ayrılmasına gətirib çıxarır.
Bununla yanaşı, bişirilmiş düyü də düzgün saxlanılmadıqda və təkrar qızdırıldıqda risk yaradır. Düyüdə Bacillus cereus adlanan spora əmələ gətirən bakteriyalar mövcuddur. Bişmiş düyü otaq temperaturunda uzun müddət qaldıqda bu sporlar çoxalır və istiyə dözümlü toksinlər ifraz edir. Yeməyi sonradan qızdırsanız bile, həmin toksinlər məhv olmur və zəhərlənməyə yol açır.
Təkrar qızdırma xətalarından qorunmağın ən sadə yolu yeməkləri bir dəfəyə yeyiləcək miqdarda bişirməkdir. Əgər yemək qalarsa, onu otaq temperaturunda 1-2 saatdan çox saxlamadan dərhal soyuducuya qoymaq və növbəti gün yalnız bir dəfə, yüksək temperaturda (ən azı 70°C-yə qədər) qızdıraraq istifadə etmək lazımdır. Riskli ərzaqları isə təkrar qızdırmaqdan tamamilə yayınmaq sağlamlığınızı qorumağın ən etibarlı yoludur.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sovet dövrünün ən çox problem yaşadan avtomobilləri – SİYAHI
Bir vaxtlar bu avtomobillərdən birinə sahib olmaq üçün insanlar illərlə pul yığır, növbəyə yazılır və bəzən avtomobili əldə etmək üçün uzun müddət gözləyirdilər. Sovet İttifaqında avtomobil sadəcə nəqliyyat vasitəsi deyildi. Bir çox ailə üçün bu, böyük arzu, uzun illər davam edən gözlənti və ciddi maddi xərc demək idi. Amma maraqlısı odur ki, illərlə gözlədiyi avtomobilə nəhayət sahib olan bəzi insanlar sevincdən çox problemlə qarşılaşırdılar.Təsəvvür edin: səhər işə getmək üçün həyətə düşürsünüz, maşına minirsiniz, açarı çevirirsiniz, amma mühərrik işə düşmür. Bir dəfə cəhd edirsiniz – səs yoxdur. İkinci dəfə yoxlayırsınız – yenə nəticə yoxdur. Üçüncü dəfə açarı çevirəndə isə artıq əsəblər...
21 Sentyabr 2026, 10:30
Milçəklər və böcəklər qışda hara yox olur? – Soyuq aylarda onların başına nə gəlir?
Yay aylarında demək olar ki, hər yerdə qarşımıza çıxan milçəklər, böcəklər, kəpənəklər, arılar və digər həşəratlar havalar soyuduqdan sonra sanki birdən-birə yoxa çıxırlar. Küçələrdə, parklarda, bağlarda və evlərin ətrafında əvvəlki qədər həşərat görmürük. Bu isə təbii olaraq sual yaradır: Bəs onlar qışda hara gedirlər? Əslində həşəratların böyük bir hissəsi qış gələndə yox olmur. Sadəcə soyuq şəraitə uyğunlaşaraq həyat fəaliyyətini minimuma endirir və yazın gəlişinə qədər müxtəlif yerlərdə gizlənir.Citypost.az xəbər verir ki, həşəratların qışdan necə çıxması onların növündən və yaşadıqları mühitdən asılıdır. Bəziləri torpağın altına girir, bəziləri ağacların qabıqlarının altına, yarpaq və bitki qalıqlarının arasına çəkilir, digərləri isə daşların, kötüklərin, çatların...
21 Sentyabr 2026, 09:30
İnsan beyni əslində iki ayrı sistemdən yaranıb? – Stanford alimlərindən heyrətamiz kəşf
Əsrlərdir insan beynini vahid və bütöv bir orqan kimi qəbul edirik. Lakin Stanford Universitetinin alimlərinin apardığı yeni araşdırma beynin necə formalaşdığı ilə bağlı bu təsəvvürə mühüm yenilik gətirib. Tədqiqatçılar müəyyən ediblər ki, beynin müxtəlif hissələri embrional inkişafın ən erkən mərhələlərindən etibarən bir-birindən fərqli iki hüceyrə mənşəyindən formalaşır. Başqa sözlə, beynin ön və arxa hissələrinin inkişafının kökündə bir-birindən fərqli iki paralel sinir sistemi dayanır. Alimlərin fikrincə, bu sistemlər yüz milyonlarla il ərzində ayrı-ayrı təkamül yolları keçdikdən sonra vahid beyin daxilində birləşərək birlikdə fəaliyyət göstərməyə başlayıb.Citypost.az xəbər verir ki, araşdırmaya Stanford Medicine-dən inkişaf biologiyası üzrə alim Kyle Loh rəhbərlik edib. Tədqiqatın ilk...
21 Sentyabr 2026, 08:30
Quşlar uçarkən niyə dövrə vururlar?
Göydə bir qartal, şahin və ya kərkəs gördükdə diqqət etsəniz, onun bəzən qanadlarını demək olar ki, tərpətmədən böyük dairələr cızaraq yüksəldiyini görə bilərsiniz. İlk baxışdan quşun sadəcə havada dövrə vurduğu düşünülə bilər. Əslində isə bu hərəkətin arxasında çox maraqlı aerodinamik mexanizm dayanır. Quşlar müəyyən uçuş şəraitlərində havanın hərəkətindən istifadə edərək enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azalda bilirlər.Citypost.az xəbər verir ki, xüsusilə yırtıcı quşlar və bəzi iri uçan quşlar havada yüksələn isti hava axınlarından istifadə edirlər. Günəş yer səthini qızdırdıqda torpağa yaxın hava da isinərək yuxarı qalxır. Belə yüksələn isti hava sütunlarına “termal axınlar” deyilir. Quş həmin hava axınının içinə daxil olduqda...
18 Sentyabr 2026, 10:30
Niyə elmi təcrübələrdə məhz siçanlardan istifadə olunur?
Heç düşünmüsünüzmü ki, laboratoriyalarda aparılan saysız-hesabsız tibbi və genetik araşdırmalarda niyə məhz siçanlardan bu qədər geniş istifadə olunur? İlk baxışdan insanla laboratoriya siçanı arasında böyük fərq var. Biri insan, digəri isə kiçik ölçülü gəmiricidir. Lakin elmi baxımdan məsələ xarici görünüşdən tamamilə fərqlidir. Siçanlar insan biologiyasını öyrənmək üçün ən çox istifadə olunan model orqanizmlərdən biridir və bunun əsas səbəblərindən biri onların genetik, fizioloji və bioloji xüsusiyyətlərinin insanlarla bir sıra mühüm oxşarlıqlar təşkil etməsidir. NIH də heyvan modellərinin seçilməsində insanla anatomik, fizioloji və genetik oxşarlıqların mühüm meyar olduğunu bildirir.Citypost.az-ın məlumatına görə, insan və siçan genomlarının müqayisəsi göstərir ki, hər iki növdə çox...
18 Sentyabr 2026, 09:30
Meşələrin görünməyən interneti: Ağaclar bir-biri ilə necə əlaqə saxlayır?
Meşəyə baxanda ilk gördüyümüz mənzərə sakitlik və hərəkətsizlikdir. Ağaclar illərlə eyni yerdə dayanır, bir-birindən xəbərsiz görünür və sanki hər biri öz həyatını yaşayır. Lakin torpağın səthindən bir neçə santimetr aşağıda tamamilə başqa bir dünya mövcuddur. Burada ağacların kökləri, torpaqdakı mikroorqanizmlər və xüsusilə mikorizal göbələklərin lifləri bir-biri ilə mürəkkəb əlaqələr yarada bilir. Alimlər bu əlaqələrin müəyyən hallarda bitkilər arasında maddələrin və kimyəvi siqnalların hərəkətinə imkan verdiyini araşdırırlar.Citypost.az xəbər verir ki, bu sistem bəzən populyar elmdə “Wood Wide Web”, yəni “meşənin interneti” adlandırılır. Bunun səbəbi odur ki, mikorizal göbələklərin torpaq altında yayılan nazik lifləri bir neçə bitkinin kökləri ilə əlaqəyə girə və...
18 Sentyabr 2026, 08:30