Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib
Sənət aləmi 14 Sentyabr 2026, 09:23
308
İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.
Mədəniyyət Nazirliyindən Citypost.az-a verilən məlumata görə, “Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirir.
Bu məqsədlə Azərbaycanın geniş tərkibli nümayəndə heyəti İsveçrənin Montrö şəhərinə səfər edib.
Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.
Montrönün məşhur “Auditorium Stravinski” səhnəsində keçirilən konsertdə ansamblın ifasında “Mənim Azərbaycanım” və “Vətən” süitaları, “Qavalla rəqs”, “Qazaxı”, “Toy”, “Sarı gəlin”, “Şalı”, “Nağaraçılar”, “Ağ çiçəyim”, “Yaylıqlarla rəqs”, “Qaytağı” və “Naz eləmə” rəqsləri nümayiş etdirilib.
Milli xoreoqrafiyamızın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan “Septembre Musical Montreux–Vevey” İsveçrənin ən qədim klassik musiqi festivallarından biridir və bu il 80 illik yubileyini qeyd edir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.
Həmçinin oxuyun
Festivalın əsas məkanlarından olan, 1800 tamaşaçı tutumuna malik “Auditorium Stravinski” də musiqi tarixinin maraqlı məkanlarındandır.Məşhur bəstəkar İqor Stravinski hələ 1956-cı ildə Montrö festivalı çərçivəsində burada öz əsərlərindən ibarət proqramı idarə edib. Bu gün həmin səhnədə Azərbaycan milli rəqsinin təqdim olunması mədəni irsin müxtəlif dövrlər və coğrafiyalar arasında yaratdığı dialoqun daha bir ifadəsidir.
Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. “Azerbaijan: The Rhythms of Heritage” konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.
Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də “Auditorium Stravinski”də keçiriləcək “Azerbaijan Culture” qala konserti olacaq. Təxminən 200 Azərbaycan sənətçisinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.
Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. “İrsin ritmləri” əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.
Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan mədəniyyətini festivalda Alim Qasımov, Murad Hüseynov, Yusif Eyvazov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər tanınmış incəsənət nümayəndələri təmsil edirlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bir kadrda 5 məşhur sənətçi – Onlardan yalnız biri sağdır
Azərbaycan kinosunun və teatrının görkəmli nümayəndələrinin illər əvvəl çəkilmiş fotosu sosial şəbəkələrdə maraq doğurub.Citypost.az Fotoda Xalq artisti Hacı Murad Yagizarov, İnquşetiyanın Xalq artisti, aktrisa Tamara Yandıyeva, Xalq artisti, kino rejissoru Eldar Quliyev, Xalq artisti Ənvər Həsənov və Əməkdar artist Hamlet Xanızadə yer alıb.Fotoya baxarkən sənət adamlarının hər birinin Azərbaycan kino və teatr tarixində özünəməxsus iz qoyduğu diqqət çəkir. Lakin zaman keçdikcə həmin simaların əksəriyyəti həyatdan köçüb.Xalq artisti Hacı Murad Yagizarov 2025-ci il sentyabrın 3-də Almaniyada vəfat edib. Azərbaycan kinosunun tanınmış rejissorlarından olan Eldar Quliyev isə 2021-ci il aprelin 16-da müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində dünyasını dəyişib.Xalq artisti Ənvər Həsənov...
14 Sentyabr 2026, 09:09
Şabanın əfsanəvi filmi qayıdır: yeni versiyada
Türkiyə kinosunun məşhur komediya filmlərindən biri olan “Şabanoğlu Şaban”ın davamı ekranlara gətiriləcək.Citypost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Yeni ekran əsəri “Şabanoğlu Şabanoğlu Şaban” adlanacaq və baş qəhrəman Şaban obrazını bu dəfə mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunal canlandıracaq.1977-ci ildə ilk dəfə tamaşaçılara təqdim olunan filmin davamı ilə Şaban obrazının kinoda ikinci nəsil macəralarına start veriləcək.Filmin rejissoru Can Ulkay olacaq. Çəkilişlərin sentyabrın sonunda başlanması planlaşdırılır.Hazırda ekran əsərində rol alacaq digər aktyorların müəyyənləşdirilməsi üçün danışıqlar aparılır....
11 Sentyabr 2026, 18:17
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib.Citypost.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır.Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyəti orta stabildir. Bir az təzyiqində problem var" sözlərini deyib. (Axşam.az)
09 Sentyabr 2026, 17:08
Xalq artisti Aleksandr Şarovskinin vəfatından yazdı: Böyük bir itkidir!
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Xalq artisti Səfa Mirzəhəsənov görkəmli rejissor, Azərbaycanın Xalq rəssamı Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımında Aleksandr Şarovskinin vəfatından kədərləndiyini bildirərək onunla bağlı xoş xatirələrini bölüşüb.“9 sentyabrda Azərbaycanın Xalq rəssamı Aleksandr Yakovleviç Şarovski vəfat etdi! Bu, böyük bir itkidir! Əziz dostumuzun, möhtəşəm sənətkarımızın və gözəl rejissorumuzun xoş xatirələri daim qəlbimizdə yaşayacaq. Kədər... Kədər...” – deyə Səfa Mirzəhəsənov qeyd edib.Qeyd edək ki, uzun illər Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Aleksandr Şarovski uzun sürən xəstəlikdən sonra sentyabrın 9-da...
09 Sentyabr 2026, 10:39
Xalq artisti vəziyyəti ağır olaraq qalır
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır.Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib.Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:"Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir".
07 Sentyabr 2026, 14:52
Adil İskəndərov – Azərbaycan kinosunun sərt, mərhəmətli atası
Sərt, tələbkar, mərhəmətli və xeyirxah Adil İskəndərov. Onu niyə Azərbaycan kinosunun atası adlandırırlar? 1965-ci ildə kinostudiyanın tərkibində kinoaktyor studiyası açır. 850 namizəddən cəmi 50 nəfəri seçilir. Kursu isə 4 il ərzində cəmi 8 nəfər bitirir. Adil İskəndərov işi elə qurur ki, kinosudiyanın bütün məşhur insanları – rejissorlar, rəssamlar, operatorlar yeni studiyada təhsil alanlara dərs deyirlər. Artıq həmin kinostudiyanın heç bir yetirməsi həyatda deyil, sonuncu yetirməsi Ənvər Həsənov bu il dünyasını dəyişdi. Adil İskəndərov Azərbaycan filmlərinə başqa ölkələrin aktyorlarının çəkilməsinin əleyhinə çıxırdı. Bir dəfə rejissor Eldar Quliyevə “Qadam, özümüzdə aktyor yoxdur? Teatra getmirsiniz? Gedin, öz aktyorlarımızı seçin”, - demişdi.Azərbaycanın onlarla aktyor, Xalq...
05 Sentyabr 2026, 15:55