Bizə yazın

Baku

-°C

USD

-

Bir kadrda 5 məşhur sənətçi – Onlardan yalnız biri sağdır

Sənət aləmi 14 Sentyabr 2026, 09:09

218

Azərbaycan kinosunun və teatrının görkəmli nümayəndələrinin illər əvvəl çəkilmiş fotosu sosial şəbəkələrdə maraq doğurub.

Citypost.az Fotoda Xalq artisti Hacı Murad Yagizarov, İnquşetiyanın Xalq artisti, aktrisa Tamara Yandıyeva, Xalq artisti, kino rejissoru Eldar Quliyev, Xalq artisti Ənvər Həsənov və Əməkdar artist Hamlet Xanızadə yer alıb.

Fotoya baxarkən sənət adamlarının hər birinin Azərbaycan kino və teatr tarixində özünəməxsus iz qoyduğu diqqət çəkir. Lakin zaman keçdikcə həmin simaların əksəriyyəti həyatdan köçüb.

Xalq artisti Hacı Murad Yagizarov 2025-ci il sentyabrın 3-də Almaniyada vəfat edib. Azərbaycan kinosunun tanınmış rejissorlarından olan Eldar Quliyev isə 2021-ci il aprelin 16-da müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində dünyasını dəyişib.

Xalq artisti Ənvər Həsənov da 2025-ci il martın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib.

Əməkdar artist Hamlet Xanızadənin taleyi isə daha əvvəl, 1990-cı ildə faciəvi şəkildə sona çatıb. 20 Yanvar hadisələri sənətkarı dərindən sarsıdıb və həmin hadisələrdən sonra səhhəti kəskin pisləşib. O, 1990-cı il fevralın 3-də, şəhidlərin 40 mərasiminə belə çatmadan dünyasını dəyişib.

Fotoda yer alan sənətçilərdən hazırda yaradıcılıq fəaliyyətini davam etdirən isə İnquşetiyanın Xalq artisti, tanınmış aktrisa Tamara Yandıyevadır.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib 

İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.Mədəniyyət Nazirliyindən Citypost.az-a verilən məlumata görə, “Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirir.Bu məqsədlə Azərbaycanın geniş tərkibli nümayəndə heyəti İsveçrənin Montrö şəhərinə səfər edib.Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.Montrönün məşhur “Auditorium Stravinski” səhnəsində keçirilən konsertdə ansamblın ifasında “Mənim Azərbaycanım” və “Vətən” süitaları, “Qavalla rəqs”, “Qazaxı”, “Toy”, “Sarı gəlin”, “Şalı”, “Nağaraçılar”, “Ağ çiçəyim”, “Yaylıqlarla rəqs”, “Qaytağı” və...

14 Sentyabr 2026, 09:23

Şabanın əfsanəvi filmi qayıdır: yeni versiyada

Türkiyə kinosunun məşhur komediya filmlərindən biri olan “Şabanoğlu Şaban”ın davamı ekranlara gətiriləcək.Citypost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Yeni ekran əsəri “Şabanoğlu Şabanoğlu Şaban” adlanacaq və baş qəhrəman Şaban obrazını bu dəfə mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunal canlandıracaq.1977-ci ildə ilk dəfə tamaşaçılara təqdim olunan filmin davamı ilə Şaban obrazının kinoda ikinci nəsil macəralarına start veriləcək.Filmin rejissoru Can Ulkay olacaq. Çəkilişlərin sentyabrın sonunda başlanması planlaşdırılır.Hazırda ekran əsərində rol alacaq digər aktyorların müəyyənləşdirilməsi üçün danışıqlar aparılır....

11 Sentyabr 2026, 18:17

Firuzə İbadova xəstəxanaya yerləşdirildi

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib.Citypost.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır.Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyəti orta stabildir. Bir az təzyiqində problem var" sözlərini deyib. (Axşam.az)

09 Sentyabr 2026, 17:08

Xalq artisti Aleksandr Şarovskinin vəfatından yazdı: Böyük bir itkidir!

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Xalq artisti Səfa Mirzəhəsənov görkəmli rejissor, Azərbaycanın Xalq rəssamı Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımında Aleksandr Şarovskinin vəfatından kədərləndiyini bildirərək onunla bağlı xoş xatirələrini bölüşüb.“9 sentyabrda Azərbaycanın Xalq rəssamı Aleksandr Yakovleviç Şarovski vəfat etdi! Bu, böyük bir itkidir! Əziz dostumuzun, möhtəşəm sənətkarımızın və gözəl rejissorumuzun xoş xatirələri daim qəlbimizdə yaşayacaq. Kədər... Kədər...” – deyə Səfa Mirzəhəsənov qeyd edib.Qeyd edək ki, uzun illər Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Aleksandr Şarovski uzun sürən xəstəlikdən sonra sentyabrın 9-da...

09 Sentyabr 2026, 10:39

Xalq artisti  vəziyyəti ağır olaraq qalır  

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır.Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib.Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:"Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir".

07 Sentyabr 2026, 14:52

Adil İskəndərov – Azərbaycan kinosunun sərt, mərhəmətli atası

Sərt, tələbkar, mərhəmətli və xeyirxah Adil İskəndərov. Onu niyə Azərbaycan kinosunun atası adlandırırlar? 1965-ci ildə kinostudiyanın tərkibində kinoaktyor studiyası açır. 850 namizəddən cəmi 50 nəfəri seçilir. Kursu isə 4 il ərzində cəmi 8 nəfər bitirir. Adil İskəndərov işi elə qurur ki, kinosudiyanın bütün məşhur insanları – rejissorlar, rəssamlar, operatorlar yeni studiyada təhsil alanlara dərs deyirlər. Artıq həmin kinostudiyanın heç bir yetirməsi həyatda deyil, sonuncu yetirməsi Ənvər Həsənov bu il dünyasını dəyişdi.  Adil İskəndərov Azərbaycan filmlərinə başqa ölkələrin aktyorlarının çəkilməsinin əleyhinə çıxırdı. Bir dəfə rejissor Eldar Quliyevə “Qadam, özümüzdə aktyor yoxdur? Teatra getmirsiniz? Gedin, öz aktyorlarımızı seçin”, - demişdi.Azərbaycanın onlarla aktyor, Xalq...

05 Sentyabr 2026, 15:55