Xalq artisti Aleksandr Şarovskinin vəfatından yazdı: Böyük bir itkidir!
Sənət aləmi 09 Sentyabr 2026, 10:39
358
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Xalq artisti Səfa Mirzəhəsənov görkəmli rejissor, Azərbaycanın Xalq rəssamı Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı paylaşım edib.
Citypost.az xəbər verir ki, paylaşımında Aleksandr Şarovskinin vəfatından kədərləndiyini bildirərək onunla bağlı xoş xatirələrini bölüşüb.
“9 sentyabrda Azərbaycanın Xalq rəssamı Aleksandr Yakovleviç Şarovski vəfat etdi! Bu, böyük bir itkidir! Əziz dostumuzun, möhtəşəm sənətkarımızın və gözəl rejissorumuzun xoş xatirələri daim qəlbimizdə yaşayacaq. Kədər... Kədər...” – deyə Səfa Mirzəhəsənov qeyd edib.
Qeyd edək ki, uzun illər Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Aleksandr Şarovski uzun sürən xəstəlikdən sonra sentyabrın 9-da Bakı şəhərində vəfat edib.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xalq artisti vəziyyəti ağır olaraq qalır
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır.Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib.Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:"Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir".
07 Sentyabr 2026, 14:52
Adil İskəndərov – Azərbaycan kinosunun sərt, mərhəmətli atası
Sərt, tələbkar, mərhəmətli və xeyirxah Adil İskəndərov. Onu niyə Azərbaycan kinosunun atası adlandırırlar? 1965-ci ildə kinostudiyanın tərkibində kinoaktyor studiyası açır. 850 namizəddən cəmi 50 nəfəri seçilir. Kursu isə 4 il ərzində cəmi 8 nəfər bitirir. Adil İskəndərov işi elə qurur ki, kinosudiyanın bütün məşhur insanları – rejissorlar, rəssamlar, operatorlar yeni studiyada təhsil alanlara dərs deyirlər. Artıq həmin kinostudiyanın heç bir yetirməsi həyatda deyil, sonuncu yetirməsi Ənvər Həsənov bu il dünyasını dəyişdi. Adil İskəndərov Azərbaycan filmlərinə başqa ölkələrin aktyorlarının çəkilməsinin əleyhinə çıxırdı. Bir dəfə rejissor Eldar Quliyevə “Qadam, özümüzdə aktyor yoxdur? Teatra getmirsiniz? Gedin, öz aktyorlarımızı seçin”, - demişdi.Azərbaycanın onlarla aktyor, Xalq...
05 Sentyabr 2026, 15:55
Şirbalanın Nazlısının faciəvi həyatı
Əslən Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.***Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci...
04 Sentyabr 2026, 13:57
Tanınmış müğənninin toy tarixini açıqladı
Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib.Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənni bu ilin iyulunda nişanlanıb. O, “Ay yüzlüm” mahnısı ilə Azərbaycanda və Türkiyədə məşhurlaşıb
04 Sentyabr 2026, 08:13
“100 dollar götürdük, çox utanırdım” - Xalq artistindən maraqlı etiraf
Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib.Citypost.az xəbər verir ki, sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarında atasının pulqabından xəbərsiz pul götürdüyünü bildirib.E. Ağalarov həmin anları bu sözlərlə xatırlayıb:“Bax beləcə xırda bir oğruya çevrildim... Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, “ağlın olsun, orda pul çoxdur, hiss...
03 Sentyabr 2026, 22:02
Aktrisa seriallardakı eyni aktyor heyətindən narazılığını bildirdi
Əməkdar artist Elmira Kərimova Azərbaycanda çəkilən seriallarda eyni aktyor heyətindən istifadə olunmasını tənqid edib.Citypost.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə serial və film çəkən yaradıcı heyətlərə müraciət edərək onların peşəkarlığına və gördükləri işə sözünün olmadığını bildirib.Elmira Kərimovanın sözlərinə görə, əsas narazılığı müxtəlif seriallarda eyni aktyor truppasının və oxşar üslubun təkrar-təkrar istifadə olunması ilə bağlıdır.“Sözüm serial, dizi çəkənlərədir. Ustalıqlarına, işlərinə sözüm yoxdur. Amma nəyə görə eyni aktyor truppası ilə çalışırlar? Seriallar sanki bir-birinin eynisidir. Sanki yeni üzlərlə çalışmağa çəkinirlər. Təəssüf edirəm”,** – deyə Əməkdar artist qeyd edib.O, fikirlərinə nümunə olaraq Kənan MM-in “Çinar ömrü”, “Günahsız günahkarlar” və “Qayıdış”**...
03 Sentyabr 2026, 10:52