Bizə yazın

Baku

-°C

USD

-

Zəlimxan Məmmədli: Bakı-Tbilisi qatarı müsbət addım kimi dəyərləndirildi

Siyasət 21 May 2026, 11:13

355

Siyasətçi Zəlimxan Məmmədli Bakı-Tbilisi-Bakı sürət qatarının yenidən açılması ilə bağlı iki ölkə arasında əldə olunan razılaşmanı müsbət addım kimi qiymətləndirib.

Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, bu qərarı təqdir edir və qiymətlərin də vətəndaşlar üçün münasib olacağına ümid edir.

Zəlimxan Məmmədli qeyd edib ki, bu prosesin davamı olaraq quru sərhədlərin tam açılması baş verərsə, bu, ciddi və mühüm hadisə olacaq.

Onun sözlərinə görə, bu addım minlərlə insanın həyat səviyyəsinin yüksəlməsinə və sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına töhfə verə bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elxan Şahinoğlu: Çin–Rusiya tərəfdaşlığı taktiki xarakter daşıyır

Strateji tərəfdaşlıq taktiki xarakter daşıyırRusiya Prezidenti Vladimir Putinin və onun ətrafının Çinə səfərin nəticələrini yüksək qiymətləndirməsinə baxmayaraq, tərəflər iki ölkə arasında “Sibirin gücü – 2” strateji qaz kəmərinin inşası məsələsini razılaşdıra bilməyiblər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “tərəflər layihənin ümumi konturları və əsas parametrləri üzrə müəyyən bir anlaşmaya bütövlükdə nail olublar” fikrini səsləndirsə də, Pekindən bu mövzuda oxşar açıqlama yayımlanmayıb. Bu boru kəməriylə bağlı müzakirələr 10 ildən çoxdur davam edir və hələ də nəticə yoxdur. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi qazın böyük həcmini Çinə satmağa çalışır. Pekin Moskva ilə tərəfdaşlığını davam etdirsə də, enerji idxalında şaxələndirmə prinsipinə üstünlük...

21 May 2026, 10:58

Qulu Məhərrəmli: Çin Putinin gözlədiyini vermədi

Professor Qulu Məhərrəmli Rusiya-Çin münasibətləri və Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, o, bildirib ki, Vladimir Putinin nikbin açıqlamalarına və Çinlə strateji əməkdaşlıq müqaviləsinin imzalanmasına baxmayaraq,Moskva əsas iqtisadi məsələlərdən birini həll edə bilməyib. Professorun sözlərinə görə, danışıqlarda “Sibir Gücü - 2” qaz kəməri layihəsi ilə bağlı heç bir razılaşma əldə olunmayıb.Qulu Məhərrəmli qeyd edib ki, bu məsələ Rusiya üçün ciddi uğursuzluq hesab oluna bilər. O, həmçinin vurğulayıb ki, Moskva üçün xoşagəlməz məqamlardan biri də Çinin Ukrayna müharibəsi ilə bağlı Rusiyanı qınayan mövqe sərgiləməsi olub.Yeganə...

21 May 2026, 10:52

Xəqani Cəfərli: “Dərbənd tariximizin beşiyidir”

21 may Şimal torpaqları (Dərbənd) günüdür. Bu gün Dərbəndin işğalından 230 il ötür. Rusiya 230 il ərzində Dərbəndin unudulması üçün çox iş görsə də, istəyinə çata bilməyib. Çünki, Dərbənd Azərbaycan xalqının tarixində müstəsna rolu olan iki şəhərdən biridir. Təbriz dövlətçiliyimizin paytaxtı, ruhumuzun bütövlüyünün şəhəri, Dərbənd tariximizin və ədəbiyyatımızın beşiyidir. Dərbənd xalqımızın vahid etnos kimi formalaşması prosesinin təməllərinin atıldığı, tarix səhnəsinə çıxışımızın başlandığı məkandır. Məkkə və Mədinə ərəblərin vahid etnos kimi formalaşmasında müstəsna rol oynadığı kimi, Dərbənd və Təbriz də Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında müstəsna rol oynayıb. Təbriz bu gün Güney Azərbaycanın qeyri-rəsmi paytaxtı, Şərqi Azərbaycan vilayətinin (ostan) rəsmi mərkəzi olduğu...

21 May 2026, 10:19

Elxan Şahinoğlu: “İkinci bayraq böhranı yaratmaq istəyirlər”

Türkiyədə erməni mənşəli jurnalistlərin nəşr etdirdikləri “Agos” qəzetində Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədovun açıqlamasını qərəzli başlıqla - “Açılma tarihini Azerbaycan açıkladı” oxuculara çatdırıb. Söhbət Türkiyə-Ermənistan sərhədinin açılması perspektivindən gedir. Səfir Rəşad Məmmədov “Cümhuriyyət” qəzetinin "Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşıdırmı?" sualını belə cavablandırıb ki, Ermənistanda parlament seçkilərindən və Konstitusiya dəyişikliyindən sonra iki ölkə arasında sərhəd açılacaq. Bu cavabı Türkiyədə bəzi şəxslər və qruplar Azərbaycanın Türkiyənin daxili işlərinə qarışması kimi qiymətləndirib. Halbuki, səfir müsahibədə Türkiyə ilə Azərbaycanın Ermənistan siyasətini koordinasiyalı şəkildə həyata keçirdiyini sözlərinə əlavə edib. Bunu Türkiyə rəsmiləri də açıqlamalarında dönə-dönə vurğulayırlar. Azərbaycan və Türkiyə Ermənistanla danışıqları sinxron şəkildə aparır,...

21 May 2026, 08:16

Ədalət Vəliyev ilə Arzuxan Əlizadə görüşdü

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul edilib.Citypost.az xəbər verir ki, bu barədə AMİP Mətbuat xidməti bildirib.Keçirilmiş görüşdə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər, eləcə də bu uğurların səbəbkarı olan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində davamlı şəkildə həyata keçirilən yeni siyasi konfiqurasiya haqqında fikir mübadiləsi aparıldığını deyən A.Əli-zadə bu görüşlərin partiyanın fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirib.A.Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının Milli Məclisdəki fəaliyyəti və beynəlxalq tədbirlərdə uğurlu iştirakından söhbət açmış, 28 aprel-2 may tarixlərində Xorvatiyada keçirilmiş Beynəlxalq Demokrat İttifaqının forumunda...

20 May 2026, 17:09

Elçin Rüstəmli: Ermənistan-Rusiya-Aİ gərginliyi dərinləşir

Jurnalist, siyasi şərhçi Elçin Rüstəmli sosial şəbəkə hesabında Ermənistan və Rusiya arasında yaranmış gərginliklə bağlı açıqlama yayıb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Rusiya Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxarmaqla hədələyir və İrəvanı öz orbitində saxlamaq üçün bütün siyasi və iqtisadi vasitələri işə salıb. Onun sözlərinə görə, Ermənistan daxilində üç iri biznes fiqurunun — Samvel Karapetyan (5 milyard dollar), Robert Koçaryan (3 milyard dollar) və Qagik Tsarukyan (1 milyard dollar) — Baş nazir Nikol Paşinyana qarşı birləşməsi və seçkilərə böyük maliyyə vəsaitləri xərcləməsi də prosesin tərkib hissəsidir.Elçin Rüstəmli qeyd edib ki, bu gün Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Astanada keçiriləcək...

20 May 2026, 12:18