“Ənvər Seyidov kimi yaşamayın” - Şəmsi Vəfadar yazır
Söz adamı 22 Avqust 2025, 13:09
46500
Azərbaycan Xalqı xüsusən Azərbaycan mədəniyyəti və ədəbiyyatı avqust ayında həqiqətən də ağır itkilər verdi.4 böyük şəxsiyyət – muğam sənətinin koriffeyi Arif Babayev,yazıçı və ictimai xadim Elçin,nasir vıə dramaturq Vidadi Babanlı,şair və publisist Məmməd İsmayıl vəfat etdi.Onların vəfatı milli mədəniyyətimizin dəyərləri baxımından sanki dərin bir boşluq yaratdı.
Azərbaycan muğam sənətinin siması hesab edilən Xalq artisti Arif Babayev səsi və sənəti ilə minlərlə sızıltılı ürəklərin yarasına məlhəm olmuşdur.Arif Babayev muğamın özü idi. Arif Babayev Muğam,Muğam isə Arif Babayev demək idi. O, həm də professor,pedaqoq kimi yüzlərlə gənc xanəndənin yetişməsində mühüm rol oynamışdır.Sirr deyil ki,Azərbaycan Xalq mahnılarının hər bir ifaçısı Arif Babayev olmaq,ən azından ona bənzəmək istəyirdi.
Azərbaycan ədəbiyytaının çağdaş klassiklərindən olan Azərbaycan dramaturgiyasının sütunu sayılan İlyas Əfəndiyevin yadigarı,yazıçı,publisist,dramaturq və ictimai-siyasi xadim Elçinin vəfatı ədəbiyyat sevərləri sarsıtdı.Elçinin Azərbaycan ədəbiyyatı ilə yanaşı uzun illər ictiami-siyasi həyatda da aparıcı və əsas fiqurlardan olub. O, "Vətən" Cəmiyyətinin sədri olarkən mədəniyyətimizin inkişafına əvəzsiz töhfələr verib. Azərbaycan xalqı Elçini itirməklə ən yaxşı,ən vicdanlı,ən tanınmış ziyalısını və yazıçısını itirdi.Onun əsərləri Azərbaycanın milli sərvətidir.
Görkəmli yazıçı Vidadi Babanlı Azərbaycan nəsrinin heç vaxt susmayan vicdanı idi. Onun yaradıcılığında xalqın arzuları və ümidləri yer alırdı. Vidadi müəllim əslində xalqın dərdini,istəklərini yazırdı. O,əsərləri ilə ədəbiyyat xə xalq arasında mükəmməl körpü qurmuşdu.
Həmçinin oxuyun
Son günlər həyatını itirən ədəbiyyat xadimlərindən biri də Məmməd İsmayıl oldu.Ədəbiyyatımıza poeziyanın rəngarəng çalarlarını gətirən Məmməd İsmayıl şeirləri ilə milli poeziyamızın sərhədlərini genişləndirir,sözə yeni nəfəs gətirirdi.Onun hələ Sovet dönəmində redaktoru olduğu “Gənclik” jurnalını yalnız Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə müqayisə etmək olar.
Mən əminəm ki,əgər cənnət -cəhənnəm məhfumu varsa,bu adlarını çəkdiklərim insanların hər dördü cənnətdədir.
Son günlər dünyasını dəyişənlərdən biri də adlarını sadaladıqlarım məşhurlarla paralel aparmaq mümkün olmayan Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakim Ənvər Seyidovdur. Onun da bir neçə “kitabı” nəşr olunmuşdu. Azərbaycan Yazıçlılar Birliyinin üzvi idi. Eşitdiyimə görə,müəyyən məbləğ qarşılığında o kitabları Ənvər Seyidovun əvəzindən başqaları yazıblarmış.
2015-ci ildə yaxın qohumum,uzun müddət Prokurorluq orqanlarında çalışmış Bəhrəm Zahidovla Daxili İşlər Nazirliyinin hazırda təqaüddə olan polkovniki Möhübbət Hüseynovun oğlu Anarın yas mərasimində iştirak edirdim.Hakimlər Ənvər Seyidov və Mənsur İbayev bizimlə eyni masada əyləşmişdi.Söhbət əsnasında Ənvər Seyidovun indiyədək 32 nəfəri ömürlük həbsə məhkum etməsi ilə fəxr edib,qürrələndiyinin şahidi oldum. Sözsüz ki,cəza təqsirkarın islah olunması üçündür.Amma,kimisə ömürlük həbsə məhkum etməklə qürrələnmək insanlıq əlaməti sayıla bilməz.Ənvər Seyidov öldü...
Bir nəfərə rast gəlmədim ki,onun ruhuna dua oxusun,”Allah rəhmət eləsin” desin. Sosial şəbəkələrdə isə dediklərimi təsdiq edən onlarla biabırçı video çarxa rast gəldim.Sözümün canı odur ki,yaşayanda Arif Babyev,Elçin,Vidadi Babanlı və Məmməd İsmayıl kimi yaşamaq lazımdır,Ənvər Seyidov kimi yox...
Sonda onu söyləmək istəyirəm ki, Arif Babyev,Elçin,Vidadi Babanlı və Məmməd İsmayılın vəfatı ictimai fikrin qanayan yarasını hələ bir müddət sızladacaq...Onların xatirəsi insanların qəlbində uzun müddət yaşayacaq.Allah onların hər birinə rəhmət eləsin.Ruhları şad,məkanları cənnət olsun.
Şəmsi Vəfadar: CityPost.az saytının redaktoru
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Seyid Rəsul Ağa — Sabirabadın yaddaşında hörmət, el müdrikliyi və tarixi izə çevrilmiş görkəmli şəxsiyyət
Seyid Rəsul Ağa — Sabirabadın yaddaşında hörmət, el müdrikliyi və tarixi izə çevrilmiş görkəmli şəxsiyyətSeyid Rəsul Ağa Sabirabad rayonunun ictimai yaddaşında el ağsaqqalı, yüksək mənəvi keyfiyyətlərə malik görkəmli tarixi şəxsiyyət və mədəni irs siması kimi xüsusi yer tutur. Onun adı ilə bağlı formalaşmış ictimai hörmət və nüfuz yalnız yaşadığı dövrü deyil, sonrakı nəsillərin də sosial-mənəvi dəyərlər sistemini əks etdirir.Həyatı və mənəvi keyfiyyətləriMənbələrə əsasən, Seyid Rəsul Ağa 1871-ci ildə Sabirabad rayonunun Balvar kəndində anadan olmuş, 06 noyabr 1965-ci il tarixində Qalaqayın kəndində vəfat etmişdir. Onun məzarı həmin kəndin qəbiristanlığında yerləşir və üzərində günbəz tipli abidə inşa olunmuşdur.Seyid Rəsul Ağa yaşadığı dövrdə...
17 Aprel 2026, 09:31
Sevgi səhnələrində nəyi yazmaq olmaz - Şahbaz Xuduoğlu yazır...
Sevgi səhnələrində nəyi yazmaq olmazBəzi müəlliflərin kitablarını oxuyarkən qarşıma çox qəribə sevgi səhnələri çıxır və qərara gəldim ki, bununla bağlı fikirlərimi paylaşım. Bəlkə yazdıqalrım yeni və gənc müəlliflərə faydalı olar.Əvvəla, çalışın yazdığınız sevgi, sevişmək səhnələrində hansısa tərəfi aşağılamayasınız. Cinsi fərqə görə, məsələn, sevgi səhnələrində qadını aşağılamaq kimi yanaşmalar düzgün deyil. Hər iki tərəfə eyni dərəcədə empati ilə yanaşmaq lazımdır. Belə məqamlarda müəllifin cinsi bilinməli deyil. Yazarkən bir şeyi unutmayın: siz reallığı yazmırsınız, siz reallığın estetikasını yaradırsınız. Bu isə çox həssas və incə yanaşma tələb edir.Sevgidən yazmaq, hisslərinin dilini anlamaq və onu sözə çevirə bilmək məharətidir.Erotika ilə pornoqrafiyanı bir-birindən ayırmaq lazımdır. Bəzən...
16 Aprel 2026, 10:07
Parlamentin rəqəmsal memarı - Osman Gündüz yazır...
30 ildir bu sektordayam. Bu qədər stajı olanları da yaxşı tanıyıram. Çünki zamanında sayımız elə də çox olmayıb.Azərbaycanda İT sektorunda uzun illər sistemli fəaliyyət göstərən nadir mütəxəssislərdən biri də Şahin müəllimdir. Maraqlıdır ki, o, təxminən 30 ilə yaxın müddətdə Milli Məclisdə İT sahəsinə rəhbərlik edərək, faktiki olaraq bu qurumun rəqəmsal infrastrukturunun memarı olub.Bir insan təsəvvür edin ki, həyatının az qala yarısını böyük bir dövlət qurumunun rəqəmsal mühitinin qurulmasına həsr edib. Onun rəhbərlik etdiyi struktur təkcə texniki dəstək funksiyası daşımayıb. Bildiyim qədər bu illər ərzində parlament iclaslarının elektron idarə olunması, elektron səsvermə sistemləri, bütün iclas və tədbirlərin video-audio qeydiyyatı, stenoqramların hazırlanması və arxivləşdirilməsi, qanunvericilik sənədlərinin...
15 Aprel 2026, 10:41
Zirvənin Sakit Sahibi
Bu gün bir insanın yoxluğunu deyil, bir ömrün işığını xatırlayırıq…Bu gün sadəcə bir anım günü deyil, bu, bir xalqın yaddaşına həkk olunmuş zərifliyin, zəkanın və mərhəmətin səssizcə boy göstərdiyi gündür. Bu gün Zərifə Əliyeva-nın anım günüdür.O, yalnız bir alim deyildi. O, insan gözünə işıq verən həkim olmaqla yanaşı, qəlblərə də nur salan bir şəxsiyyət idi. Onun toxunduğu həyatlarda yalnız müalicə yox, ümid də vardı. O ümid ki, bəzən dərmandan daha güclü olur.Zərifə xanımın böyüklüyü onun sadəliyində gizlənirdi. O, zirvədə dayanıb aşağıdan baxanlardan deyildi , o, zirvəni özü ilə birlikdə hamı üçün əlçatan edənlərdən idi. Elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, insanlara yanaşma...
15 Aprel 2026, 10:29
Həqiqətin və intuisiyanın nuru - Etibar Əliyev yazır...
15 APREL ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir”. Əvhədi MarağayiHər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixinə qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda Oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (qədim yunanca “göz”+ “elm”) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən - müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir. Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, ömrü boyu Qərbi Azərbaycan torpağının xiffətini çəkən, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin...
15 Aprel 2026, 08:12
Tural İrfan: “Rüşvət alan da, verən də eyni dərəcədə günahkardır”
Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan rüşvət və bəndə haqqı ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, cəmiyyətdə bəzi insanlar rüşvət almağın günah olduğunu qəbul etsə də, verməyin günah olmadığını düşünür:“Əslində isə rüşvət verən də, alan qədər günaha batır. Hətta bu prosesdə vasitəçilik edən şəxslər də lənətlənmiş sayılır.”Dinşünas qeyd edib ki, haram yolla əldə olunan qazanc insanın ibadətlərinin qəbuluna ciddi maneə yaradır:“Kim rüşvət alıbsa və ya başqasının haqqını tapdalayıbsa, sadəcə ibadət etməklə, ziyarətlərə getməklə bunu ört-basdır edə bilməz. Əvvəlcə zərər vurduğu şəxsləri tapmalı, onların haqqını ödəməli və halallıq almalıdır.”Onun sözlərinə görə, bəndə haqqı İslamda...
10 Aprel 2026, 08:08